“Yelo Bank” bu biabırçı addımı da atdı... - Qarabağda döyüşə yollanan əsgəri məhkəməyə verdi
19-11-2020, 09:55
75

“Yelo Bank” bu biabırçı addımı da atdı... - Qarabağda döyüşə yollanan əsgəri məhkəməyə verdi

“Yelo Bank” ön cəbhədə döyüşən əsgərimiz Ayaz Məmmədlini məhkəməyə verib.

Bu barədə mətbuata əsgərin qardaşı Heydər Məmmədli məlumat verib. O bildirib ki, getdiyi gündən bəri sadəcə 2 dəfə yaxınları ilə danışmaq şansı tapan Ayazın cəbhə bölgəsində olduğu bankın məsul şəxslərinə bildirilisə də, 2 ay kredit borcunu gecikdirdiyi üçün qardaşını məhkəməyə veriblər.

Ayaz Məmmədli məsələnin həll yolunu tapacağına ümid edib:

"Mən cəbhəyə könüllü yollanmaq üçün müraciət etmişdim. Müraciətimə əsasən döyüşlərin başladığı ilk tarixdən etibarən cəbhə bölgəsinə göndərildim. Cəbhəyə döyüşmək üçün, vətənin keşiyində durmaq üçün gəlmişəm. Heç qohumlarımın əksəriyyəti də bilmir ki, mən döyüşdəyəm. Evdəkilər mənə xəbər verdi ki, bankdan zəng ediblər. Daha sonra ailəmdən bank əməkdaşlarına bildiriblər ki, cəbhə bölgəsindəyəm və onlar da öz növbələrində deyib ki, heç bir problem yoxdur, hesabı donduracaqıq. Lakin noyabrın 10-da, döyüşlər bitəndən sonra məni məhkəməyə veriblər. Demək ki, onlar məni məhkəməyə vermək üçün döyüşün bitməsini gözləyiblər. Bu nə dərəcədə düzgündür? Belə çıxır ki, mən şəhid olsaydım borcumu bağlayacaqdılar? Düzdü, hamı kimi mən də istərdim ki, borcumu tamamilə silsinlər amma bunu da etmirlərsə heç olmasa borcumun üstünə faiz gətirməsinlər. Hal-hazırda ölkəmizdə bütün insanlar əl-ələ verib dövlətimiz üçün həmrəylik sərgiləyir. Belə bir vaxtda bankın məni məhkəməyə verməsini doğru hesab etmirəm. İnanıram ki, məsələ öz həllini tapacaq və bankın rəhbərliyi mənə qarşı anlayışlı addım atacaq" deyə Ayaz Məmmədli bildirib.
//Moderator.az//

Oxşar xəbərlər

Adını dəyişmək də “Yelo Bank”a kömək etmədi – BÖYÜK ZƏRƏR İÇİNDƏDİR
"Bank VTB" Şuşa qəhrəmanının ailəsini aldadıb - Bank isə deyir ki...
Ceyhun Osmanlıdan məhkəməyə verilməsi ilə bağlı açıqlama
Pulunu ala bilməyənlər Mərkəzi Bankın qarşısına toplaşdı
Həyatını mobil telefon qutaran əsgərin ailəsi danışdı - VİDEO
Əmanətlərin Sığortalanması Fondu iştirakçı bankların reyestrini açıqladı
Azərbaycanda bankların reyestri açıqlandı - CƏDVƏL
Azərbaycanda iki bankın lisenziyası ləğv edilib - RƏSMİ AÇIQLAMA
"Belə ədəbsizcəsinə kartıma müdaxilə edib,xarici saytları bəhanə gətirməyin. " - "Kapital Bank"dan şikayət var..FOTO
“Ermənilər kimi murdar, vicdansız tayfa yoxdur“ - Səyyad Əlizadə
Navalnı Peskovu məhkəməyə verdi
Cəbhəyə gələn erməni qadınlarının niyyəti nədir? - Foto
Bağlanmış 4 bankın əmanətçilərinə 508 milyon manata yaxın vəsait ödənilib
“Royal Bank” maxinasiyaları: İşsiz qadının adına kredit ayrılıb, qadın illər sonra xəbər tutub...
Kapital Bank-dan təqaüdçülərə güzəşt
“Günay Bank” ASC-nin rəhbərliyində dəyişiklik olub
Ramiz Mehdiyev dözmədi və Zaur Qəriboğlunu məhkəməyə verdi
Bağlanan banklardan bu pulları ÇIXARMAQ OLAR - SİYAHI
Banklarda kredit verilməsi prosesi sadələşir
Ermənilər döyüşə getmək istəmir - Cəbhə üçün cəmi 300 nəfər toplandı
Paşinyan xalqa yalvarandan sonra kişilər deyil, qadınlar cəbhəyə getdi
Əməkdar artistin oğlu cəbhəyə yollandı
“Azər Türk Bank”ın 2 departament direktoru vəzifəsindən AZAD EDİLDİ
İcra Hakimiyyəti ön cəbhədə döyüşən əsgərin tikilməkdə olan evini sökdürüb (FOTOLAR)
Əməkdar artistin oğlu ABŞ-da yaşamaqdan imtina edib - CƏBHƏYƏ GETDİ
Qardaşım döyüşlərə könüllü qatılıb - Şəhid bacısı
Deputat “Kapital Bank”dan şikayət etdi: - “Əziyyət verməkdən həzz alırlar”
“Tezliklə Şuşada görüşərik, özünüzdən muğayət olun”
Millət vəkili cəbhə bölgələrində kommunal qiymətlərin aşağı salınmasını təklif etdi
"İnternational Medical Center" savaşda olan snayperimizin yoldaşından doğuşa görə 1500 manat aldı - Daha bir səhiyyə biabırçılığı