Sabiq nazir  Səlim Müslümov həbsdədir, bəs qalanları ?   Nazirliyin Xətai şöbəsinin keçmiş müdiri Cavanşir İsgəndərov milyonları necə qazanıb ?
16-07-2021, 14:29
382

Sabiq nazir Səlim Müslümov həbsdədir, bəs qalanları ? Nazirliyin Xətai şöbəsinin keçmiş müdiri Cavanşir İsgəndərov milyonları necə qazanıb ?

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov hazırda həbsxana həyatı yaşayır. 
Ümumiyyətlə, son illər  nazirlik rəhbərlərinin həbsində bir anlaşılmazlıq var. Və bu məsələ cəmiyyət arasında da ciddi  müzakirə olunur. 
Həbslər zamanı  nazirin müavinləri, baş idarə rəisləri həbs olunur və...cənab nazir isə heç nə olmamış kimi öz azad  həyatını sürür. 
Axı, nazirlikdə bu qədər cinayətlər, rüşvət və korrupsiya halları oubsa, nazirin bundan necə xəbəıri olmaya bilərdi?
Məsələn, Mədəniyyət və turizm nazirliyində az qala bütün rəhbər şəxslər həbs olunub, ancaq sabiq nazir Əbülfəz Qarayev müxbirə deyir ki, evimdə oturmuşam, nə olmalıdır ki...
İkinci hal isə  Əmək və əhalinin sosial müdafiəsi  nazirlriyində olduğu kimidir. Yəni cənab nazir həbs olunur, digər rəhbər şəxslərə isə gözün üstə qaşın var deyən yoxdur. 
Bəli, sabiq nazir Səlim Müslümov minlərlə saxta pensiya, saxta əlillik məsələlərinə görə cinayət məsuliyyəti daşıyır və hazırda həbsxana həyatı yaşayır. 
Axı, nazir  bu boyda, bu miqyasda cinayət əməllərini təkbaşına edə bilməzdi. 
Bəs nazirin müavinləri, bəs  nazirliyin rayon şöbələrinin rəhbərləri niyə məsuliyyətdən kənarda qalır ? 
Məlumdur ki, Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin tabeçiliyində rayon şöbələri var. 
Hər rayonda nazirliyin sosial təminat şöbələri ( el arasında “sobes” deyirlər) fəaliyyət göstərir. 
Axı, nazir özü kiməsə pensiya təyin etmir, əlillik dərəcəsi vermir. Bütün bunlar hamısı rayon şöbələrində hazırlanır və gəlir nazirin stolunun üstünə. 
Əlbəttə, nazir məsuliyyət daşıyır. Ancaq bu işi icra edən rayon şöbələri olub. 
Söhbət təkcə bir rayondan getmir. Ümumiyyətlə, əksər rayonlarda oxşar əməllər, rüşvət və saxtakarlıq halları olub. 
Belə rayon şöbələrindən biri də naziriliyin Xətai şöbəsidir. 
Xətaidə  2010-2014-cü illərdə sosial təminat şöbəsinin- “sobes”in müdiri İsgəndərov Cavanşir Əşərəf oğlu olub. 
Bu adam işlədiyi müddətdə  saxta pensiyaların, saxta əliliklərin düzəldilməsində planı 100 faiz doldurub. 
Görəsən bu gün Cavanşir Əşrəfov  nə üçün istintaqa çağırılmır ? 
Axı, Cavanşir Əşrə
fov kimilərin əməlinə görə, dövlətə milyonlarla ziyan dəyib. 
Cavanşir Əşrəvov dövlətə vurduğu ziyanı ödəyə də bilməz ?
Bəlkə imkanı yoxdur, cənab Əşrəfovun ? 
Əşrəfov nazirliyin Xətai şöbəsinə rəhbər olduğu zaman yığdığı rüşvətin hesabına böyük biznesə və müklərə, sərvətə sahib olub.  
Onun, təkcə Sabirabadda 100 hektarlarla torpaq sahələri, mal-qara fermaları, restoranı, ticarət obyektləri  var. 
Bakıda milyonerlər məhəlləsində, Teymur Əliyev küçəsində mülkü, Bakıda göydələnlərdə mənzilləri və daha nələri. 
Bütün bunları  Cavanşir Əşrəfov Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin Xətai rayon şöbəsinin müdiri olarkən, yığdığı rüşvətin hesabına əldə edib. Amma bu gün  rahatca yığdıqlarını xərcləyir. 
Ümumiyyətlə, Səlim Müslümovun həbsinin arxasında  cinayətkar bir şəbəkə gizlənib. 
Bu şəbəkəyə xalq arasında  VTEK deyilən, nazirliyin Tibbi-Sosial Ekspert Komissiyası da daxildir. 
Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin Sosial təminat ( sobes) şöbələrində və  TSEK-lərdə baş verən qanunsuzluqlar, rüşvət və korrupsiya halları ciddi araşdırma mövzusudur. 
Bizi izləyin.


Oxşar xəbərlər

Yanvar Müslümov oğlunun həbs olunması xəbərini təkzib etdi: Vallah yalan söhbətdir
Səlim Müslümov sizi gözləyir, Cavanşir İsgəndərov və  Bayram Mikayılov-  Cavanşir İsgəndərov nazirə nə üçün 200 min  vermişdi ?
Keçmiş nazirin “sağ əli” də həbs olundu
Səlim Müslümov bu vəzifəsindən AZAD OLUNDU
Səlim Müslümov YAP-dan ÇIXARILDI
Əjdər Ol da həbs oluna bilər - Keçmiş nazirin ətrafı istintaq altında
Həbs olunduğu deyilən Səlim Müslümovun bahalı silah mağazası - FOTO
Səlim Müslümov haqda ilginc iddialar - Sən demə...
Səlim Müslümovun həbsinin yaratdığı qorxu - Sərvətlərini satmaq keçmiş məmurları xilas edəcəkmi?
Sərvətlərini satmaq keçmiş məmurları xilas edəcəkmi?
YAP həbs edilən sabiq məmurlarla vidalaşır: “Hamısı partiyadan çıxarılacaq!”
Məhkəmə Səlim Müslümovun apelyasiya şikayətinə baxdı - QƏRAR
Səlim Müslümovun “kuruq”u: Onu həbsxana yoldaşı audit edirmiş…
Nazirlik, yoxsa Sahil Babayevin “qohum-əqrəba”  kantoru ?- Nazirin həyat yoldaşına məxsus  şirkət ölkəyə nə idxal edir ?
Səlim Müslümovun "sağ əli" kimi tanınan Əjdər Ol da saxlanıldı
Alimpaşa Məmmədovdan keçmiş şefinə SƏDAQƏT... - İLGİNC İDDİA
Məhkəmə Səlim Müslümovla bağlı qərar verdi
Həbs edilən Səlim Müslümovla bağlı YENİ XƏBƏR
Səlim Müslümov əlillərin sayını necə artırıb? – Dövlətə milyonlarla ziyan vuran maxinasiyanın izi ilə...
Səlim Müslümov birinci dəfə niyə həbs olunmuşdu? – Cinayət dosyesi
Yaxın zamanda Əbülfəz Qarayevin həbsi reallaşacaq...- Sabiq nazirin “şərikləri” ifadə verməkdən imtina edir, məhkəməni gözləyirlər...
Vüqar Gülməmmədov Azad Rəhimovu bir ay ərzində 5 dəfə kabinetinə niyə "dəvət" etdi? - İLGİNC
Son dəqiqə: Səlim Müslümov barədə qərar verildi
Əbülfəs Qarayevin işlədiyi dövr yoxlanılır
Səlim Müslümov və oğlanları: 2.5 milyardlıq qalmaqal...
Səlim Müslümovla Əjdər Olun şok talançılığı – Sensasiya
ƏTRAFLARI CİNAYƏTKAR, NAZİRLƏRSƏ “TƏMİZ”?! - Növbə Eldar Mahmudova və digərlərinə də çatacaqmı?
Səlim Müslümovun əlil biznesi
Əbülfəs Qarayevin ölkədən çıxışına “stop” qoyuldu
Əjdər Ol daha bir vəzifəsini itirdi