Valideynlərin distant təhsil “üsyanı”: “Uşaqlarımız “kor” olur...”
7-12-2020, 17:33
194

Valideynlərin distant təhsil “üsyanı”: “Uşaqlarımız “kor” olur...”

Karantin rejiminin uzadılması səbəbilə ölkə ərazisində distant (məsafədən) təhsilin müddəti də dekabrın 30-dək uzadıldı. Müşahidələr isə onu deməyə əsas verir ki, böyük əksəriyyət təhsilin bu formada davam etdirilməsinə etiraz edir. 

Məsələ ilə bağlı bir neçə valideyn şikayətlərini təqdim edirik:

Valideyn Kəmalə Bayramova bildirir ki, övladları üçün distant təhsildən istifadə etmir: 

“Qızım 1-ci, oğlum isə 2-ci sinifdə təhsil alır. 1-ci sinif uşağı distant təhsildə hərf yazmağı necə öyrənəcək? Bu ilin mart ayında da məktəbəqədər hazırlığı karantin rejiminə düşdü və hərf öyrənmə mərhələsi yarımçıq qaldı. Bu il də buna göz yuma bilmərəm. Ona görə də hər 2 övladımı müəllim yanına hazırlığa göndərirəm. Ötən il distant təhsildən oğlum üçün istifadə etdik. Amma heç bir faydası olmadı. Bu il oğlum demək olar ki, 1-ci sinfi yenidən oxuyur. Çünki ötən tədris ilində karantin rejimində hazırlıq məşğələləri də qadağan edildiyi üçün dərsləri davam etdirə bilmədik. Onlayn formada isə bir müddət dərslərə qatıldıq, daha sonra heç bir nəticə olmadığından davam etmədik”.

Digər valideyn Beyləqan rayon sakini Mirağa Abdulla qeyd edir ki, distant təhsili keçmək üçün istifadə olunan “Microsoft Teams” tətbiqini telefona yükləyə, buna görə də dərslərə qatıla bilmirlər: “Qızım 5-ci sinifdə oxuyur. İstifadə etdiyimiz telefonun yaddaşı az olduğundan həmin tətbiqi yükləmək olmur. Düzdür, “Virtual Məktəb”də qeydiyyatdan keçmişik, amma təəssüf ki, dərslərə qoşula bilmirik. Fərqli problemlərlə qarşılaşan çox sayda sakin də var. Rayon yeridi, çoxunun evində internet yoxdur. Belə olan halda da onlayn dərsə qoşula bilmirlər. Ancaq evdə uşaqlar özləri nə qədər məşğul ola bilirsə, onunla da kifayətlənirlər”. 

Digər valideyn Günel Sabirli isə hesab edir ki, təhsilin bir il müddətinə dayandırılması daha məqbul olardı: 

“Çünki həm müharibə dövrü idi, cəbhə bölgəsinə yaxın yerləşən ərazilərdə məlum səbəblərə görə uşaqlar təhsilə cəlb oluna bilmirdilər. Bundan başqa, həmin dövrdə unutmadığımız Gəncə, Bərdə terrorları vardı ki, orda da şagirdlərin dərslərdən kənar qalmaları ilə üzləşdik. Distant təhsilin fəsadların hələ 2019/2020-ci tədris ilində görmüşdük, yenidən məktəblər qapadılacaqdısa, yeni tədris ilini də təxirə salmalı idilər. Uşaqlarımız “kor” olub gedir”. 

Başqa bir valideyn Akif Qəmbərov isə müəllimlərin dərsdə iştirakından narazıdır: 

“Saat 8-də dərslər başlayır, amma müəllim olmur, yatıb qalır. Daxil olduqdan sonra təxminən 10 dəqiqə müəllimin dərsə qoşulmağın gözləyirik. Dərs saatında müəllimin maqazində olduğun görmüşəm. Çox narazıyıq. Demək olar ki, dərslər keçirilmir. Həm də dərs ard-arda saatlarla - ya səhər, ya da günorta keçirilməlidi, amma bizim uşaqda dərs saatları arasında xeyli fasilələr var. Eyni gündə onlayn dərslərdən biri saat 8-də, biri 12-də, biri isə 4-də keçirilir. Bu çox pis bir vəziyyətdir. Müəllimlərin də internetində hər zaman problem yaranır, hey deyirlər ki, set zəifdir”. 

Bəs aidiyyəti qurumlar tərəfindən distant təhsilə nəzarət mexanizmi hansı formada həyata keçirilir? Müəllim və şagirdlərin dərsdə iştirakına necə nəzarət olunur?

Sorğumuza cavab olaraq Təhsil Nazirliyindən bildirildi ki, “Virtual Məktəb” direktor və direktor müavinləri üçün rəhbərlik etdikləri təhsil müəssisəsi üzrə bütün sinifləri, siniflər üzrə aparılan bütün dərsləri izləmək imkanı verir: 



“Platformada məsafədən təşkil olunmuş dərslərin keyfiyyətinin ölçülməsi, davamiyyətə nəzarət, icmallaşdırılmış məlumatların toplanılması və təhlili imkanları təqdim olunub. Həmçinin, xüsusi yaradılmış qruplarda müəllimlərlə birgə pedaqoji şuralar və valideynlərlə iclaslar keçirmək mümkündür.
Bununla yanaşı, cari tədris ilində yerli təhsil idarəetmə orqanları üçün tabelikdə olan təhsil müəssisələrinin “Virtual məktəb”də fəaliyyətlərinin təşkilinə nəzarət etmək məqsədilə yeni imkanlar təqdim edilib. Belə ki, rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) rəhbər heyətinə təqdim olunmuş istifadəçi adı və şifrə ilə “Virtual məktəb”də təhsil müəssisələri üzrə statistik məlumatlar əldə etmək mümkündür.
Qeyd edək ki, yeni nəzarət mexanizmi ümumi ölkə üzrə faiz göstəriciləri, ayrı-ayrılıqda təhsil müəssisələri üzrə qeydiyyatdan keçmiş müəllim, şagird sayı, siniflər üzrə şagirdlərin yaş qrupları, bölmələr üzrə statistik göstəricilərlə tanış olmaq və bu göstəricilər əsasında müvafiq təhlillər aparmaq imkanları təqdim edir”.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən isə qeyd edildi ki, şagirdlərə “Virtual məktəb” platforması üzərindən keçirilən dərslərlə yanaşı, teledərsləri (“Dərs vaxtı” proqramını) izləmək də tövsiyə olunur: 



“Distant təhsilə nəzarət mexanizmi bu qaydada həyata keçirilir: Sinif rəhbəri nəzarət edir və müəyyən hesabatlılığı təmin edir; Ümumi təhsil müəssisəsi üzrə nəzarət və hesabatlılıq direktor müavini, yaxud direktor tərəfindən təmin edilir; Şagirdlərin dərsdə iştirakına sinif rəhbərləri nəzarət edir.

Belə ki, sinif rəhbəri həftəlik dərs cədvəlinə əsasən, dərslərin davamlılığını yoxlayır və dərslərdə iştirak edən şagirdlər barədə fənn müəllimlərindən məlumat əldə edir. Həmçinin distant dərslərdə iştirak etməyən şagirdlərin valideynləri ilə əlaqə saxlayaraq bunun səbəblərini araşdırır. Günün sonunda rəhbəri olduğu sinif barədə yekun hesabatı məktəb rəhbərliyinə təqdim edir.

Əlavə olaraq, internet resurslarına çıxışı olmayan şagirdlərin teledərslərə yönəldilmələrini təmin edir, Təhsil Nazirliyi tərəfindən siniflər üzrə elan edilən günlük dərs cədvəllərinin bu kateqoriyadan olan şagirdlərə çatdırır”.

Mözvu ilə bağlı “BakuPost”a danışan Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini, təhsil məsələləri üzrə ekspert Nadir İsrafilov qeyd etdi ki, hələlik reallığa uyğun olan təhsilin distant forması qəbulediləndir: 



“Son açıqlamalarının birində Təhsil naziri Emin Əmrullayevin də qeyd etdiyi kimi, “Hamının rahat hesab etdiyi canlı öyrənmə mühitini bu gün bizdən asılı olmayan səbəblərdən təşkil edə bilmirik. Ona görə də cəmiyyətdə bəzən elə düşünülür ki, canlı təhsildən distant təhsilə keçilir. Böhran vəziyyətində öyrənmək üçün mümkün olanı edirik”. Göründüyü kimi, distant təhsil heç də məqsəd olmayıb, zərurətdən irəli gələn vasitədir. Başqa sözlə, lazımı səviyyədə hazır olmadığımız mövcud vəziyyətə uyğunlaşdırılmış və hibrid adlandırdığımız təhsilin bir formatıdır. Bununla belə, hesab edirəm ki, məsafədən təhsilin bu və digər formaları ənənəvi təhsilə keçildikdən sonra da inkişaf etdirilməlidir. Əlbəttə, müəyyən obyektiv və subyektiv səbəblərdən bu sahədə lazımı arzuolunan nəticələr əldə olunmasa belə, bütün mümkün imkanlardan istifadə olunaraq davamlı təkmilləşdirmə işləri aparılır. Belə ki, ölkənin ən iri milli onlayn platforması olan “Virtual Məktəb”in əhatə dairəsi xeyli genişlənib, platformada qeydiyyatdan keçmiş şagirdlərin və müəllimlər də daxil olmaqla aktiv istifadəçilərin, o cümlədən həftə ərzində keçirilmiş dərslərin sayı nəzərəçarpacaq dərəcədə artıb”.

N.İsrafilov əlavə etdi ki, “Virtual məktəb”də yeni nəzarət mexanizmi yaradılıb: 

“Yerli təhsili idarəetmə orqanları üçün tabeliyində olan təhsil müəssisələrinin bu platformada fəaliyyətlərinin təşkilinə nəzarət etmək məqsədilə yeni imkanlar təqdim edilib. Artıq, rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) rəhbər heyətinə təqdim olunmuş istifadəçi adı və şifrə ilə “Virtual məktəb”də təhsil müəssisələri üzrə statistik məlumatlar əldə etmək mümkündür. Yəni, yeni nəzarət mexanizmi ümumi ölkə üzrə faiz göstəriciləri, ayrı-ayrılıqda təhsil müəssisələri üzrə qeydiyyatdan keçmiş müəllim, şagird sayı, siniflər üzrə şagirdlərin yaş qrupları, bölmələr üzrə statistik göstəricilərlə tanış olmaq və bu göstəricilər əsasında müvafiq təhlillər aparmaq imkanları təqdim edir. Bu platformada həmçinin bütün elektron kitablar, videodərslər, əlavə təhsil proqramları və mərkəzləşdirilmiş test nümunələri yerləşdirilib. Buna görə də hansısa müəllim və şagirdin bəzilərinin təhsilin bu formatına qeyri-ciddi münasibət bəsləməsi, biganəlik göstərməsi o şagirdə və ya müəllimə qarşı hər hansı bir cəzalandırma mexanizminin tətbiq edilməsinə əsas verən səbəb ola bilməz. Sadəcə olaraq motivasiya işi, müəllim, şagird, valideyn əməkdaşlığı gücləndirilməlidir. Ailələr müvəqqəti yaranmış vəziyyətlə bağlı anlayış göstərməli, bütün imkanlarını səfərbər edərək, uşaqlarının onlayn rejimdə dərsə qoşulmasına mümkün şəraiti yaratmalıdırlar. Distant təhsillə bağlı keçilmə forması, başlama saatı, davametmə müddəti və s. bu kimi müəyyən narazılıq və şikayətlərə baxmayaraq, təhsilin bu forması yüksək risk şəraitində hələ ki, ən uyğun həll və mümkün olan çıxış yoludur. Hamıya əlçatan olan teledərslərin imkanlarından da lazımınca istifadə olunmalıdır. Situasiya tam nəzarətdədir. Vəziyyətə uyğun əlavə tədbirlər üzərində müvafiq iş aparılır”.

Oxşar xəbərlər

Nazirlik Bilik Günündə şagirdlərin məktəbə hansı qaydada gedəcəyi ilə bağlı AÇIQLAMA verdi
Bakıda və rayonlarda şagirdlər həftədə neçə dəfə məktəbə gedəcək? - Nazir əmr imzaladı
“Ənənəvi təhsilin bərpası COVİD 19-a yoluxma sayını 4,06 dəfə artıra bilər” - Ədalət Muradov
Azərbaycanda yenidən distant təhsilə keçilir - Bu tarixdən
Təhsil Nazirliyi özəl ümumi təhsil müəssisələrinə xəbərdarlıq edib
“Universitetlərin açılması yoluxma sayını 4 dəfə artıra bilər” - Rektor
Distant təhsil üçün YENİ “NƏFƏSLİK”: “Bu platformalardan müəllimlər də yararlanacaqlar” - Ekspert
Onlayn təhsilin iki üzü: burada da bacarmaq mümkündür - GƏLİŞMƏ
Azərbaycanda daha bir sinif koronavirus səbəbindən distant təhsilə keçirilib
Ali məktəblərdə dərslərin keçirilməsi qaydası məlum oldu
Bakıda 4 sinifdə koronavirus tapıldı - Distant təhsilə keçildi
Əyani və distant keçiriləcək dərslərin cədvəli açıqlandı - Diqqət!
Gürcüstanda Azərbaycan məktəbi koronavirusa görə bağlandı
Azərbaycanda koronavirus səbəbindən daha 2 sinif distant təhsilə keçib - bir gündə 13 şagird yoluxub
Pediatr Təhsil Nazirliyinə səsləndi: - "Şikəst təhsili bir də kor etməyin"
Təhsil naziri yeni əmr imzaladı
Azərbaycanda məktəblər bu tarixdən AÇILA BİLƏR
Millət vəkilindən təkilf: “Təhsil haqları hissə-hissə ödənməlidir”
Baş Nazirdən yeni QƏRAR - Məktəblər bu tarixədək bağlı qalacaq
Sentyabrın 15-dən ali məktəblər distant qaydada fəaliyyətə başlayacaq
“Bölgələrdə vəziyyət daha çətindir” - Professordan Nazirliyə SƏRT TƏNQİD
Dərslərə az qaldı, amma internetin sürəti hələ "sürünür" - AKTUAL
İsraildə 3 həftəlik karantin elan olundu - Qaydalar sərtləşdirilir
Gömrük limiti qüvvəyə minir - Bahalaşma olacaq
Distan təhsil üçün olan platformalar VPN-siz işləyəcək
“Oktyabra böyük yoxluma rəqəmləri ilə daxil olacağıq...“ - Məktəblər yenidən bağlanacaq?
Acun bir gündə 7,5 milyon ianə topladı
Məktəblər yenidən bağlanacaq? - Açıqlama
4000-dən çox şagird sinifdə qaldı
Nazirlik: Kütləvi tədbirlər qadağan olunduğundan Bilik günü də keçirilməyəcək