“Sipark” Əli Həsənova necə verilib?
9-09-2020, 13:44
148

“Sipark” Əli Həsənova necə verilib?

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun yayılan sərvətinin siyahısında olduqca mühümnüans diqqət çəkir. Reportyor.info xəbər verir ki, Ə.Həsənovun Bakıdakı əmlaklarının bir hissəsi də “Evrostroy SS” yaşayış kompleksində imiş.
Şirkətin 12 bloklu 16 mərtəbələrdən ibarət olan 2 kompleksi keçmiş məmura məxsusdur. “Evrostroy SS” adını dəyişərək “Sipark” kimi fəaliyyətini davam etdirir.
Adı müxtəlif qalmaqallı işlərdə, MTN generalı Akif Çovdarovla hallanmış, indiyə qədər Nərimanovda tikilən layihəni təhvil verməyən, sakinləri süründürən “Sipark”ın Ə.Həsənovla hansı əlaqələrə sahib olunduğu açıqlanmır.
Yəni, iki kompleksin Ə.Həsənova bağışlandığı, yoxsa sabiq məmur tərəfindən alındığı bilinmir. Amma “Sipark”ın mənzilləri ayrı-ayrı vətəndaşlara yox, pezidentin sabiq köməkçisinə satması belə suallar doğurur.
Bundan əvvəl şirkət haqda elektron KİV-də ciddi ittihamlar səslənib. Bir haşiyəyə çıxaq ki, “Evrostroy” tikinti şirkətində həmin vaxt Seymur İsayevlə Hacı Rafael Qarayev şərik olublar. Həmin Seymur İsayev ki, indi “Sipark”ın rəhbəridir. Onun MTN generalı hesabına şərikinə təzyiqlər göstərdiyi iddiaları mediada yer alıb.
Son vaxtlar isə sakinlər şirkətin onların süründürməsindən şikayətçidirlər. Bu haqda ayrıca yeni müraciəti təqdim edəcəyik. İndisə “Sipark” Ə.Həsənovun açıqlanan varidatının siyahısında şirkətin iki kompleksinin olmasını izah, aydınlıq gətirməlidir.
Biz Ə.Həsənovun əmlaklarının siyahısını bir daha təqdim edirik:
1. Bakı şəhərində “Dostluq V” yaşayış kompleksi (7 blok, 18 mərtəbə)
2. Bakı şəhərində “Evrostroy SS” yaşayış kompleksi – 12 bloklu 16 mərtəbələrdən ibarət olan 2 kompleks
3. Bakı şəhərində “Rahatlığın məkanı”– Goldyaşayış kompleksi- 25 blok
4. Bakı şəhərində Araz 2011 yaşayış kompleksi
5. Bakı şəhərində H.Əliyev prospektində 6 bloklu yaşayış kompleksi
6. Bakı şəhərinin Nərimanov rayonunda, Çanaqqala restoranı ilə üz-üzə 5 bloklu bina
7. Bakı şəhərinin Ceyhun Hacıbəyli küçəsində “Araz” İnşaat tərəfindən tikilən yaşayış kompleksi
Obyekt olaraq tikilərək icarəyə verilmiş daşınmaz əmlaklar:
1. Nərimanov rayonunda Ağa Nemətulla küçəsində 5 ədəd qeyri yaşayış sahəsi. Hər biri 3-5 min kv m
2. Nərimanov rayonu Atatürk prospekti 6-8 ünvanında Araz şirkətinin yerləşdiyi 2 mərtəbəli ofis binası
3. Ziya Bünyadov prospektində 31 ədəd qeyri yaşayış sahəsi (Beton zavod, mağazalar və s.)
4. Nərimanovda köhnə erməni qəbristanlığı ərazisində 3 futbol stadionu
5. Nərimanov rayonu İqtisad Universiteti ilə üz-üzə 10 000 kv m ərazisi olan Avto-Qalereya
6. Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində 4 ədəd obyekt (Hilal Elektrik binası və yanındakı 3 bina)
7. Nərimanov rayonu, Təbriz küçəsində 3 qeyri-yaşayış sahəsi
8. Azadlıq prospektində inşa edilmiş otel binası
Restoranlar
1. Fəvvarələr meydanında Cook Zone restoranı
2. Park Bulvar və Metroparkda Big Chef və fast food restoranlar şəbəkəsi
3. Nərimanov rayonu, Atatürk parkında Park restoranı
4. Nərimanov rayonu, Atatürk parkında Beer House restoranı
5. Nərimanov rayonu, Atatürk parkında Garden restoranı
6. Nərimanov rayonu, Həsən Əliyev küçəsinin Q.Murad küçəsi ilə kəsişməsində 50 sot ərazidə Şadlıq evi və Gecə klubu kompleksi
7. Nərimanov rayonunda yerləşən Hamam Kompleksi
8. Nərimanov parkı ərazisində 3 ədəd restoran və oyun attraksionları
 
Dövlət hesabına tikilərək mənimsənilmiş obyektlər:
1. Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi 3A ünvanında dövlət hesabına tikilərək mənimsənilmiş 12 000 kv m qeyri-yaşayış sahəsi
2. Nərimanov rayonu, Heydər Əliyev prospektində dövlət hesabına tikilmiş 5 binada qohumlarının adına yazdırdığı 10 ədəd mənzil (Zamin, Azər, Zahid, Fərasət və digər qohumlar)
Villalar:
1. Əhməd Rəcəbli küçəsində Hilal Elektrik mağazasının arxasında tikilmiş 3 ədəd 4 mərtəbəli villa
2. İstanbulun lüks səmtində boğaz mənzərəli qəsr (Qiyməti 25 milyon ABŞ dolları)
3. Şamaxıda 4 ədəd villa
4. Novxanıda 2 ədəd villa
5. Nərimanovda köhnə erməni qəbristanlığı ərazisində 6 ədəd villa
Digər obyektlər:
1. Zavod – İstanbulda Mercedes markalı yük maşınları istehsal edən zavod (dəyəri 120 milyon ABŞ dolları)
2. Kənd təsərrüfatı – Ramanıda 10 ha ərazidə, 1000 baş heyvanın saxlandığı ferma
3. Gecə klubu – Nərimanov rayonunda Las Vegas gecə klubu
4. Nərimanov rayonda 30 ədəd ticarət köşkü və avtoyuma
5. Nərimanov metrosu üzərində 4 ədəd qeyri-yaşayış sahəsi.

Oxşar xəbərlər

"Sipark" vətəndaşları belə aldadıb... - Müraciət...
Daha bir media Əli Həsənovdan alındı
ANS-dən Əli Həsənovla bağlı AÇIQLAMA
Əli Həsənov xəstəxanadan qaçıb? – Müalicə aldığı klinika “burada deyil” dedi
Əli Həsənovun dayısı oğlunun VARİDATI - "Jek" müdirliyindən başlanan yol
“Əli Həsənov iddia edirdi ki, guya ANS terroruçulara kömək edir...”
Əli Həsənovun oğlunun yenicə pöhrələnən korrupsiyası..
Əli Həsənov hökuməti belə aldadırmış
Əli Həsənovun müalicə aldığı deyilən klinikadan açıqlama: “Burada elə bir pasiyent yoxdur”
Əli Həsənov mediadan birdəfəlik gedir
''Gundelik-baku.com''-un yazısına Ağabəy Əsgərov cavab verdi- Ağabəy Əsgərov həbs oluna bilər
Əli Həsənovun qardaşı İsa Həsənov da aradan çıxır…-Ölkədən qaçmağa hazırlaşır?
MŞ və Amaşov ətrafında həlqə daralır -sunami irəlidədir
Əli Həsənovun halı pisləşdi - Almaniyaya aparılır
Əli Həsənov həbsdən qurtulmaq üçün Ərdoğanla görüşmək istəyib - İDDİA
Həbs xəbəri yayılan Abbas Abbasovun oğlu danışdı
Qazaxda yaşayış kompleksi inşa olunacaq
Azərbaycanda görünməmiş “tender müəmmasi” – Şirkət 3 gün sonra niyə imtina etdi?
Əli Həsənov Antalyaya, oğlu Misirə getdi – Sensasion iddia
Eldar Həsənov Bakıda istintaqa cəlb olundu
Əli Həsənovun nəvəsinin Avropadakı biznesi üzə çıxdı (FOTOLAR)
Vüqar Səfərliyə kimlər “yoldaşlıq” edəcək? – “Bu işlərdə əli olan hər kəsin həbsi mümkündür”
600 minlik tenderdən imtina edib 1.8 milyonluğunu qazandı
Laçındakı çaylarımız üzərindəki SES-ləri bu erməni oliqarxlar işlədir...-FOTOLAR
"Demək, oğurlamısan ki, indi də təhvil verirsən" — Elçin Şıxlıdan Əli Həsənovu ifşa edən açıqlamalar
Əli Həsənov daha bir media rıçaqını itirir
Eldar Həsənov, Əli Həsənov, Abbas Abbasov, “Quska” və...daha kimlər? - Sensasion şəbəkə
Yol layihəsi dayanıb, işçilər məzuniyyətə göndərilib?
Əlinin dərdi var, Əli xəstədir