Ombudsman Tofiq Yaqubluya baş çəkib
7-09-2020, 16:46
249

Ombudsman Tofiq Yaqubluya baş çəkib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirib.
Ombudsman Aparatından verilən məlumata görə, BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmə zamanı bu müəssisədə saxlanma şəraiti, rəftar məsələləri, qidalanma, tibbi yardım və digər hüquqların təmin olunması vəziyyəti araşdırılıb.
Başçəkmə çərçivəsində müəssisədə saxlanılan bir neçə şəxs, o cümlədən qida qəbulundan imtina etməsi ilə bağlı barəsində məlumat yayılmış Tofiq Yaqublu konfidensial qaydada qəbul olunub.
Qəbulda T.Yaqublu barəsində olan cinayət işi və məhkəmə qərarından narazılığını əsas göstərərək bu addımı atdığını qeyd edib. Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) həkim üzvünün də iştirak etdiyi qəbul zamanı ona səhhətində ciddi problem yaşamaması üçün qida qəbulunu bərpa etməsi ilə bağlı, müəssisə və tibbi-sanitar hissə rəhbərliyinə isə onun səhhətinin həkim nəzarətində saxlanılması məqsədilə müvafiq tövsiyələr verilib.
Qəbul çərçivəsində saxlanılan şəxslərə Ombudsmanın səlahiyyətləri barədə məlumat və qaldırdıqları məsələlər üzrə hüquqi məsləhətlər verilib, ərizələri qəbul olunub, bir sıra müraciətlər yerində təmin edilib.
Başçəkmənin nəticəsi ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciət olunacaq

Oxşar xəbərlər

Ombudsmanın nümayəndələri həbsdə olan AXCP üzvlərinə baş çəkib
Ombudsman əməkdaşları Fuad Qəhrəmanlı və Məmməd İbrahimlə görüşdü
Ombudsman Aparatı: Səbinə Əliyeva öz fəaliyyətini davam etdirir
Ombudsman Bərdədə 17 yaşlı qızın qaçırılmasını nəzarətə götürdü
Ombudsman Məleykə Abbaszadəyə müraciət etdi
Ombudsman 82 min manata avtomobil aldı
"Ombudsmana şans verilməsini istərdim" - Çingiz Qənizadə
Ramiz Mehdiyevin nəvəsinin toyunda Ombudsman qol götürüb oynadı - Video
Tofiq Yaqubluya hökm oxundu
Elvin İsayevin məhkəməsi başlayır
Azərbaycanın Ombudsmanı fəaliyyətini dondurub
Məhkəmə Tofiq Yaqublunun şikayətini rədd etdi
Rusiyada həbsdə olan 2 nəfər Azərbaycana ekstradisiya olundu
Ombudsmandan 82 minlik avtomobillə bağlı – Rəsmi açıqlama
KİVDF-nin yeni rəhbəri kimdir? - Dosye
Tofiq Yaqublu barəsində hökmdən apelyasiya şikayəti verilib
Deputat açıqladı: “Milli Məclisdə amnistiya təklifi irəli sürülə bilər”
Mehdiyevin nəvəsinin toyunda oynayan Ombudsmanın geyiminin gözqamaşdıran qiyməti
Uşaq hüquqları aylığına start verilir
Atmosferə tullantı atan müəssisənin istehsalat üzrə direktoru cəzalanıb
Tofiq Yaqublunun vəziyyəti ağırlaşdı
AQTA əməkdaşları bölgələrdə tədbirləri davam etdirir
Prezident Səhiyyə Nazirliyinə yeni səlahiyyət verdi - FƏRMAN
Müdafiə Nazirliyindən Tofiq Yaqublunun oğluyla bağlı - Açıqlama
Saxta alkoqollu içkilər hazırlayan şəxs həbs edilib
“Leş Tofiq”in müəssisənin məhsullarına AQTA “sertifikat” verib? - RƏSMİ
Azərbaycanda daha bir nazirliyin vəzifəli şəxsi HƏBS EDİLDİ
Xüsusi karantin rejiminin pozulması ilə əlaqədar 16 nəfər həbs edilib
Yenə yararsız at satışı - Qarşısı alındı
Azərbaycanda məşğul şəxslər barədə elektron reyestr yaradılacaq