Taksilərin “bir əldə cəmləşdirilməsi”nə cəmiyyətin reaksiyası: Kimsə pul qazanmasın!
5-09-2020, 20:37
429

Taksilərin “bir əldə cəmləşdirilməsi”nə cəmiyyətin reaksiyası: Kimsə pul qazanmasın!

“Bazar iqtisadiyyatında dövlətin sahibkarın qiymət siyasətinə qarışması yolverilməzdir”
Bakı Nəqliyyat Agentliyinin (BNA) taksi fəaliyyətinin tənzimlənməsi və vahid tarif sisteminin tətbiqi ilə bağlı açıqlaması günün əsas müzakirə mövzularından biri olaraq qalır. Qurumda hesab edirlər ki, bazarda aşağı tariflər səbəbindən taksi sürücülərinin gəlirləri və xidmətin keyfiyyəti zəifdir. Problemlərin həlli məqsədilə Konsepsiya hazırlandığı, burada vahid dispetçer mərkəzinin yaradılmasının, tarif sisteminin tənzimlənməsinin və kvotanın tətbiqinin nəzərdə tutulduğu bildirilir.
Qeyd edək ki, Azərbaycanın taksi bazarında 20-dən artıq özəl şirkət fəaliyyət göstərir. Bu sektor ölkədə inhisarçılığın olmadığı yeganə sahə kimi örnəkdir. Çünki şirkətlər arasında davamlı rəqabət qiymətlərin ucuz və taksi xidmətinin əlçatan olmasına gətirib çıxarıb.
Maraqlıdır, vahid tariflərin tətbiqi, vahid dispetçer mərkəzinin yaradılması təkliflərini vətəndaşlar necə qarşılayırlar? Onların əsas gözləntiləri nədən ibarətdir? AYNA bu barədə sosial şəbəkə istifadəçilərinin rəylərini öyrənib. Beləliklə:
Elşad Mətləboğlu: “Münasibətim çox pisdir. BNA, guya insanları ictimai nəqliyyatdan istifadə etməyə səsləyir. Amma bilmirlər ki, manatlıq taksilər olmasa, “BakuBus”da sıxlıq daha da artacaq. Manatlıq taksilər BNA-nın eybini örtür. Qaş düzəltdikləri yerdə vurub göz çıxaracaqlar. Metro bağlı, “BakuBus” dolu... Manatlığı da ləğv etsələr, nəyinki vahid sistem olacaq, əksinə sistem vahidin altında qalacaq”.
Etibar Rzazadeh: “Dəhşət!”
Arzu Umut: “Pis. İnsanlara zülm vermək üçün məmurlar yarışa giriblər. Pandemyadır, millət bilmir sağ qalmaq üçün necə mübarizə aparsın. Metro işləmir, taksilər də belə. Bu vətəndaşlar nə etməlidir, toplu şəkildə özlərini yandırmalıdır ki, vəziyyətin nə qədər acınacaqlı olduğunu görsünlər?!”
Pərviz Osmanov: “Qiymətlərin tənzimlənməsi normaldır. ABŞ, Türkiyə və s. ölkələrdə də tənzimlənir. Ancaq sektorun özü tənzimlənməlidir. Dövlətin bu işdə sahibkar rolunu oynaması, taksi alması tamamilə yanlışdır. Sektoru tənzimləyib gəlirli etmək lazımdır”.
Zülfiyyə Qurbanova: “Nə edirlər etsinlər, qiyməti qaldırmasınlar. Kasıb da bu ölkənin vətəndaşıdır, narazı salmasınlar”.
Ülviyyə Alovlu: “Çox pis. Bazar iqtisadiyyatı dövründə məmurların sahibkarın qiymət siyasətinə qarışması yolverilməzdir. BNA-nın avtobus inhisarçılığından sonra taksilərə də əl qoyması qanunsuzluqur”.
Qalib Əsədov: “Münasibətim mənfidir. Bazar iqtisadiyyatı qaydalarına uyğun deyil. Rəqabət aradan qalxsa, keyfiyyət aşağı düşəcək. Nə qədər işsiz adam yaranacaq”.
Müşfiq Hüseynov: “Ölkədə stabil və maraqlı tendensiya var. Əhalinin az-çox əlində 5-10 manat olan təbəqəsi bir işdə 5-10 manat pul qazanmağa başlayan kimi, mütləq o sahəyə “barmaq” girir və qazancı iş adamlarının əlindən alır. 2 il əvvəl eyni vəziyyət əczaçılıq sektorunda oldu. Vahid tarif tətbiq etdilər, nəticədə yüzlərlə şirkət işini dayandırmağa məcbur oldu, onminlərlə əməkdaş işsiz qaldı. İndi eyni işi taksiyə tətbiq edirlər, çünki iş adamları 50-60 min maya qoyub 3-4 taksi gətirib, ayda 2-3 min pul qazanırdılar. Bu tədbirlərin bir adı var – heç kim pul qazanmamalıdır”.
Ağa Dadaşzadə: “Çox pis. Mən 5 km yola niyə 7 AZN verməliyəm? Ümumiyyətlə, Bakı balaca şəhərdir, burda qiymət məsələni şişirtmək mənasızdır”.
Fərqanə Allahverdiqızı: “Normal yanaşıram. Bu sahədə ciddi problemlər var. Rəqabət ancaq qiymət üzərində qurulub, keyfiyyət arxa plana keçib. Bəzən sürücülük vəsiqəsi olmayan taksi sürücüsünə də rast gəlirik. Əksəriyyəti fərqlənmə nişanı almadan işləyir və vergidən yayınır. Ədatən köhnə maşınlar taksi xidməti göstərir ki, bu da şəhərin ekoloji durumunu korlayır. Yeni konsepsiya həm də bu nöqsanların aradan qaldırılmasına imkan verəcək. Digər tərəfdən, xarici şirkətlərin də fəaliyyətinə nəzarət formalaşacaq. Çünki onların nəzarətsiz qalması vətəndaşlarımız üçün ciddi təhlükə mənbəyidir”.
Nicat Həşimzadə: “Belə olan halda, gərək taksi sürücülərinin maaşını BNA versin. Əgər maaş vermək niyyətində deyilsə, o zaman taksi şirkətlərinin azad fəaliyyətinə mane olmaq düzgün deyil. Pandemiya dövründə atılan bu addım avtobuslarda daha boyük sıxlığın yaranmasına səbəb olacaq, nəticədə yoluxma sayı artacaq. Sahibkar özbaşınalığı olan hallarda dövlət tənzimləyici, nəzarətedici rolu oynamalıdır, ancaq daha obyektiv təkliflər düşünmək lazımdır. BNA bu haqda düşünsə, daha yaxşı olar. Hamımız anlayırıq ki, kapitalizm dünyasında yaşayırıq. Ancaq biz hüquqi dövlətdə yaşayırıq və məncə, bu qərar verilərkən vətəndaşların da mövqeyini öyrənmək lazım idi. Ən azından ictimai rəyi yoxlamaq, sonra qərar vermək lazımdır.

Oxşar xəbərlər

Taksi qiymətlərindən razısınız? - VİDEO
BNA Hikmət Babayevi necə “qurban“ verdi? - Təfərrüat
TAKSİNİ “İMKANSIZLARIN” ÜZÜNƏ BAĞLAMAQ CƏHDİ – BNA rəsmisinin məsuliyyətsiz açıqlamasına sərt reaksiyalar
Biz ucuz, keyfiyyətli və təhlükəsiz taksi istəyirik -BNA bunu bacararsa, buyursun…
BNA və şəxsən Hikmət Babayev xalqdan üzr istəməlidir – Deputatdan sərt açıqlama
Avtobuslarda gediş haqqı artırılır? – Tarif Şurası açıqladı
Bakı metrosunda gediş haqları qaldırılacaq? - AÇIQLAMA
Gediş haqqının artırılacağı xəbəri haqda – Rəsmi açıqlama
BNA-nın taksi oyununun uğursuz mərhələsi - VİDEO
Bakı metrosu bu tarixdən fəaliyyətə başlayacaq
Kamran Əliyev: “Rayonlara yalnız taksi ilə gedib-gəlmək mümkündür”
Qanunsuz taksi fəaliyyəti göstərənlərə BƏD XƏBƏR
Yeni “London taksi”ləri Bakıya neçəyə gətirilib?
“O BNA-çının maşınını alın, işə avtobusla gedib-gəlsin” - Sabiq deputat
Hikmət Babayev işdən qovuldu
İlham Əliyev Bakıya gətirilmiş yeni "London taksi"ləri ilə tanış oldu — Fotolar
Vahid məktəbli forması ilə bağlı bir neçə nümunənin təsdiqi gözlənilir - Nazir
BNA-nın işdən çıxarılmış şöbə müdirinə “BakuBus”da vəzifə verilib? - Açıqlama
Köhnə maşını olanlara pis xəbər – Yeni qadağalar
Köhnə maşını olanlara pis xəbər – Yeni qadağalar
Fəzail Ağamalı Türkiyədə soyuldu (FOTO)
Köhnə maşını olanlara pis xəbər - Yeni qadağalar gəlir
ANS bərpa olunur — RƏSMİ
Yalnız bu taksi sürücüləri şəhərlərarası sərnişin daşıya biləcəklər
“Azərenerji” 2018-ci il “zülmətinin” bir daha təkrarlanmaması üçün modern sistem
Deputat Türkiyədə qarət olunması barədə xəbərlərə aydınlıq gətirdi
Bakıda quldurlar taksi sürücüsünə hücum etdi
Azərbaycanda karantindən istifadə edən işbazlar - VİDEO
Ev alqı-satqısı bazarında CİDDİ BÖHRAN VAR
Rusiyada sərnişinlə dolu avtobus yandı: Yaralananlar var - VİDEO