Masallıda təhsil problemi: O tualet kimə lazımdır? - GİLEY
10-09-2020, 10:47
242

Masallıda təhsil problemi: O tualet kimə lazımdır? - GİLEY

“Sizə fotolarını, videolarını göndərdiyimiz məktəb bizim kənd məktəbimizdir. İllərdir ki, bizi aldadırlar, kənddə yeni məktəb tikiləcəyini deyirlər, ancaq uşaqlarımız yeni tədris ilində yenə də dam örtüyü, döşəməsi çökmüş, xarabazarlıqdan seçilməyən o köhnə tikiliyə gedir. Bu il də aldandıq. Baxın, məktəbin açılmasına bir neçə gün qalır, uşaqlarımız yenə də bir neçə gündən sonra üstümüzə bit-birə içində gələcək”. DİA.AZ bildirir ki, Masallının Qəzvinoba kənd orta məktəbi yararsız vəziyyətdədir. Kənd sakinləri danışırlar ki, hər dəfə yeni tədris ili yaxınlaşanda həm müəllimlərin, həm şagirdlərin, həm də valideynlərin üzərinə sanki ağır yük qoyulur. Uşaqlar 9 ay qəzalı, soyuq, zirzəmisindən canlarına bit-birə darışan tikilidə əsl cəhənnəm əzabı yaşayır.

Qəzvinobadakı birmərtəbəli kənd məktəbi 1954-cü ildə tikilərək istifadəyə verilib. Sakinlərin deməsinə görə, indiyədək məktəb bircə dəfə də əsaslı təmir olunmayıb: “Sovet vaxtı heç olmasa aradabir divarları, döşəmələri rənglənərdi, şüşələri yenilənərdi. 30 ildən çoxdur ki, hökumət məktəbə əl yetirmir. Ona görə də bina dağılır. Məktəbin dam örtüyü o vaxt çiy kərpicdən hörülüb. İllərdir ki, həmin kərpicləri yağış yuyub, kərpiclər aralanıb, içəridən tavana baxanda, çöl görünür. Yağışlar başlayanda sinif otaqları su ilə dolur deyə, uşaqları evə göndərirlər. Yağış kəsəndən sonra sinif otaqlarının və dəhlizlərin suyunu çəkirlər, ondan sonra uşaqlar yenə həmin binaya dərs öyrənməyə gedir”.

Sakinlərin sözlərinə görə, məktəbin zirzəmisi ya su ilə dolu olur, ya da it, pişik, çaqqal, tülkü həmin zirzəmiyə girib, orada balalayır. Zirzəmi əsl xəstəlik mənbəyinə çevrilib: “Zirzəmi bit-birəylə doludur, həmin bit-birələr uşaqların geyiminə, çantasına darışır. Biz ilboyu uşaqların bit-birəsini təmizləməkdən yorulmuşuq. Aidiyyəti qurumlar məktəbə əncam çəkməsə, uşaqlarımız infeksiyaya, xəstəliyə yoluxacaq”.

Sakinlər məktəb binasında istilik sisteminin olmamasından da şikayətçidir. Onların deməsinə görə, uşaqlar məktəbə istilər düşənədək çantalarında kitab əvəzinə odun daşıyırlar.

“Elə bütün bu sadalananlara görədir ki, məktəbdə 145 şagirdin adı qeydiyyatda olsa da, davamiyyət həmişə aşağı olur. Valideynlər uşaqlarını qurd-quşdan, xəstəlikdən, bit-birədən qorumaq üçün məktəbə göndərmir”, - kənd sakinlərindən biri deyib.

Sakinlər dəfələrlə Prezidentə, Birinci vitse-prezidentə, Heydər Əliyev Fonduna, Təhsil Nazirliyinə müraciət ediblər. Bu yaxınlarda yenə 300 valideynin imzasıyla Prezidentə növbəti dəfə müraciət olunub. Deyirlər ki, bütün müraciətləri cavabsız qalır. Sakinlər danışır: “Yalnız bir dəfə səsimizə səs verildi, onda da gəlib, məktəbin tualetini söküb, yerində tualet tikib, getdilər. Dedilər, bizə yalnız tualeti düzəltmək tapşırılmışdı. Biz də təzədən Prezidentə yazdıq ki, axı bizim uşaqlara tualetdən də vacib sinif otağı lazımdır ki, dərs oxusun. Əgər o yerdə normal sinif otağı yoxdursa, valideyn də uşağı məktəbə göndərməyəcəksə, o tualet kimə lazımdır?”

Masallıda təhsil problemi: O tualet kimə lazımdır?
Masallıda təhsil problemi: O tualet kimə lazımdır?
Masallıda təhsil problemi: O tualet kimə lazımdır?

Oxşar xəbərlər

Yeni tədris ilində 47 məktəb binası istifadəyə veriləcək
Bu il birinci sinfə gedəcək şagirdlərin sayı açıqlandı
“Virtual məktəb” layihəsi tədris bərpa olunduqdan sonra da davam etdiriləcək - Təhsil Nazirliyi
Bakıda 4 məktəb direktoru vəzifəsindən azad edilib
Kürdəmirin icra başçısı məktəblərdən 120 min alıbmış
“Şagirdlər karantindən sonra mütləq xüsusi imtahana cəlb edilməlidir”
Kürdəmirdə ilanlar evlərə və həyətlərə hücum edib
Məcburi köçkün məktəblərində ciddi  problemlər var- Regional Təhsil İdarələri hara baxır ?
Məktəbəhazırlıq mərhələsi ümumi təhsil pilləsinə daxil edilir
İmişlidə kənd sakinləri ilə icra hakimiyyəti arasında nə baş verir?
Abşeronda müəllimlər günü qeyd edilib
Lukaşenko məktəblərdə tədris prosesinin bərpa olunmasını təklif edib
"Rusiyadan gəlib, eşidirəm ki, arvadım və baldızım bələdiyyə sədri ilə..." - Azərbaycanda BİABIRÇILIQ
Yeni dərs ilində həftəlik dərs saatları belə olacaq - FOTO
Paytaxtın orta məktəblərində dərslər bərpa olunur
Gürcüstanda azərbaycandilli məktəb bərpa olundu
4000-dən çox şagird sinifdə qaldı
Londonda Azərbaycan dilində “Bilik” məktəbi açılıb
İlham Əliyev Bakıda məktəb açılışında iştirak edib - Foto
Ağdaş Təhsil Şöbəsində dövlət büdcəsi talanır - İTTİHAM
Nazirdən dərslərlə bağlı daha bir ƏMR
45  və  212 saylı  məktəblərdə nələr  baş verir ?
Məktəbəhazırlıq qruplarına şagird qəbulu nə vaxt başlayacaq?
Əli Həsənov: "Ən şərəfli peşə sahibi-müəllim!"
Bakıda və rayonlarda şagirdlər həftədə neçə dəfə məktəbə gedəcək? - Nazir əmr imzaladı
Bakı üzrə yüksək bal toplayan məzunlar - Siyahı
Bakı İcra Hakmiyyətində şübhəli tender: vergi borcu olan 4 şirkət qalib elan olunub - Detallar
Maliyyə Nazirliyi məlumat yaydı: Ərzaq və su təhlükəsizliyi gücləndirilir
Bu gün Milli Məclisdə payız sessiyasının ilk iclasıdır — Deputatlar nəyi müzakirə edəcək?
Nazir müəllimlərdən pul yığan direktoru işdən çıxardı