UNİBANK kredit verəndə girov sahibinin razılığını almayıb...
Dəfələrlə yazmışıq ki, banklar vətəndaşları əməlli-başlı istismar edir.
Azərbaycanda olan bank faizləri dünyanın heç bir ölkəsində yoxdur.
Xırda bir müqayisəyə baxaq. Banklar vətəndaşlara 28-30 faizlə kredirt verir. Vətəndaş aparıb öz halal pulunu banka qoyanda iki dəfə az faiz verir. Niyə ?
Bank qazananda iki dəfə artıq qazanır, amma vətəndaşa divident verəndə iki dəfə az.
Problem təkcə bu deyil.
Bank vətəndaşa kağız üstündə 25 min ABŞ dolları kredit verir, amma kassada vətəndaşa 19 min manat 400 manat verilir. Niyə ? Bu açıq-aşkar cinayətdir.
Başqa mühüm bir məsələ. Vətəndaş hansısa əmlakını banka ipoteka üçün girov kimi qoyanda əmlaka sahib olan hər kəsin, yaxud evdə qeydiyyatda olan hər bir şəxsin yazılı razılığı olmalıdır. Amma banklar bunu tələb etmir, öz maraqları üçün.
Ən dəhşətlisi isə odur ki, vətəndaşla bank arasında məhkəmə çəkişməsi olanda məhkəmələr rüşvət müqabilində bankların tərəfini saxlayır.
Bunu da dəfələrlə yazmışıq ki, Azərbaycanda mövcud olan məhkəmə-hüquq sistemi heç orta əsrlərdə olmayıb. İndi özünüz zavallı Azərbaycan vətəndaşının durumunu hiss edin.
Belə zavallı duruma düşən vətəndaşlardan biri – Sahib Abbasov Gündəlik Bakı -ya müraciət edib. Müraciəti olduğu kimi dərc edirik:
Mən – Abbasov Sahib 2012-ci ildə öz evimi girov qoyaraq UNİBANK-dan 25 min manat müqabilində kredit götürmüşəm. 2013-cü ilin sonunda krediti ödəyib qaytardım.
2-ci dəfə 2014-cü ilin may ayında sahibkarlıq fəaliyyətimi davam etdirmək üçün həmən bankdan 25 min ABŞ dolları kredit aldım, amma kassadan pulu alarkən mənə 19 min 400 manat pul verdilər. 12 ay heç bir gecikmə olmadan kreditin yarısını ödədim.
2015-ci ildə devalvasiya olduğu üçün iyun ayından etibarən pulu ödəyə bilmədim.
2019-cu ildə mənə məhkəmə qətnaməsi əsasında 19.600 dollar borcum olduğu haqqında məlumat verildi, sonra evim heç bir xəbərdarlıq edilmədən hərraca çıxarıldı və 150 min manat dəyərində evimi 51 min manata bank öz hesabına keçirdi, bankın adına çıxarış da alındı.
Halbuki, həmən evdə anam Abbasova Bibixanımın qeydiyyatı var ( bu ev onun birgə nigahda olduğu həyat yoldaşı ilə 1966-cı ildə tikdirdiyi evdir) və ev girov qoyularkən anamın heç bir sənəddə razılıq imzası olmayıb. İndi bank əməkdaşları bizi evdən çıxarmaq istəyir və anamın bu evdə yaşamaq haqqı olduğunu bilə-bilə onu evə qeydiyyatdan çıxarıblar. Evin bir hissəsi anamın olmalıdır. Hazırda mənim banka 19 min manat borcum var. Mən bütün vəsaitlərimi sataraq 25 min manat toplamışam. Bank razı olmur, deyir 51 min manat borcun var.
İndi isə baxaq görək məhkəmələrimiz bu problemi necə çözüb ?
Binəqədi rayon məhkəməsi bankı haqlı çıxararaq qətnamə qəbul edib. Yəni guya Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanununu əsas götürərərək, qeyd edib ki, kredit vaxtında ödənilməyəndə girov qoyulmuş əmlak bank tərəfindən hərraca çıxarıla bilər.
Əcəba, Azərbaycan qanunları yaşlı qadının, uşaqların öz evlərindənn küçəyə atılmasını tələb edir ?
Yaşlı qadın 1966-cı ildən yaşadığı evindən küçəyə atılmalıdır ?
Siz evi girov götürəndə həmən qadından yazıl icazə almışdınız ? Əlbəttə, yox.
Bəs onda ay hakim, sən nə haqla qətnamə çıxardırsan ?
İkincisi, Bakı Apelyasiya məhkəməsi nə haqla birinci məhkəmə instansiyasının qərarını qüvvədə saxlayır ?
Bunu necə əsaslandırır ?
Allah qoymasa Ali Məhkəməmiz də hər iki məhkəmənin qərarını qüvvədə saxlayıb və nə yazsa, yaxşıdır:
Bankın hesabladığı CƏRİMƏ ƏDALƏTLİDİR və ev sahibi 1 aydan gec olmayaraq evi tərk etməlidir.
Bu yerdə adam demək istəyir ki…SƏNİN ƏDALƏTİN DƏ, MƏHKƏMƏN DƏ BUDUR ?
Bir gün bunun bədəlini ödəyəcəksiniz, cənab yoldaşlar !
UNİBANK vətəndaşı evindən bayıra atır- Ali Məhkəmə bankı haqlı hesab edir…
16
iyul
15:31

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Access Bankda “şapka” məsələsi- Müştərilər bu bankdan niyə narazıdır ?
"Unibank" vətəndaşın başına necə oyun açır... - GİLEY
"Unibank" Qarabağ qazisini çıxılmaz vəziyyətə salıb - VİDEO
Banklar qazini niyə “qara siyahı”ya salıb – 44 günlük zəfərin 6 aylıq cəzası
Beynəlxalq Bank PA-dan qaziyə ayrılan vəsaitdən “faiz haqqı” tutub - Banklar qaziləri ölümə sürükləyir
Elman Rüstəmovun BANK MONOPOLİYASI... - Digər banklar çöksə də...
Banklar çökür - Elman Rüstəmovun isə sərvəti isə artır
“Banklar şəhid ailələrinə güzəştə getməlidir” - Deputat
Banklarda kredit verilməsi prosesi sadələşir
"Sən saydığını say, gör "Express Bank" nə sayır..." - GİLEY
“Manaf Ağayev banka olan borcumu ödəməyib“ - Günel Ələkbərova
“Ziraat Bank Azərbaycan” Türkiyə vətəndaşını - MƏHKƏMƏYƏ VERDİ
"Muğan Bank"ın bağlanmasına sayılı günlər - 40 milyonu tapa biləcəklərmi?
Bank kredit borcuna görə “Akkord”u məhkəməyə verdi
“Bank Respublika” bağlanır? - 416 milyon manatdan çox vəsait itirib
“Azər Türk Bank” kritik həddə - RƏQƏMLƏR
Bağlanmış 4 bankın əmanətçilərinə nə qədər kompensasiya ödənilib? - AÇIQLAMA
“Kapital Bank”dan Şəhidlərin adı ilə özünüreklam: “O borc bağışlanmayıb, silinib”
"Etiraz aksiyaları da nəticə vermir, çarəsiz vəziyyətdəyik..." - ACINACAQLI MƏNZƏRƏ...
Vahid Ələkbərovun “Yelo Bank”ında nələr baş verir?- Baş bankir Elman Rüstəmovun ''yarıtmaz'' siyasəti nəticəsində banklar sıradan çıxır
“Bank heç bir şərtimizi qəbul etmir” - GİLEY
Elman Rüstəmov Prezidentin bu Fərmanını icra etmir - Çöküş başlayır
“FETÖ-nün banka”sı olan ZİRAAT BANK-ın rəhbəri Avni Dəmirçi Şuşada filial açmaq istəyir.- “Ziraat Bank”da nələr baş verir ?
"Azər Türk Bank"da kəskin kiçilmə - RƏQƏMLƏR
Gürcüstanda banka silahlı basqın olub
Banklar dollar satışına niyə qadağa qoyub? - Bakıda yenidən “qara bazar” yaranır
“UniBank”ın xalis mənfəəti 54%-dən çox azaldı - RƏQƏMLƏR
“Ziraat Bank”ın rəhbəri Avni Dəmirçinin FETÖ sevgisi- Bankın fəaliyyəti son illər niyə zəifləyib ?
Ramiz Mehdiyevin bankı İFLAS ƏRƏFƏSİNDƏ - mənfəəti 2 dəfədən çox azalıb
Əhməd Vəliyev iflas ərəfəsində: “İmperiya” çökür
- Bakıda evlərdən 11 min manatdan çox oğurluq edildi
- Daha bir məşhur serial finala çıxır
- "Yasak Elma"dan növbəti ayrılıq
- "Heç kim Putinin qoyduğu sülh şərtlərini qəbul etməyəcək" - Şolts
- “Uşaq evində böyüdüm, 8 il həbs yatdım” - Nizami Rəmzinin oğlu
- "Mercedes" 17 mindən çox avtomobili geri çağırır
- Mane PSJ-yə keçə bilər
- Ermənistan delimitasiya komissiyanın tərkibini formalaşdırıb
- "Nüvə müharibəsində ölkələrin məhv edilməsi vecimə deyil" - Rusiyalı deputat (VİDEO)
- ABŞ-dan olan qapıçı evində ölü tapılıb
- Çernobılda zərər görənlərə əlillik müddətsiz təyin olunacaq
- Rusiyada rekord həcmdə neft yataqları aşkar edildi
- Lukaşenko Rusiyada Putinlə görüşəcək
- Putini 20 min nəfər qoruyur - bir ordu... (VİDEO)
- Ağcəbədidə Rafil Hüseynovun himayədarlıq etdiyi şəxsin adı bəlli oldu... - Baş həkim Məmmədova Təranə Cabbar qızı hansı rəylərə imza atır?
- Ərdoğan Qarabağ müharibəsindən DANIŞDI
- Azərbaycan Prezidentinin köməkçisi türk dövlətlərinə çağırış edib
- 16 yaşlı Amin Osmanov qızıl medal qazandı - FOTOLAR
- Nüşabə Ələsgərli qəzəbləndi: "Bura Azərbaycandır, Fransa deyil!" - VİDEO
- Şuşada İƏT PA-nın Üçüncü Ümumi Konfransı keçiriləcək
- Zülfiyyə Xanbabayevanı geridə qoydu, ermənilər mahnısını oğurladı, heç vaxt fəxri ad almadı - FOTO
- Bu xidmətlərdə qiymətlər bahalaşıb - Siyahı
- BƏƏ-nin yeni Prezidenti SEÇİLDİ
- Prezidentin köməkçisi türk dövlətlərinə çağırış etdi
- Mərdan Camal(ov)-ZADƏ Prezidenti aldadıb..? - PA-nın saytında ( president.az) Camalov, Zərdab RİH-nin saytında Camalzadə…
- Suares "Barselona"ya qayıda bilər
- Lənkəranda 27 yaşlı gənc qətlə yetirildi
- Nazilə Səfərli gəlininə xınayaxdı etdi - VİDEO
- "Pençe-Kilit əməliyyatında 73 terrorçu məhv edilib" - Hulusi Akar