Azərbaycanda uzun illərdi “kölgə” iqtisadiyyatı altında bir sıra iqtisadi sahədə cinayətkarlığın yuvasına çevrilmiş “Sədərək” Ticarət Mərkəzinin rəhbərliyi ölkəmizdə sahibkarlığın inkişafı və iqtisadi duruma öz oğru fəaliyyəti ilə ciddi zərbə vurur.
Ticarət Mərkəzinin rəhbəri Yusif Qədimbəyli minlərlə sahibkarın vergi ödəyicisi kimi qeydə alınmamasına görə bir sıra qanunsuzluqlara yol verir. Minlərlə sahibkarı potensial narazı kütlə kimi şantaj alətinə çevirərək, kütləvi boykot və digər neqativ hallarla qorxu altında saxlayır.
Dəfələrlə cənab Prezidentin çıxışlarında qanunsuzluqların aradan qaldırılmasına dair fikirlərini gözardı edən bir sıra dövlət orqanlarının rüşvətxor məmurları, belə cinayətkara dəstək verirlər. Bu cür problemlərlə ölkədən didərgin salınan, mülkü əlindən alınan və çıxılmaz vəziyyətdə qalan sahibkarın şikayət ərizəsini diqqətinizə çatdırırıq:
Mən Həsənov Əkrəm Hüseyn oğlu 2010-cu il tarixdə biznes fəaliyyəti ilə məşğul olmaq üçün Sədərək Ticarət Mərkəzi ərazisində "xalça bazarı" hissəsində ümumi sahəsi 240 kv.m olan 2 ədəd satış dükanı almışam. Sədərək Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəyliyə müqavilə bağlanan gün 240 000 (iki yüz qırx min manat) AZN dəyərində pul vəsaiti nağd şəkildə vermişəm və bununla bağlı müqavilə imzalanıb və dükanlara dair zəruri sənədlər mənə təhvil verilmişdir. 2010-2018-ci illərdə dükanlar fəaliyyət göstərmişdir. 2018-ci ilin əvvəlində mənə bildirilmişdir ki, Ticarət Mərkəzinin satışa çıxarılması ilə əlaqədar dükanlarım geri qaytarılmalıdır.
Y.Qədimbəyli tərəfindən mülkiyyət hüquqlarım kobud şəkildə pozularaq qeyd olunan dükanlar üçün heç bir təzminat ödənişi və ya qanunla müəyyən edilmiş qaydaya uyğun olaraq etdiyim ödəniş geri ödənilmədən əlimdən alınmışdır. Pozulmuş hüquqlarım və ailəmin maddi ehtiyacları, eləcə də dəymiş ağır maddi ziyanla əlaqədar məcburiyyət qarşısında Azərbaycanı müvəqqəti tərk edərək Ukraynaya fərdi əmək fəaliyyəti ilə məşğul olmaq məqsədilə səfər etmişəm.
Qeyri-qanuni əməllərinə görə “Sədərək” Ticarət Mərkəzinə qarşı 2020-ci ilin əvvəlində Qaradağ rayon məhkəməsində iddia qaldırılmışdır. Qaradağ Rayon məhkəməsi tərəfindən işə baxılarkən pozulmuş hüquqlarımın bərpası əvəzinə "Sədərək Ticarət Mərkəzi”nin rəhbərliyinin xeyrinə və mənafeyinə uyğun şəkildə süründürməçiliklə müşayiət edilən (saxta sənədlərin məhkəməyə təqdimi və qarşı tərəfin maraqlarının ön plana çəkilməsi) arzuedilməz qərar qəbul edilmişdir.
"Sədərək Ticarət Mərkəzi” tərəfindən yalan surətdə iddia edilmişdir ki, 01 dekabr 2011-ci il tarixdə mənə guya həmin firma tərəfindən müqavilənin ləğv edilməsinə dair məktub göndərilmişdir. Əslində isə ekspertiza sübut etmişdir ki, dövlət orqanlarına məxsus saxta sənədlər hazırlanıb, lakin məhkəmə saxtakarlıq əməlinə göz yummuşdur. Ekspertiza Rəyi daxil olmağına baxmayaraq məhkəmə təqdim etdiyimiz dəlilləri və sübutları iddianın təmin edilməsi üçün bilərəkdən tutarlı hesab etməmiş və prosesdə haqlı mövqeyimdən hər mənada məni məhrum etmişdir.
Apellyasiya şikayəti üzrə “Sədərək” Firmasında 2010-cu il üzrə müqavilələrin qeydiyyat kitabı və bu kimi sənədlər “Sədərək” Ticarət Mərkəzindən tələb olunsa da, həmin sənədlərin təqdim olunması mümkün olmamışdır. Əvəzində isə məhkəməyə çox gülməli və yalan bir açıqlama verilərək sənədlərin tamamı ilə yandığını bildirmişdir.
Apellyasiya Məhkəməsi qeyri-qanuni olaraq Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə dəyişdirilmədən saxlamışdır.
Diqqətinizə çatdırırıq ki, şikayətçinin məhkəmə çəkişmələri hələ də davam edir. Ancaq susdurulan məhkəmə hakimləri Y.Qədimbəylinin hər vəchlə etdiyi qanunsuzluqlardan yayınmasına imkan yaradırlar.
Böyük məbləğdə pul ödənişinə dair bütün sənədlərin olmasına baxmayaraq məhkəmə orqanlarının “Mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.” kimi qərarı satılmış bir mövqedir. Y.Qədimbəyli əlaqələri hesabına bu gün Ticarət Mərkəzində ticarətlə məşğul olan sahibkarların hüquqlarını belə tapdayır.
Dövlət orqanlarına qeyd edilən problemlə əlaqədar müvafiq qaydada müraciətlər edilib. Hazırda da aidiyyəti dövlət orqanları məsələ ilə bağlı mütəmadi olaraq məlumatlandırılırlar.
Bütün bu yazılanlardan sonra ortaya bir sıra suallar çıxır. Vergi öhdəliklərindən yayınan “Sədərək Yusif” ləqəbli bu saxtakarı kimlər himayə edir? Ölkəmizin iqtisadi inkişafına zərbə vuraraq dövlətin torpağını qanusuz yolla sahibkarlara satıb sonra hədə-qorxu yolu ilə geri alan bu şəxsin arxasında kimlər var?
Bax bu sualların cavabını isə ümüd edirik aidiyyatı orqanlar məsələnin işıqlandırılmasından sonra biganə qalmayacaq, cavablandıracaqlar. Cinayətkarlar layiqli cəzasını alacaq.//MillətinSəsi.info//
“Sədərək Yusif” sahibkarın mağazasını əlindən alıb - GİLEY
23
mart
14:58

Qarabağ
OXŞAR XƏBƏRLƏR
“Sədərək Yusif” sahibkarın mağazasını əlindən alıb - ŞİKAYƏT
“Sədərək”in sahibinə qarşı böyük məbləğdə ittiham - QALMAQAL
“Sədərək”dən açıqlama: “Yusif Qədiməliyevi kim işdən çıxara bilər?”
"Krışasız" qalan Yusif Qədiməliyev “Sədərək” Ticarət Mərkəzinin rəhbəri vəzifəsindən uzaqlaşdırıldı
"Sədərək" ticarət mərkəzi nə vaxt açılacaq? - AÇIQLAMA
“Sədərək Yusif” həbs edilə bilər: - Üç maddə ilə cinayət işi açıldı
“Sədərək TM”-nin sahibi Yusif Qədimbəyli üçün karantin-zad yoxdur.. - Ata “Sədərək”də, oğul Vüqar Qədimbəyli Prezident Administrasiyasında
“Sədərək Yusif”in oylağı: Hər il kütləvi ov edir - FOTO
“Sədərək” Yusifin “Cənnət bağındakı” “Buynuz vannası” – Onu buynuzu kəsilən maralların ahı tutacaq
“Sədərək Yusif” Qədimbəyli indi də klinika tikdirir…- Yusif Qədimbəyli stomotoloji klinkanın ərazisini Qasım Rzayevdən neçə milyona alıb ?
“Sədərək”də yeni axunda etiraz edən şəxs həbs edildi
“Sədərək”də təzə soyğunçuluq: Qədiməliyev sürücülərdən iki dəfə pul yığır – FOTO
Kəbirə Məmmədova istintaqa cəlb olunub? - AÇIQLAMA
“Sədərək” Ticarət Mərkəzindən qərar: “Yer pulu alınmayacaq”
"Sədərək" Ticarət Mərkəzi sökülür
“Binə” və “Sədərək”də total yoxlamalar – Kəbirə Məmmədova böyük mənimsəmədə ittiham olunur
“Binə” Ticarət Mərkəzinin rəhbərliyi: “İnanmayın”
Ramiz Mehdiyevlə Əli Həsənovun çirkin oyunları... - İnam Kərimovu necə gözdən salmaq istəyiblər?
“Sədərək”də karantin qaydalarını saya salan yoxdur ?- Adamın oğlu PA-da işləyndə, adam ölkə qanunlarını ayaq altına salar, yoldaş Qədimov ?
“Binə” və “Sədərək” ticarət mərkəzlərində yoxlamalar başladı
Sədərək yolunda dəhşətli QƏZA - VİDEO
ƏDV ilə bağlı vacib açıqlama
Pandemiyadan zərər çəkənlərə 50 faiz güzəşt... - Vacib açıqlama
"Sədərək"də komissiya yaradıldı: - Mağazaların işıqları söndürüldü
“Tik-tok” da “By MG” kabusu – Məşhur iş adamının oğlu milyonları necə dağıdır?!
“Sədərək” və “Binə” ticarət mərkəzlərindən gizli görüntülər - Video
Bu sahələrin fəaliyyəti bərpa olunur
Səfər Mehdiyevin gömrük sistemində gizli şəbəkə: möcüzəvi mayor olan Mahir və…
Naftalanın təzə başçısının “köhnə fəaliyyəti” - sahibkarın qanuni torpağı əlindən alınır
Yol kəsən “Sədərək Yusif”in şlaqbaum biznesi... - Hər sürücüdən alınan 50 qəpik yol pulu , ayda 100 milyonlar edir...
- Qızıl və gümüş ucuzlaşdı
- 3 000-dən çox insan Ermənistanın mina terrorunun qurbanı olub
- Bir ayda necə arıqlamaq olar? - Dietoloqların sadə sirri
- İstənilən “iPhone” funksiyası “Android”lərə gələcək
- Keçmiş yeznələrini küçədə öldürdülər
- 117 yaşlı qadın 107 yaşlı bacısı ilə ad günü qeyd etdi
- Avtobusların iştirakı ilə baş verən QƏZALAR - VİDEO
- Teymur Rəcəbov üçüncü dəfə ATA OLDU - FOTO
- Putin və Rəisi Qarabağı müzakirə etdilər
- “Müğənnilər səhnəyə lüt çıxır, cəsarətiniz çatırsa onları yazın, Yaşar Nurinin qızını yox”
- General getdi, birinci müavin vəzifəsi ləğv edildi - İcra başçısının oğlu vəzifədə qaldı
- Vaqner Afrika və Belarusda fəaliyyətini davam etdirir
- Maştağa sakini İrana görə tutuldu - CASUS ŞƏBƏKƏSİ
- "Yunayted" 100 milyon avroluq transferə hazırlaşır
- "İlin sonuna qədər inflyasiyanın birrəqəmli səviyyəsinə endirilməsi gözlənilir" - Baş nazir
- Hərbçilərimiz Kəlbəcərdə daha bir silah anbarı aşkar etdilər - VİDEO
- Hidayət Heydərov beşinci dəfə Böyük Dəbilqəni qazandı
- İrəvan-Arazdəyən yolu bağlandı, saxlanılanlar var - VİDEO
- Güləşçimiz erməniyə qalib gələrək yarımfinala yüksəldi
- Ceyhun Bayramov bu gün BMT Baş Assambleyasında çıxış edəcək
- “Azərbaycan Qarabağa tam nəzarət edir” - Separatçıların sabiq "nazir"i
- İlham Əliyev Toivo Klaarı qəbul edib
- İlham Əliyev Toivo Klaarı qəbul edib - YENİLƏNİB
- Xarici ölkələrin hərbi attaşeləri Şuşaya səfər ediblər