Sahil Babayevin  vətəndaşlara  verdiyi   “qotur inək”…- Yetim-yesirin ahı səni tutacaq, Sahil Babayev
29-07-2021, 16:34
530

Sahil Babayevin vətəndaşlara verdiyi “qotur inək”…- Yetim-yesirin ahı səni tutacaq, Sahil Babayev

Sahil Babayevin xanımı da nazirliyin tenderlərində iştirak edir
Çox maraqlıdır ki, hər gələn məmur özündən əvvəlkinin atasına rəhmət oxutdurur. Baxmayaraq ki, əvvəlki məmur da  vətəndaşlara zülm edib. Amma təzə məmur “barıtı” necə çox edirsə, adamlar köhnənin həsrətini çəkir. 
Belə nazirlərimizdən biri də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri  Sahil  Babayevdir. 
Sahil Babayevin sələfi, yəni ondan əvvəlki nazir Səlim Müslümov hazırda məhkum həyatı yaşayır. Səlim Müslümov da rüşvətxor olub, korrupsioner olub, vətəndaşların cibinə girib, milyonlar qazanıb, dövlətin ayırdığı yüz milyonları mənimsəyib və s. 
Amma 3 ildir nazir işləyən Sahil Babayev daha hiyləgərdir. 
Özünü yuxarıdakıların yanında  yaxşı etmək üçün yalnız təqaüdə ehtiyacı olan insanların sonuncu  ümidini də əlindən alır,  vaxtilə təyin olunmuş təqaüdləri ləğv edir və insanları çarəsiz duruma salır. 
Sahil Babayev  əslində  yuxarıya  ruslar demişkən, “ayı xidməti”- “medveji usluqa”  göstərir. Çünki  çörək pulu kəsilən insanlar hamısı narazı kütləyə çevrilir. Sahil Babayev başa düşmür ki, “ac qılınca çarpar”. Bir gün bunun cəzasını Sahil Babayev çəkəcək.
Yuxarıda əbəs yerə yazmadıq ki, Sahil Babayev  daha hiyləgərdir. O həm özünü  “yuxarıda”  yaxşı kimi qələmə verir, həm də öz rüşvət şəbəkəsini daha da genişləndirir. 
Kəsilmiş təqaüdlər, müavinətlər bəlkə dövlət büdcəsinə qaytarılır ? Yox. 
Sahil Babayev dövlətin bu məqsədlə  ayırdığı milyonlarla vəsaitə  guya  qənaət edir, amma əslində nazirliyin qurumlarındakı tikintiyə yönəldir və milyolar qazanır. Çünki ən böyük korrupsiya  tikinti sahəsindədir. 
Digər tərəfdən, əgər Sahil Babayevdə zərrəcə insaf varsa, niyə demir ki, bu qədər saxta təqaüdləri kimlər verib ? 
Əlbəttə bu təqaüdləri  yoldan keçən deyil, dövlət qurumları, dövlət məmurları rüşvət əvəzində verib. Bəs, vətəndaşın nə günahı ? 
Dövlət qurumları hara baxırdı ? 
Sahil Babayevin  qurumu  ayağı dizindən kəsilmiş  əlili, qazini  bir neçə ildən bir yenidən tibb komissiyaya çağırır. Bu Azərbaycanda  “anekdot”  çevrilib. Əlillər deyir ki, bəlkə ayağım təzədən uzanacaq ? 
Sahil  Babayev ünvanlı sosial yardım alanların da başına olmazın oyunlarını açır. 
Bəllidir ki, əvvəlki illərdə imkansız  təbəqə  ünvanlı sosial yardım alırdı, ancaq bu pulun 6 ayını məmurlar mənimsəyidi. Səlim Müslümovun dövründə belə olub. 
Sahil Babayev isə elektron müraciətlərə guya üstünlük verir. Amma sonrakı mərhələdə əməkdaşlarını imkansız şəxslərin evinə göndərir və bir “qəmbərqulu”  tapırlar və  “bazarlıq”  başlayır. Adı da olur ki, guya Allah qoymasa, Sahil Babayev müavinətləri elektron qaydada verir.
Yenə yığılan pullar  nazirliyin rəhbərliyini cibinə axır. 
 Sahil Babayev vətəndaşların yaddaşında “qotur inək”lə qalıb.   Belə ki, guya məşğulluq adı altında vətəndaşlara mal-qara verilir, məşğulluq sahələri yaradılır. 
Sahil Babayev isə dövlətin hər bir inəyə ayırdığı 2500 manatın 2000-i qoyur cibinə, 500 manata qotur bir inək alıb verir kəndçiyə ki, məşğul ol. Qotur inək isə 2 aydan sonra ölür, vətəndaşın da dövlətə olan inamı ölür. Sahil Babayev isə milyonlar qazanır. 
Sahil Babayev  işə qəbul qaydasında da az qala “inqilab” edib. 
Qanuna görə, nazirlik boş olan vakansiyalarla bağlı Dövlət İmtahan Mərkəzinə məlumat verməlidir. DİM isə imtahan vasitəsilə kadrları seçib nazirliyə göndərməlidir. 
Sahil Babayev isə  istədiyi qohum-əqrəbasını, dost-tanışını  müqavilə ilə işə götürür, sonra daxili müsahibə yolu ilə “oformit” edir. Ay bərəkallah, sənin ağlına, cənab Sahil Babayev.   
İndi isə Sahil Babayevin tayfasından olan “kadro”lara baxaq. 
Sahil Babayev qohumu  Cahandar Babayevi  DSMF-nin Binəqədi rayon şöbəsinin müdiri təyin edib. 
İndi isə Sahil Babayev DSMF-nin Ağcabədi rayon şöbəsinin müdiri vəzifəsinə Cahandar Axundovun bacanağı Fazil Elman oğlu Əkbərovu təyin edib. 
Sahil Babayevin iki bacanağı, Cahandar Axundov və Fazil Ələkbərovu DSMF-nin yerli şöbələrinin müdiri təyin etməsi bu şəxslərin onun qohumları olması ilə bağlıdır. Məlumata görə Cahandar Axundovun və Fazil Əkbərovun həyat yoldaşları ilə nazir Sahil Babayevin kiçik qardaşı Samir Babayevin həyat yoldaşı əmiqızıdırlar. Bacanaqların DSMF-nin şöbə müdirləri təyin olunmasında məhz nazirin kiçik qardaşı Samir Babayevin mövqeyinin əsas rol oynadığı da bəllidir. 
Sahil Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri təyin edildikdən sonra həyata keçirilən kadr təyinatlarında önəmli rolu olan şəxslərin arasında dostu   “Kia Motors Az” MMC-nin faktiki rəhbəri Səxavət Səfərov önəmli rol oynayır. 
Hələ üstəlik nazir Sahil Babayevin həyat yoldaşı da nazirliyin tenderlərində iştirak edir.
Bu da sözün bitdiyi yer…


Oxşar xəbərlər

Nazirlik, yoxsa Sahil Babayevin “qohum-əqrəba”  kantoru ?- Nazirin həyat yoldaşına məxsus  şirkət ölkəyə nə idxal edir ?
Nazir Sahil Babayev keçmiş məhkumlara ayrılan pulu niyə gecikdirir?-Bəlkə, sələmə verir ?
SAHİL BABAYEV DƏ HƏBSƏ GÖNDƏRİLİR ?- Sahil Babayev  deyir ki, bu qanunsuzluq Səlim Müslümovun vaxtında olub...
Son dəqiqə: Səlim Müslümov barədə qərar verildi
Sahil Babayevin işçilərindən ŞOK BƏHANƏ... - Vətəndaşı görün, necə çilədən çıxarırlar...
SAHİL BABAYEVİN XALQIN BAŞINA AÇDIĞI OYUNLAR ... Əmək və əhalinin sosial müdafiəsi nazirliyi hansı qanunlarla idarə olunur bilinmir?
Sahil Babayevdə xəstəlik aşkarlandı - FOTO
Sahil Babayevin 3 ili: Nə və necə dəyişdi?.. - ƏVVƏLKİLƏRƏ ŞÜKÜR...
Sahil Babayevin işçiləri məqsədli olaraq QƏZƏB YARADIR? - NARAZILIQ!
Sahil Babayevin işçilərindən Qazaxda ÖZBAŞINALIQ - GİLEY
Sahil Babayevin işçiləri Şəki sakinini səfil duruma salıblar... - 10 il ərzində aldığı pensiyasını kəsiblər...
Səlim Müslümovun adamı yarım milyonluq tenderi uddu - Sahil Babayev onu niyə işdən çıxarmışdı?
Sahil Babayevin nazirliyində şəhid ailələrinin mənzil problemi ilə kim məşğul olur? - İTTİHAM
Rəşad Babayevin kimin əmisi oğlu olmasının cəmiyyət üçün mənası yoxdur, Səfər Mehdiyev...-  Əsas olan  DGK-da rüşvət və korrupsiyadır
Sahil Babayevdən yeni TƏYİNAT
Sahil Babayev 190 manatın verilməsindən DANIŞDI
Gələn il pensiyalar artacaq - RƏSMİ AÇIQLAMA
"Sahil Babayev, mən sənə nə etmişəm?.." - Əsgər atasının ETİRAZI
Sahil Babayevi kim(lər) DEVİRMƏK İSTƏYİR? - İLGİNC İDDİA
Sahil Babayev pulunu tələb edən sahibkarı NECƏ ZƏRƏRSİZLƏŞDİRDİ?.. - İTTİHAM, NARAZILIQ...
Sahil Babayev haqda ŞOK İDDİA: NƏYƏ HAZIRLAŞIR? - Sorosun layihəsi imiş?
Sahil Babayevlə işçilərin davası: anasına əlillik pensiya ayırıb?
Sahil Babayevin TƏHLÜKƏLİ sosial təminat siyasəti - Mənzillər atasının iş yoldaşlarına, əlillik dərəcəsi anasına
Sahil Babayevdən anlaşılmaz qərar... - NARAZILIQ!
"Sahil Babayev, əsgər atası parkda yatır..." - ACINACAQLI MƏNZƏRƏ...
ALLAHINIZ OLSUN: Sahil Babayev bu vətəndaşın da yardımını kəsib... - "Ailəmlə birlikdə özümü yandırmaq istəyirəm"
Sahil Babayev deputatların tələbi ilə parlamentə gələcək - Vaxt açıqlandı
Səlim Müslümovla Əjdər Olun şok talançılığı – Sensasiya
Xalqı süründürmək nazirliyi: Sahil Babayev kabusa çevrilib - Müdhiş detallar
Qarabağ əlilinin bacısı səhiyyə naziri Oqtay Şirəliyevlə görüşdü