Nazir İnam Kərimovun “qurbanlıq biznesi”- Müqəddəs Qurban bayramında 6 qəpiyindən keçməyən NAZİR
1-08-2021, 10:46
908

Nazir İnam Kərimovun “qurbanlıq biznesi”- Müqəddəs Qurban bayramında 6 qəpiyindən keçməyən NAZİR

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri 0,06 manatla, 0,06 qəpiyin fərqini bilmir…


2021-ci il iyul ayının 20-21-də qeyd olunan müqəddəs Qurban bayramı günlərində  Kənd Təsərrüfatı Nazirliyi əməlli-başlı canfəşanlıq edirdi. 
Təsəvvür edirsiniz, bayram ərəfəsində Nazirliyin yanında Aqrar Xidmətlər Agentliyinin Bakı Şəhər Baytarlıq İdarəsinin şöbə müdiri Rafiq Allahverdiyev jurnalistlərə bildirmişdi ki, Qurban bayramı ərəfəsində nazirlik tərəfindən kəsim məntəqələrində dezinfeksiya işləri PULSUZ  aparılacaq, ancaq fərdi müraciət edənlər üçün ödənişli olacaq: “Əgər vətəndaş özü dezinfeksiya işləri ilə bağlı bizə müraciət edərsə, bu zaman əvvəlcədən təyin edilmiş dövlət rüsumu ödəməlidir. Dezinfeksiya işləri bir kvadrat metrə görə 0,06 qəpikdən hesablanır”. 
Təsəvvür edirsiniz, nazirliyin vəzifəli şəxsi, şöbə müdiri 0,06 manatla, 0,06 qəpiyin fərqini bilmir. Görəsən, bu savadsızı kim nazirlikdə şöbə müdiri qoyub ?
Əlbəttə, nazir İnam Kərimov. 
İkincisi, nazirlik  1 kvadrat metri 6 qəpik olan dezinfeksiyaya görə, millətə, cəmiyyətə minnət qoyur, deyir ki, bunu ödənişsiz edəcəyik. 
Üçüncüsü, nazirliyin rəsmisi utanıb-qızarmadan deyir ki, fərdi müraciət olarsa, dezinfeksiya ödənişlidir, yəni 6 qəpiyimizi alacağıq…
Fikir verdinizmi, nazir İnam Kərimov və yaxın ətrafı hətta Müqəddəs Qurban bayramında da vətəndaşlara 6 qəpiyi də bağışlamaq istəmir. 
Doğrudan da,  məəttəl qalası, heyrət ediləsi məsələdir. İldə bircə gün vətəndaşa güzəşt olsa, 6 qəpik almasanız olmaz, cənab İnam Kərimov ?
İnam Kərimov, sən cavansan, yadına gəlməz. Sovetin dövründə ən ucqar kəndlərdə belə tövlələri, zibillikləri gəlib pulsuz  dezinfeksiya edirdilər. Bəs, sən və sənin savadsız, qeyri-peşəkar komandan nə edir? 
Milyonlarla  subsidiyaları fermerlərə, sahibkarlara  vermək adı altında mənimsəyirsiniz. Amma ildə bircə gün 6 qəpikdən keçmək istəmirsiniz. 
Cənab İnam Kərimov, müavinləriniz Elçin Zeynalov, Sarvan Cəfərov da sizin  kimi  qeyri-peşəkardır. Amma tamahları yaman itidir. 
Söhbət Müqəddəs Qurban bayramından düşmüşkən, cənab nazirə və müavinlərinə sualımız var. 
Cənablar, Qurban bayramında  qurbanlıq qoyunlardan nə qədər qazandınız ?  
 Qurbanlıq  heyvanların satışı və  kəsimi  zamanı nə qədər qabağa düşdünüz ?
Düşünürsünüz ki,  qurbanlıq məqsədilə  gətirilən qoyunların vergiyə cəlb olunmamasını camaat bilmir. 
Xeyr elə deyil. Camaat hər şeyi gözəl bilir, cənab nazir. Sizlər isə dövlətin öz vətəndaşına göstərdiyi bu mərhəmətdən öz cibiniz üçün istifadə edirsiniz. Həm də müqəddəs gündə. 
Bir gün bunun bədəlini siz və müavinləriniz ödəyəcəksiniz, cənab Kərimov. Bu işdə, yəni qurbanlıq qoyun məsələsində sizə dəstək verən Adil də bir gün bu günahların qurbanı olacaq.


Oxşar xəbərlər

Qurban bayramında ət kəsimi ilə bağlı qurumdan RƏSMİ AÇIQLAMA
Qurban bayramında qəssablardan COVID-19 pasportu tələb olunacaq
Vətəndaşlar öz həyətində qurban kəsə bilər? - RƏSMİ
Qurban bayramında neçə gün iş olmayacaq?
Azərbaycanda Qurban bayramı qeyd olunur
Qurbanlıq heyvanların satışı və kəsimi bu ünvanlarda olacaq - SİYAHI
Qurban bayramında pandemiya dövrünün tələblərinə əməl olunmalıdır
Bu ərazilərdə bayram yarmarkası keçiriləcək
QMİ Qurban bayramı ilə bağlı fətva verdi
Bakıda bu gün növbəti dezinfeksiya işləri aparılacaq
Sabah gücləndirilmiş dezinfeksiya işləri aparılacaq
Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılır - Küçəyə çıxmayın
2021-ci ilin bayram günləri AÇIQLANDI
Qurban bayramı günlərində marşrut avtobusları və metro işləyəcək - Diqqət!
“Təzəpir” məscidində bayram namazı qılındı
Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq
Qurbanlıq heyvanların satışı və kəsimi YERLƏRİ - Siyahı
Bakı və Abşeronda “Kənddən Şəhərə” Novruz yarmarkaları keçiriləcək
Azərbaycanda 4 gün ardıcıl qeyri-iş günü olacaq
Bakı küçələrində növbəti dezinfeksiya işləri aparılır
Mehriban Əliyevadan Qurban bayramı təbriki
Azərbaycanda bayram namazı qılındı
Paytaxt küçələri növbəti dəfə dezinfeksiya edildi
Tərtər rayonunda koronovirusa qarşı dezinfeksiya işləri davam etdirilir
“Kənddən şəhərə” qış yarmarkası bu ünvanlarda fəaliyyətə başlayıb
Aqrar sahəyə ayrılan milyonları İrşad Əliyev, İsmət Abbasov və Heydər Əsədov mənimsəyib-  İnam Kərimov bilmir ki, qarnı balalı  damazlıq inəkləri kəsim sexlərinə göndərirlər...
Qurban bayramında nələr GÜNAHDIR? – İlahiyyatçı
Nazir deputatın bacısı qızına yeni VƏZİFƏ VERDİ
Bakıda sakinlərinə xəbərdarlıq: Sabah küçəyə çıxmayın
Uşaq bağçalarının fəaliyyəti ilə bağlı açıqlama