Etibar Pirverdiyevin HƏBSİ qaçılmazdır... -  “Azərenerji”nin keçmiş prezidenti ÖLKƏDƏN QAÇMAĞA HAZIRLAŞIR ?
23-06-2021, 18:31
2 546

Etibar Pirverdiyevin HƏBSİ qaçılmazdır... - “Azərenerji”nin keçmiş prezidenti ÖLKƏDƏN QAÇMAĞA HAZIRLAŞIR ?

“Azərenerji”nin keçmiş prezidenti 2 gün öncə  Xaçmazda 1 milyon 600 min dəyəri olan torpaq satıb... 

Etibar Pirverdiyevin  qudası  Əli Abbasovla Londonda şərikli biznesi... 

İki gün öncə, daha dəqiq desək, 19 iyun 2021-ci il tarixdə Azərenerji ASC-nin keçmiş sədri Etibar Pirverdiyev Xaçmaz rayonunun Çarxı kəndi ərazisində yerləşən 400 hektar torpaq sahəsini satıb.
Həmin torpaq sahəsi 1 milyon 600 min manata satılıb.
Qeyd edək ki, Etibar Pirverdiyev həmin ərazini 20 il bundan öncə uzunmüddətli icarəyə almışdı.
Bu, əslində sözün bitdiyi yerdir. 
Dövlət işində çalışan və konkret 1500-2000 manat maaş alan bu adam 400 hektar torpağı  necə ələ keçirib? Azərbaycan xalqının torpağını  1, 6 milyona satır və cibinə qoyur. 
İkinci fakta nəzər salaq:
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin keçmiş prezidenti Etibar Pirverdiyevin həyat yoldaşı, Bakının Ə.Naxçivani küçəsində qeydiyyatda olsn 1964-cü il təvəllüdlü Pərvanə Pirverdi Həcəmməd qızı Gürcüstanda fəaliyyət göstərən ESKO LTD şirkətinin 3 təsisçisindən biridir. Və milyonluq tenderləri udur. 

Görəsən, bu xanım hansı pulların hesabına  xarici ölkədə şirkət açıb, milyonlar qazanır. 
Əlbəttə, ərinin Azərbaycan dövlətindən oğurladığı yüz milyonların hesabına. 
Üçüncü fakta nəzər  salaq: 
Etibar Pirverdiyevin qızı Dünya Pirverdiyeva,  keçmiş rabitə naziri Əli Abbasovun gəlinidir.
Əli Abbasovun oğlu Eldar Abbasov və həyat yoldaşı Dünya xanım Londonda bir neçə şirkətə sahibdirlər.
İki məmurun xalqdan  oğurladığı yüz  milyonlar bu gün Londonun biznes dairələrində fırlanır. 
Ünvanları da budur :

INFIPRO LIMITED şirkəti hələ ötən il aprelin 21-də Londonda qeydiyyatdan keçirilib və 10735266 saylı lisenziya alıb.
Rəsmi qeydiyyat ünvanı kimi Eldar Abbasova məxsus BİTTOP şirkətinin ünvanı  göstərilib: 40 Bloomsbury Way, London, United Kingdom, WC1A 2SE.

Dördüncü fakt:


Etibar Pirverdiyev  Qusarda  dəyəri milyonlar olan torpaq sahələri və fındıq bağları alıb. 300 hektardan artıq  sahə kənd  sakinlərinə məxsus olub. 
Etibar Pirverdiyevin dəvə fermaları, Xudatdakı bazarı, Şabran, Xaçmaz rayonlarındakı iri təsərrüfatları da var. 
Ümumiyyətlə, Azerenerjiyə ayrılan dövlət vəsaitlərinin miqdarı-miqyası insanı heyrətə gətirir. Bu pullar hara gedib ? 
Əlbəttə, Etibar və onun kimi məmurların cibinə. 

Təkcə “Bayraq Meydanı”nın tikintisindən Etibar Pirverdiyev  milyonlar qazanıb. Bəli, həmən meydanı Etibara məxsus şirkət inşa edib və 1 il sonra “remont”a dayanıb. 
Etibar Pirverdiyev  Mingəçevir İES-də baş verən qəzaya görə, Azərbaycan dövlətinə 500 milyon , yəni yarım milyard ziyan vurub. Bunu ödədimi ? Əlbəttə, yox. 
"Azərenerji" ASC-nin keçmiş prezidenti Etibar Pirverdiyev indi də  Qusar stadionunu, Ekspress bankı  satmağa  hazırlaşır. 
Ümumiyyətlə, bu Etibar Pirverdiyev kimdir ?
10 il Azərbaycanda olmayan bu adam qəfil peyda olur və 2000-ci ildə  Dövlət Əmlak Komitəsində özəlləşmə şöbəsinin müdiri olur. Qısa vaxtdan sonra “Bakıelektrikşəbəkə” Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri vəzifələrində, 1 il  sonra  "Azərenerji" ASC-nin prezidenti təyin edilmişdir.
Bir adamın belə sürətlə vəzifədə irəliləməsi, yüz milyonlar qazanması və ölkəni 2 gün zülmətə qərq etməsi sadə məsələ deyil. Yəqin ki, bütün bunlar araşdırılacaq. 
Və Etibar  Pirverdiyev haqlı cəzasını həbsxanada çəkməli olacaq.


Oxşar xəbərlər

Etibar Pirverdiyev ARADAN ÇIXIR? - Əlindəkiləri xırıd etməyə başlayıb...
“Azenerji”nin keçmiş prezidenti Etibar Pirverdiyev  Ekspress  bankını niyə satır ?-  Azərbaycan xalqına dəymiş  500 MİLYON manatı kim ödəyəcək ?
Etibar Pirverdiyevin həbsinə hazırlıq gedir – Bu, iki səbəbə görə baş verəcək…
Keçmiş nazirin oğlu İsveçrədə şirkət açıb
Yaqub Eyyubovun Pirverdiyevlə şərikliyi
AZAL prezidentinin həyat yoldaşını məhkəməyə verdilər - SƏBƏB
Cəlilabadda icra başçısı həbs olunsa da... - İTTİHAM
Vəzifədən çıxarılan məmur qudalar: Eks-nazirlər, sabiq deputatlar...
Nazirlərin “sarsılmaz” “QUDALIQ MODELİ” - “Araşdırmaq lazımdır, bəlkə...”
Azərbaycanlı milyonçunun 4 milyon dollarlıq torpağı... – ORADA ŞƏHƏR SALA BİLMƏDİ
“AzərGold” vətəndaşın torpağına göz dikib... - NARAZILIQ...
İtaliya şirkəti Qarabağdakı 4 rayonda bu işləri görəcək
Balababa Rzayev getdi, Vüqar Əhmədov  gəldi  “Azərişıq” ASC-yə nə dəyişdi ?- Dövlətin ayırdığı  4 milyon bəs etmir ..?
Sökülən məşhur restoranlar keçmiş deputatın imiş - İLGİNC FAKT
Rövnəq Abdullayev  villasını  4 milyon dollara  satdı..-''SOCAR''ın PREZİDENTİ TƏLAŞDA-ŞOK VİDEO
ŞOK GƏLİŞMƏ! Ramiz Mehdiyevin həyat yoldaşı MƏHKƏMƏYƏ VERİLDİ-Yarım MİLYON BORCU VAR
Bakıda 65 milyona torpaq sahəsi satılır
“Azərenerji”nin idarə rəisinin müavini koronavirusdan vəfat etdi
Deputatın viran qoyduğu XAÇMAZ MEŞƏLƏRİ... - Nazirlik Eldəniz Səlimovun “ekoloji terror”una göz yumur
Ramiz Mehdiyevin həyat yoldaşını məhkəməyə verdilər: - Şərab biznesi ortaya çıxdı
Ramiz Mehdiyevin həyat yoldaşı bu gün hakim qarşısına çıxır - SƏBƏB
Qubanın icra başçısı Ziyəddin Əliyev koronavirusdan pul qazanır- Zərdabi qəsəbəsindəki şadlıq sarayı və Fayton restoranı icra başçısınındır
Etibar Pirverdiyev ona məxsus “Expressbank”ı satır.-  Hansı məmura və neçəyə ?
İmişlidə ÖZBAŞINALIQ... - "...mən öz haqqımı sonuna qədər tələb edəcəm"
Prezident “Hövsan” və “Maştağa” yarımstansiyalarının açılışını etdi
Qəzənfərin Ağayevin sərvətinin siyahısı yayıldı... - Təkcə Masallıda olanı budur...
Keçmiş nazirin şirkəti MƏHKƏMƏYƏ VERİLDİ
Astara İcra başçısının dodaq uçuqladan sərvəti-SİYAHI
Xaçmazda məktəb sahəsi 380 manata satılıb?
Qubada icra başçısına söykənən ÖZBAŞINALIQ... - GİLEY