İqtisadçı Səfər Mehdiyevi yenə də “yıxıb-sürüdü“ - “Niyə gözünüzü ora dikmisiniz, qabiliyyətiniz...“
10-09-2020, 10:27
170

İqtisadçı Səfər Mehdiyevi yenə də “yıxıb-sürüdü“ - “Niyə gözünüzü ora dikmisiniz, qabiliyyətiniz...“

"Dərs mövsümü başlayır, valideyinlər hazırlıq təlaşına giriblər, qiymətlər də kəskin artıb. Keçən il ilə müqaisədə kitablarda, məktəb ləvazimatlarında, geyimdə 20-30% arası qiymət artımı var”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

O bildirib ki, pandemiya və karantin rejimi işsizlik ordusunu artırıb, işləyənlərin də gəlirləri kəskin azalıb, alıcılıq qabiliyyəti düşüb, bu fonda qiymət artımı ailələrin büdcəsinə pis təsir edir:

"Bir tərəfdən də onlayn təhsil qaydaları təsdiq edildi, məktəblilər evdən dərslərə qoşulmalıdırlar, maraqlıdır, bəs kompüter, planşet məsələsi nə olacaq?! Azərbaycanda məgər hər ailədə kompüter, planşetmi var?! Onlayn dərslər necə təşkil olunacaq?!".

Ekspertin sözlərinə görə, indi ona tam aydındır ki, nədən Gömrük Komitəsi onlayn sifarişləri 1000 dollardan 300 dollara saldı, qərarın məqsədi kompüter və planşetlərə məcburi artacaq tələbi daxili şəbəkələrə yönəltmək, iri məmurlara bağlı satış məntəqələrinin alverini artırmaqdır:

"Yaxşı, hökumət olaraq uşaqlara pulsuz kompüter, planşet vermirsiniz (bir çox ölkələrdə bunun örnəkləri var), bunu bildik, uşaq pulunu da bərpa etmək istəmirsiniz, bu da aydındır, heç olmasa, kompüter və planşetlərə qoyduğunuz 15% rüsumu, 18% ƏDV-i ləğv edin, imkan verin, camaat ən azı 35% daha ucuz kompüter və planşet ala bilsin də, niyə gözünüzü ora dikmisiniz?!

Qabiliyyətiniz çatıb bu illər ərzində daxili istehsal qura bilməmisiniz, heç olmasa, Gömrük Komitəsinin açıq lobbiçiliyini etdiyi şəxsi sifarişlərin azadılması qərarını ləğv edin, qaytarın 1000 dollar onlayn sifariş qaydasını, kompüter, planşetlərin sifarinə qoyduğunuz qeyri-qanuni və qeyri-leqal qadağanı da ləğv edin, imkan verin, camaat özü xaricdən öz uşaqlarına onlayn təhsil üçün avadanlıq ala bilsin! Elə bilirsiniz ki, təhsilsiz toplumu idarə etmək asandır?! Təhsil səviyyəsi aşağı olan, kritik səviyyənin altına düşən toplum sonra heç nəyi və heç kimi dinləmədən qarşısına çıxanı süpürəcək”.

Oxşar xəbərlər

Səfər Mehdiyev iri məmurların əlinə oynayır... - AÇIQLAMA
Kafe və restoranlarda qiymətlər niyə bahalaşıb? - AÇIQLAMA
Onlayn dərslərə görə hər ailəyə planşet veriləcək? – Cavab
Nazirdən ali təhsil semestrləri ilə bağlı AÇIQLAMA: “Məcburi deyildi...”
Neftin qiyməti nədən ucuzlaşır? - TƏHLİL
“SOCAR yenidən qurulmalıdır” - Ekspertdən xəbərdarlıq...
Gömrükdə yeni qərar: Məhsullar bahalaşa, karqo şirkətləri bağlana bilər
Monopolistlərin yenə "çiçəyi çırtladı" - Vətəndaş isə əlavə xərcə düşəcək
Bakının bəzi məktəblərində dərslər BAŞLAYIR
Bakı metrosunda gediş haqları qaldırılacaq? - AÇIQLAMA
Türk ordusu girdi: Bu ölkələr fürsət gözləyir... – İsti şərh
Azərbaycanda dərslər noyabrda başlayır? - RƏSMİ CAVAB
“Azərbaycan xalqı dünyanın ən çox dərman yeyənləri siyahısındadır” – Qubad İbadoğlu
“Hər uşaq üçün ən azı 100 manat verilməlidir” - Təklif
Gələn ildən pensiyalar artacaq - Nazir
Azərbaycanda bu şagirdlər onlayn imtahan verəcəklər - AÇIQLAMA
190 manatlıq yardım prosesi niyə uzanır?
Ən ucuz kirayə mənzillər Bakının hansı ərazisindədir? - VİDEO
Bakıda və rayonlarda şagirdlər həftədə neçə dəfə məktəbə gedəcək? - Nazir əmr imzaladı
Tədris əyani, yoxsa onlayn olsun?
Bakı metrosu bu tarixdən fəaliyyətə başlayacaq
Ət ucuzlaşdı
İnflyasiya əhalinin gəlirlərindəki artımı silib
Müddətsiz əmək müqaviləsi üçün müsahibələr onlayn keçiriləcək
Dərslər çox güman belə keçiriləcək - Təhsil komitəsinin sədr müavini açıqladı
Məktəbəhazırlıq qruplarında məşğələlər başladı
Qurban bayramı ilə əlaqədar onlayn satış yarmarkası təşkil olunacaq
"Bakı Kart"dan istifadə edənlərə ŞAD XƏBƏR: BU TARİXDƏN...
Yeni dərs ilində həftəlik dərs saatları belə olacaq - FOTO
"Biz pandemiyaya qarşı qlobal müstəvidə də fəal rol oynayırıq"