Rəhbəri Avni Dəmirci olan Ziraatbank Azərbaycanda bir FETO kabusu dolaşır...- Özəl bankların bir çoxu çirkli pulların yuyulması üçündür...
15-06-2021, 20:41
581

Rəhbəri Avni Dəmirci olan Ziraatbank Azərbaycanda bir FETO kabusu dolaşır...- Özəl bankların bir çoxu çirkli pulların yuyulması üçündür...

 İki  gün öncə “Latviyalı deputat Rusiyaya casusluq ittihamı ilə həbs edildi”  başlıqlı xəbər diqqətimi cəlb etdi.
Deməli, Azərbaycandan çox balaca olan Latviyada parlamentin üzvü  Yanis Adamsons Rusiyanın lehinə casusluqda ittiham olunur. Deputatın toxunulmazlıq hüququnun ləğvi və həbsi ilə bağlı qərar parlamentdə səsvermə nəticəsində qəbul edilib. 69 həmkarı Adamsonsun həbsinin lehinə, 5-i əleyhinə səs verib, 4 parlamentari isə bitərəf qalıb”.
Sözün düzü, bu xəbər məni xeyli düşündürdü. 
Görəsən, bizim parlamentdə İrana, Rusiyaya, yaxud başqa bir ölkəyə casusluq edən deputatımız yoxdurmu ?
Biz demirik ki var ee. Sual veririk. Suala cavab vermək isə Gündəlik Bakı olaraq bizim səlahiyyyətlərimiz və imkanlarımız daxilində deyil. 
Söhbət təkcə parlamentdən getmir e. Mediada, səfirlərimiz arasında, nazirliklərdə, orduda lap bank sistemində və s doğrudanmı bircə casus yoxdurmu ? 
Bir daha təkrar edirik ki, biz casus axtarışına çıxmamışıq və heç kimin üzərinə kölgə salmırıq. 
Necə olur ki, xırda bir Latviya  öz daxilindəki casusu ifşa və həbs edir. Biz isə…
Neçə illərdi ki, Azərbaycanda bir Feto kabusu dolaşır. Amma bircə fetoçuya da qaşın üstə gözün var deyən olmur. 
Hətta Prezident Aparatında oturub Fətullah Gülənə məktub yazanlar da var idi:  “ Validəm ( yəni anam ) sizi çox sevir” deyənlər də var idi və bu gün də var. 
Biz yuxarıda qeyd etdik ki, söhbət təkcə parlamentdən getmir. Məgər bank sistemində casus olmur ? 
Məgər Maliyyə Nazirliyində casus olmur? 
Media üzərindən xırda bir araşdırma aparsaq bəlli olacaq ki, Bakıda fəaliyyət  göstərən Ziraat Bankın rəhbəri Avni Dəmirçi deyilənlərə görə qatı Fetoçudur. Təsəvvür edirsiniz, bu adam Türkiyə səfirliyinin Azərbaycanda keçirdiyi tədbirlərə  qatılmır. Bu artıq dövlətə meydan oxumaqdır ee.
Bu adam, yəni Fetöçü  Avni Dəmirçi Şuşada filial açmaq və para qazanmaq istəyir. 
Deməli 3000 Azərbaycan oğlu şəhid olub ki, hansısa Fetöçü Avni Dəmirçi rahatca gedib Şuşada bank açsın, milyonlar qazansın və sonda o milyonlar kimlərin xeyrinə işləyəcək bəlli deyil. 
Ötən dəfə yazdığımız kimi, dünyanın məşhur söz adamlarından biri deyir: ” Dünyanı BANK-lar vasitəsilə Mafiya idarə edir. Və bu sözə görə söz sahibini həbs etdilər. 
Yəni bank məsələsinə sadə baxmaq olmaz. 
Bəli, BANK-lar sizə  adi görünməsin. Bu gün dünyada BANK-lar əsas söz sahibidir. Bu gün dünyanın idarə olunmasında ağırlıq mərkəzi bankların üzərinə düşür. 
Son 20-30 ildə ölkəmizdə  şəxsi banklar yağışdan sonra göbələk kimi artır. İramisin bankı, Ziyanın bankı, nə bilim Fatmagülün bankı və Fetonun bankı…
Bu bankların çoxu çirkli pulların yuyulması üçündür. 
Biz özəl bankların faydasını inkar etmirik. Ancaq bankların fəaliyyətinə ciddi nəzarət olunurmu ? 
Görəsən, Mərkəzi Bankımızın şefi  Elman Rüstəmov bu barədə nə düşünür ? Ümumiyyətlə, düşünürmü ? 
Ziraatbankın keçmişi və bu günü ilə bağlı  onu deyə bilərik ki, Osmanlı Türkiyəsindən qalma, 163 yaşlı bankın Azərbaycan  bölməsi 2014-cü ildə  fəaliyyətə başlayıb. 
Bank, Elman  Rüstəmovun  30 dekabr 2014-cü il tarixində verdiyi 255 saylı lisenziya əsasında fəaliyyət  göstərir. 
Artıq şərhə ehtiyac varmı ? 
''Gündəlik Bakı''nın işi problem icimailəşdirməkdir. Qalanı dövlət qurumlarının işidir. Qoy, Sumqayıtda saqqal iclaslarına nəzər salsınlar.

Oxşar xəbərlər

Ermənilər hərbi əsirləri parlamentdə müzakirə edir
Azərbaycanın əleyhinə casusluq edən erməni HƏBS EDİLDİ
“FETÖ-nün  banka”sı olan ZİRAAT BANK-ın rəhbəri Avni Dəmirçi Şuşada filial açmaq istəyir.-   “Ziraat Bank”da nələr baş verir ?
“Ziraat Bank”ın rəhbəri Avni Dəmirçinin FETÖ sevgisi- Bankın fəaliyyəti son illər niyə zəifləyib ?
“Ziraat Bank”ın  rəhbəri Avni Dəmirçinin FETÖ sevgisi- Bankın fəaliyyəti  son illər niyə zəifləyib ?
Ermənistanda hərbi rejimin ləğvinə görə narazılıq: indi daha təhlükəlidir
Separatçı rejim rus dilini dövlət dili ELAN ETDİ
“Ziraat Bank”ın  siyasi maxinasiyaları...- Fətullahın əsabələri yenə toparlanır...
BSU  Rusiyanın agentura  şəbəkəsidir ?-74 yaşlı NURLANA ƏLİYEVANIN REKTOR OLDUĞU  UNİVERSİTET HAQQINDA İLGİNC İDDİALAR
Kanada Senatından ermənilərə zərbə
Paşinyanın baş nazir postuna namizədliyi qəbul edilmədi (YENİLƏNİB)
Azərbaycanda bu şəxslərə şad xəbər - 72 saat ərzində...
Ermənilərə qarşı çıxan azərbaycanlılar Rusiyaya buraxılmayacaq: - QADAĞA QOYULDU
"Paşinyanın getməsindən başqa heç bir məsələ müzakirə oluna bilməz" - Erməni deputat
Yunanıstana qaçmaq istəyən 4 türk həbs edildi
Azərbaycan Rusiya ilə danışıqlara başlayır - pomidor ixracı bərpa olunur
Kremldən Naxçıvanla sərhəddə vurulan helikopterlə bağlı AÇIQLAMA
DTX -dan növbəti əməliyyat - Xarici ölkəyə casusluq edən ər-arvadı həbs edildi
Rusiya axtarışda olan cinayətkarları Azərbaycana təhvil verdi - VİDEO
Avstraliya hökuməti İran vətəndaşını azad edib
Azərbaycanlı alim edam olunacaq: İsrailə casusluqda ittiham olunur...
2021-ci ilin ilk 6 ayı karantin olacaq - Bədbin proqnoz
“Fakt Yoxla” deputatı İFŞA ETDİ - "Danışdığı mifdir"
MSK ilə bağlı yenilik GÖZLƏNİLİR
Rusiyanın qoyduğu qadağa araşdırılır - AQTA
Maliyyə Palatası “Optimal Elektronika”nı  niyə cəzalandırdı ?- Şirkət  media  ilə  necə  “bazarlıq”  edir ?
Moskva Naxçıvanda vurulan helikopterlə bağlı Bakıya müraciət etdi
Casusluq edən futbolçuya 12 illik həbs cəzası verildi - Foto
Rafael Cəbrayılov deputat mandatından imtina etdi
“Rza Zərrabın bizim məmurları unutmasından böyük “xəyanət” ola bilməz”