Şəkililər başçının həbsini tələb edirlər... - "...bu insanları “sil-süpür” etsinlər"
9-09-2020, 10:31
59

Şəkililər başçının həbsini tələb edirlər... - "...bu insanları “sil-süpür” etsinlər"

“Axırıncı dəfə yağan güclü yağışda Şəkinin mərkəzində olan Qurcana çayının divarları uçub. Həmin uçan hissədən su daşır”. DİA.AZ bildirir ki, məlumatı Şəki sakinləri verib. Bildirirlər ki, buna məsul olan qurum bələdiyyədir: “Keçən dəfə şəhərin küçələrinin zibilli olması ilə bağlı yazmışdıq. Bu, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun və müavini Həsən Həsənovun xətrinə dəydi. Onlar “incikliklərini” polis vasitəsilə bildirdilər. İstəyirlər ki, hamı sussun, olanları dilə gətirməsin. Bu da mümkün deyil, çünki başqa cür düzələn deyillər”.

Şəki sakinləri deyirlər ki, məmurlar camaatı qorxu və təhdid altında saxlayaraq hər cür istismar edir, haqlarını yeyirlər: “Şəhərə isə bu formada biganə, laqeyd, vicdansızca münasibət bəslənilir. Hər dəfə şəhərin bu halını görəndə ürəyim ağrıyır. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) niyə öz küləklərini bu tərəfə əsdirmir?!”

Sakinlər bildirirlər ki, Şəki ən çox yeyintiyə məruz qalan şəhərdir. Buna ən böyük sübut isə şəhərin yollarıdır: “Bu boyda tarixi şəhərin yolları kənd yolundan betərdir. Dövlət Təhlükəsizlik Xidməti rayonlarda əməliyyatlar keçirir. Niyə Şəkiyə də gəlmirlər? Gəlib olanlardan dərs çıxarmayan bu insanları “sil-süpür” etsinlər. Çünki bu tip insanların kresloda qalması sadəcə bürokratik bir məsələ deyil, artıq elə bir vəziyyətdir ki, bu, milli təhlükəsizlik məsələsidir”.

Sakinlər bildirirlər ki, bəlkə də məmurlar “incikliklərini” yenə polis vasitəsilə edələr: “Çünki normal, sivil dialoq aparmağa qabiliyyətləri yoxdur. Lakin məlumdur ki, cəmiyyətlə sivil dialoq qurulduğu zaman faydalı nəticələr əldə etmək olar, əks təqdirdə, toplum və hakimiyyət tərəfləri arasında yaranacaq dərin uçurum destruktiv nəticələr doğuracaq”.

Şəki şəhərində abadlıq işlərinin çoxunu, o cümlədən çaylara bəndlərin tikilməsi işini “Abadlıq Təmir Təmizlik” MMC şirkəti həyata keçirir . Bu iş onlara Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi olandan sonra həvalə edilib.

Şəki şəhər İcra Hakimiyyəti “Abadlıq Təmir Təmizlik” MMC-yə 2020-ci ildə Şəki şəhərində görüləcək (büdcədənkənar vəsait hesabına) abadlıq işləri üçün 566 min 582 manat 71 qəpik ödəyib.

“Abadlıq Təmir Təmizlik” MMC 2019-cu il fevralın 5-də qeydiyyatdan keçib. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Hafiz Amil oğlu Əfəndizadədir.

Sakinlər bildirirlər ki, 1990-cı ildə anadan olan Hafiz Əfəndizadə Şəki bələdiyyəsinin üzvüdür: ““Abadlıq Təmir Təmizlik” MMC dövlət qeydiyyatına alınan zaman Hafiz Əfəndizadə Şəki bələdiyyəsində baş torpaq mütəxəssisi vəzifəsində çalışıb. 2019-cu ilin dekabrından isə keçirilən bələdiyyə seçkilərində namizədliyini irəli sürərək Şəki şəhər bələdiyyəsinə üzv seçilib”.

“Bələdiyyə üzvünün statusu haqqında” Qanunun 13-cü maddəsinin tələblərinə görə, əmək haqqını bələdiyyədən alan bələdiyyə üzvünün əsas iş yeri bələdiyyə hesab olunur.

Şəkililər başçının həbsini tələb edirlər...
Şəkililər başçının həbsini tələb edirlər...

Oxşar xəbərlər

Şəkidə iki avtomobil toqquşub, xəsarət alanlar var
Şəki icra başçısının MÜLKLƏRİ: 5 villası və çoxsaylı obyektləri (FOTO-VİDEO)
Mikroavtobus piyadanı vuraraq öldürdü
Gizli restoran işlədən şəxs 3 100 manat cərimələndi
Bugün Şəkidə qaz olmayacaq
Mingəçevirdə yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi saxlanıldı
İlqar Məmmədova 234 min kompensasiya ödənildi
Şəkidə qəsdən həmkəndlisinin əmlakını yandıran şəxs tutuldu - Foto
Azərbaycanda icra başçısı belə tutuldu - ANBAAN VİDEO
Niyazi Bayramov şəhərdə aparılan abadlıq işləri ilə tanış oldu
Biləsuvarda biri qadın olmaqla iki narkotacir saxlanıldı
İmişlidə kənd sakinləri ilə icra hakimiyyəti arasında nə baş verir?
Azərbaycanda polis rəisinin mal-qarasına görə sakinlər döyülüb? - RƏSMİ AÇIQLAMA
Balakəndə karantin rejimi ilə bağlı növbəti reyd keçirilib
Gəncə şəhər İcra Hakimiyyətinin saxlanılan sabiq vəzifəli şəxsləri məhkəməyə gətirildi
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Şəkidə əməliyyat keçirib
Mingəçevirdə qaydaları pozan velosipedçilərə qarşı reyd keçirilib
Umayra Tağıyeva: "Hava ölkəmizdə yay fəsli üçün nisbətən sərin keçir"
10 günə yaxındır yoxa çıxıb
İlqar Abbasov Şirvanda “karantin vergisi” yığır? – Sahibkarlardan başçıya ittiham..
Prezident Şəkidə yol tikintisinə 12 milyon manat ayırdı
Azərbaycanda yüksək vəzifəli şəxs öz bacanağına vəzifə verdi - FOTO
Gəncə Şəhər İcra Hakimiyyəti həbslərlə bağlı məlumat yaydı
Prezidentdən sahibkarlara mane olan məmurlara XƏBƏRDARLIQ
Azərbaycanda beş yeni lisey yaradıldı - RƏSMİ
Mədəniyyətə ayrılan büdcə pulları ŞƏKİDƏ BELƏ YEYİLİB - FAKTLAR
Mingəçevirdə qısqanc ər arvadını qohumunun evində öldürdü
Səlim Müslümovun dayısı ittiham olunur... - Keçmiş başçının başı ağrıya bilər...
Zaqatalada karantin qaydalarını pozan çayxana aşkar edildi
Camaat susuz, o isə özünə maşınla su gətizdirir