Əli Həsənov BMM-in anbarını spirtli içkilərin satış mərkəzinə çeviribmiş - Qalmaqal
16-09-2020, 15:36
116

Əli Həsənov BMM-in anbarını spirtli içkilərin satış mərkəzinə çeviribmiş - Qalmaqal

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər üzrə şöbəsinin keçmiş müdiri Əli Həsənovun oğlu Şamxal Həsənliyə məxsus S Aqro MMC-də qalmaqal yaşanır.
Bu haqda şirkətin əməkdaşları məlumat veriblər.
Məlumata görə, spirtli içkilərin istehsalı ilə məşğul olan S Aqro MMC-nin işçilərin maaş kartlarını özlərinə verməməsi, əməkdaşların böyük qismi ilə əmək müqavilələrinin bağlanmaması şirkətdə ciddi narazılığa səbəb olub.
"Şamxal Həsənlinin S Aqro MMC-yə direktor olaraq təyin etdiyi Oral Ağakişiyev əməkdaşlarla əsl kölə kimi davranır. Şirkət işçilərin maaş kartlarını özlərinə vermir. Biz qanunla nə qədər maaş aldığımızı belə bilmirik. Sadəcə aylıq bir kağıza imza atıb maaş alırıq. Maaş kartlarını isə özlərində saxlayırlar. Şirkət ciddi mənada vergidən yayınır. Belə ki, kiçik dükanlara və mağazalara qeyri-rəsmi satış edilir və bu fakt vergidən gizlədilir. Ən qəribəsi budur ki, kiçik dükanlara edilən bu qeyri-rəsmi satış işçilərə "yüklənilir". Bu kiçik dükanlar şirkətdən aldığı məhsulun pulunu vaxtında qaytara bilmirsə, şirkət bu pulu əməkdaşların üzərinə yazır. Sonra da bizim maaşımızdan həmin pulu tuturlar. Beləliklə işçiləri süni yolla şirkətə borclu edirlər. Eyni zamanda şirkətin istifadəsində olan bütün yük daşıyan avtomobillərin xərcləri də əməkdaşların üzərindədir. Yəni avtomobilin gündəlik benzin sərfiyyatı və təmir xərclərini işçilər öz maaşlarından ödəyir. Biz isə aldığımız 700-800 manat maaşla bunun öhdəsindən gələ bilmirik. Əməkdaşların çoxu işdən çıxmaq istəyir, lakin şirkət tərəfindən borcla "yükləndiyi" üçün azad ola bilmirik" - S Aqro MMC-nin adının çəkilməsini istəməyən ekspeditorlarından biri Avropa.info-ya belə deyir.
Şirkət işçilərinin Avropa.info-ya verdiyi məlumata görə, uzun illər Əli Həsənovun nəzarətində olan Beynəlxalq Mətbuat Mərkəzinin həyətindəki anbar əslində S Aqro MMC-nin ixtiyarında olub.
"S Aqro MMC Əli Həsənovun oğlu Şaxmal Həsənliyə məxsusdur. Bu səbəbdən Əli Həsənovun nəzarətində olan BMM-in anbarı bizim şirkətin ixtiyarına verilib. Həmin anbara satış üçün gedəcək spirtli içkilər, əsasən də araq məhsulları yığılır. Mən demək olar ki, hər gün o anbara gedirəm. Hal-hazırda da BMM-in anbarı S Aqro MMC-nin araq anbarı kimi fəaliyyət göstərir. Bizə dedilər ki, yaxın günlərdə anbar boşladılacaq" - S Aqro MMC-nin işçilərindən biri belə deyir.

Oxşar xəbərlər

“6 aydır maaş əlavələrini almırıq” - ETİRAZ
Əli Həsənovun oğlunun qəribə hobbisi — Qızıl unitazlardan istifadə edir
Ekspertdən VACİB TƏKLİF: 250 manat maaş alanlar bu aydan etibarən...
Əli Həsənovun şirkətlərinin siyahısında "yaddan çıxanlar"... - SİYAHI
Bu aydan maaşları artan şəxslərə daha bir XƏBƏR
“Məmur həbslərinin çox ciddi əhəmiyyəti olacaq”
“Elə müəllim var, 5 fəndən dərs deyir”
"Kontakt home"-la bağlı böyük qalmaqal: Şirkətə sanksiya tətbiq oluna bilər
Güney Azərbaycanda etiraz aksiyası keçirən zavod fəhlələrindən ikisi saxlanılıb
AQTA vaxtı keçmiş mallara icazə sənədini necə verir?
“Kontakt Home”un sahibi  Elnur Allahverdiyev kimdir?-''KONTAKT HOME''dan bitməyən ŞİKAYƏTLƏR......
Əli Həsənov Antalyaya, oğlu Misirə getdi – Sensasion iddia
Deputatın vitse-prezident olduğu şirkətdə NARAZILIQ
Milli Məclis bu şəxslərə maaş VERƏCƏK
Zaqatalada evdən iki televizor və spirtli içkilər oğurlandı - FOTO
Kremldən Navalnı açıqlaması
Rövnəq Abdullayev işçilərin aylıq əlavə ödənişlərini 50 faiz azaltdı
“Maaşdan maaşa yox, borcdan borca yaşayırıq”
“Abşeron-şərab” ASC “Gəncə Şərab-2”nin plagiat ittihamlarına cavab verdi
ÇL oyunundan əvvəl spirtli içki qadağası
Türkiyə ilə Ukrayna arasında diplomatik qalmaqal
Gədəbəydə nə baş verir? - İTTİHAM
Şəmkirdə yanan bazar Alimpaşa Məmmədovun oğluna məxsusdur
İşdən çıxarıldığı “Azsığorta”-dan 50 min tələb edir - Çəkişmə...
Ramiz Mehdiyevin yerinə sədr seçiləcək
“Əli Həsənov iddia edirdi ki, guya ANS terroruçulara kömək edir...”
Daha bir media Əli Həsənovdan alındı
ANS-dən Əli Həsənovla bağlı AÇIQLAMA
Əli Həsənov da vəzifəsindən azad edilir
Balakəndə mağazalara qənim kəsilənlər saxlanıldı