Azərcellin ŞOK FIRILDAQLARI...- Dünyada analoqu olmayan Azercell mobil operatoru
18-08-2021, 09:00
332

Azərcellin ŞOK FIRILDAQLARI...- Dünyada analoqu olmayan Azercell mobil operatoru

Azercell-in tarif və danışıq qiymətləri dünyanın heç bir ölkəsində yoxdur...
Dünyada analoqu olmayan  Azercell  mobil operatoru  
Azercell online dərslərdə heç şagirdlərə də güzəşt etmir..
 Hər  abonentdən 10 qəpik tutanda, 100 min manat edir ( 1 milyon x 10 qəp = 100 min manat ) 

Azərbaycanda  2  çox  ciddi problem var. 
Biri bank sistemi ilə bağlıdır, digəri isə mobil operator  sistemi ilə. 
Onu da mütləq nəzərə almaq lazımdır ki, hər 2 sistemin müştəriləri 5-10 nəfər, yaxud  5-10 min nəfər deyil.  
Təkcə bank sisteminə yüz minlərlə vətəndaş istehlak kreditləri üçün müraciət edir. Minlərlə iş adamı, fərdi sahibkar banklarla əməkdaşlıq edir. 
Mobil operator sistemlərinin isə müştəriləri milyonlardır. 
Yəni oxucuda təsəvvür yarandı ki, söhbət  yüz minlərdən, milyonlardan gedir. 
İndi isə problemin ən dəhşətli hissəsinə nəzər salaq. 
Azərbaycanda mövcud olan bank faizləri  dünyanın heç bir ölkəsində, hətta imkanlı, zəngin ölkələrdə yoxdur. 
Azərbaycandakı  bank faizləri  qonşu ölkələrdən, hətta qardaş Türkiyədən dəfələrlə, ən azı 3-4 dəfə yüksəkdir. 
Bu əslində bankçılıq deyil, insanların  dərisini soymaqdır. 
Bu barədə hətta dəfələrlə Milli Məclisin tribunasından kəskin fikirlər səsləndirilib. Amma nəticə yoxdur. 
Görəsən, banklar kimlərə məxsusdur ?
Əlbəttə, məmurlara, nazirlərə, komitə sədrlərinə. 
İndi isə keçək mobil operator sistemlərinə. Müştəriləri milyonlarla insan. Və ən dəhşətlisi nədir ?
Vətəndaş ömründə 1-2, lap 3-4 dəfə banka müraciəıt edə bilər. 
Amma mobil operatorlar hər gün, hər saat, hər dəqiqə bizimlədir. Mobil operatorlar artıq nəinki böyüklərin, hətta uşaqların da həyatına daxil olub. Koronavirusdan sonra isə, lap bağçalar da, məktəblər də online  fəaliyyət göstərir. Deməli, vəziyyət  dəhşətli dərəcədə dözülməzdir.
Bəli, Azərbaycanda mövcud olan mobil operator tarifləri, qiymətləri dünyanın heç bir yerində ola bilməz. Bu bahalıq deyil, əsl istismardır. 
Görəsən imkanı olmayan şagird, yaxud tələbə haradan pul alıb online  dərslərə qoşulmalıdır. 
Bu biabırçılığın əsasını  Azərbaycanın İLK MOBİL sistemi olan Azercell  qoyub. Və o biri operatorlar da davam etdirir. 
Bir daha deyirik ki, belə danışıq qiymətləri  analoqu olmayan haldır. 
Bəli, Azercell  Azərbaycana ilk dəfə gələndə  hamımız sevinirdik. Ancaq bu gün müştərilər  Azercell-dən şikayət etməkdən beziblər. Şikayətçilər mətbuata, saytlara çıxıb öz şikayətlərini bildirir. 
Azercell  isə  şikayətləri dinləmək, problemi aradan qaldırmaqdan çox  mediada, saytlarda gedən şikayət yazılarını sildirməklə  məşğuldur. 
Görəsən, yazı sildirməklə problem həll olunur ? 
“Azercell” mobil operatorunun müştərilərini aldatması adi hala çevrilib. 
Abonentlərin şikayətlərinə görə “Azercell” mobil operatoru yeni nömrə alan müştərilərinin icazəsi olmadan və xəbərdarlıq edilmədən onları ödənişli kampaniyaya cəlb edir. 
Ödənişli kampaniya olan bu xidmət qarşılığında isə abonentin balansından əlavə məbləğ tutulur. Bu isə müştərilərin haqlı narazılığına səbəb olub.
Kimsə düşünə bilər ki, söhbət 10-15 qəpikdən gedir. 
Xeyir, elə deyil, 1 milyon müştəridən 10 qəpik tutanda, bu məbləğ 100 min manat edir. 
Gördünüzmü, söhbət  qəpik-quruşdan deyil, 100 minlərdən gedir. 
Təsəvvür edirsiniz, şirkətin 4,5 milyon abunəçisi var. 
Bütün bunlar azmış kimi Azercell  “zerkalni” nömrəni  70 min manata satır ( 051-777-77-77 ) 
Kimin şübhəsi varsa, buyurub elanlar saytına baxa bilər. 
Bundan əlavə, Azercell-in 050-211-288 nömrələri 8-10 min manatdır. 
Abunəçi sahib olduğu bu nömrələri kiminsə adına köçürmək üçün şirkətə 5 min ödəməlidir.
Azercell Telekom MMC-in  Milli Ön-lə  məhkəmə çəkişməsi də  manşetləri bəzəyir.  
8-10 min manata, hətta 70 min manata nömrə satan şirkət görəsən, hər ay  nə qədər vergi ödəyir ? 
Vətəndaş  ona məxsus  bahalı nömrəni sonra istəsə də ən doğma adamına  hədiyyə edə bilməz. 
Vallah, lap absurd teatrdır. 
Niyə  10 milyonluq əmlak hədiyyə etmək olar, amma Azercell-in nömrəsini  bağışlamaq olmaz ? 
Düzdür, Azercell  bunun da yolunu tapıb. Bunun üçün 5 min manat ödəməlisən. 
Necə deyərlər, yoğurmadı, yapmadı, hazırca…5 min qazandı. 

Bir sözlə, Azercell-in əməlləri  bir yazılıq  və medialıq deyil. 
Bununla bağlı  dövlət orqanları konkret sözünü  deməlidir. 
Əks  təqdirdə, bu maxinasiyalar  davam edəcək.


Oxşar xəbərlər

Bitməyən şikayətlər:“Azercell” müştəriləri necə tora salır? – ŞİKAYƏT VAR
Artıq Azercell abonentləri "MilliÖn"dən kontur yükləyə bilməyəcək
Azercell  051-777-77-77  nömrəsini 70 min manata satır
“Azercell”in şəbəkəsində problemlər yaşanır - SƏBƏB?
Azercell  indi  də aylıq  abunəçilərə “kontur atır”-  Şirkət  müştərilərini məhkəmə ilə hədələyir
Dövlət kasıblara, Azərcell də varlılara güzəşt edəcək.
Azercell koronavirusa görə MEDİA-nın pulunu kəsdi- Daha saytlar şirkətdən “aylıq” almayacaq
“Azərcell”in   fəaliyyəti  “tilova keçirilmiş  soxulcana bənzəyir”…- Şirkət müştərini tora salmaq üçün hər oyuna gedir...
Azərcell-in nömrə MONOPOLİYASI- Qarabağ qazisi dərman pulu tapmadığı bir vaxtda Azercell   70 min manata mobil nömrə satır...
Azercell-in 050-211-288 nömrələri 8-10 min manatdır-Abunəçi sahib olduğu bu nömrələri kiminsə adına köçürmək üçün şirkətə 5 min ödəməlidir
"Azercell"in Müştəri və Səyyar Müştəri xidmətləri işini fasiləsiz davam etdirir
Tükənməyən şikayətlər silsiləsindən: Tanınmış müğənni “Azercell”dən şikayət etdi: “Mümkün deyil şərləyəsiniz...”
Banklarda kredit verilməsi prosesi sadələşir
Access Bankda  “şapka” məsələsi- Müştərilər bu bankdan niyə  narazıdır ?
"Azercell” Mübariz Mənsimovun şirkətini məhkəməyə verdi
“Express Bank” koronavirusa yoluxsa, reanimasiyaya düşəcək - BÖHRAN
Koroğlunun 7777 dəlisi və Azercell-in 70 min manatlıq  777-77-77 nömrəsi...
Müştərilər “Bank Respublika”dan əmanətlərini geri çəkdilər - NƏ BAŞ VERİR?
Accesbank  müştərinin evini 2 dəfə ucuz qiymətə özününküləşdirib- Bank xeyli iş adamlarını məhv edib…
“Bank of Baku”nın xalis mənfəəti 48%-dən çox azaldı
Telefonunuza yüklədiyiniz 8 TƏHLÜKƏLİ PROQRAM
Bağlanmış 4 bankın əmanətçilərinə 508 milyon manata yaxın vəsait ödənilib
Azərbaycanda yeni sistem: Avtobuslarda gediş haqqını mobil telefonla ödəmək olur
“UniBank”ın xalis mənfəəti 54%-dən çox azaldı - RƏQƏMLƏR
Bu ölkədə müharibə veteranları üçün mobil danışıq xidməti pulsuz oldu
"Azər Türk Bank"da kəskin kiçilmə - RƏQƏMLƏR
Deputatdan Elman Rüstəmova ağır ittihamlar: “Mərkəzi Bankın fəaliyyəti araşdırılsın”
“Muğan Bank”ın lisenziyası ləğv olunacaq? - GƏLİŞMƏ
“Azərbaycanda dünyada “analoqu olmayan” yeni bir tendesniya duyulur…”
"Muğan Bank"ın bağlanmasına sayılı günlər - 40 milyonu tapa biləcəklərmi?