Bəli, bu ifadələr bu gün barəsində ən çox şikayət olunan mağazalar şəbəkəsindən - "Kontakt Home"dan giley edən müzakirələrdə yer alıb. DİA.AZ bildirir ki, bu qəbildən olan şikayətlər yetərincədir və bu şikayətlərlə az qala hər gün rastlaşırıq. Amma nədənsə sözügedən şəbəkənin başbilənləri özlərinə çəki-düzən verməyi məqsəd etmiş kimi görünmürlər. Burada hətta bir özbaşınalıq ab-havası da mövcuddur desək, yanılmarıq...




"Kontakt Home" qurbanlarının müzakirələrinin bəziləri...
Hər halda başında deputat Elnur Allahverdiyevin dayandığı bu şəbəkəyə artıq dövlətin gərəkən müdaxiləsi zərurətə çevrilib. Əks halda, "Kontakt Home" öz arxasında bpyük bir narazı ordusu formalaşdırmaqda davam edəcək. Bunun isə dövlətə faydası yox, zərəri var...