Karantin bitdikdən sonra sənəd qəbulunun və imtahanların tarixləri elan ediləcək
20-04-2020, 16:00
294

Karantin bitdikdən sonra sənəd qəbulunun və imtahanların tarixləri elan ediləcək

Dövlət İmtahan Mərkəzi karantin bitdikdən sonra dərhal ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun və qəbul, buraxılış imtahanların tarixlərini elan edəcək.
Bunu Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Nigar Hüseynova deyib.
İmtahanların tarixləri barədə hələlik heç nə deyə bilmədiklərini deyən N.Hüseynova qeyd edib ki, tarixlərin müəyyən edilməsi Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarından asılıdır:
"DİM tərəfindən ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu hər zaman onlayn keçirilib. Biz sənəd qəbulunu indi də keçirə bilərik. Amma sənəd qəbulu zamanı elə bir kontingent olur ki, onlar mütləq sənəd qəbulu komissiyasına gəlməlidirlər. Məsələn, bəzən oğlan abituriyentlərə hərbi xidmətdən möhlət hüququnun verilməsi barədə məlumat elektron bazaya daxil olmur. Belə olduqda, həmin abituriyentlər mütləq sənəd qəbulu komissiyasına gəlməlidirlər. Yaxud xaricdə orta təhsil alanlar barədə məlumat da bizim bazada mövcud olmur. Belə abituriyentlər Azərbaycanın ali və orta ixtisas müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün sənədlərini komissiyaya təqdim etməlidirlər. Ona görə də biz gözləyirik ki, karantin müddəti bitsin".
N.Hüseynova qeyd edib ki, imtahanların hansı formada keçiriləcəyi də karantin rejimindən asılıdır:
"Karantin müddəti bitdikdən sonra, məsələn, may ayında bitsə, biz imtahanları sıx rejimdə adi qaydada keçirəcəyik. Amma karantin uzansa, biz də başqa plan əsasında imtahan keçirəcəyik. Azərbaycan dövləti, eləcə də bizim üçün birinci növbədə abituriyentlərin sağlamlığı vacibdir. Mən inanmıram ki, hazırkı vaxtda hansısa valideyn yoluxma ehtimalını nəzərə alaraq, öz uşağını 10 min nəfərin iştirak etdiyi imtahana buraxmasıına razılaşar. Bunu heç kim istəməz".

Oxşar xəbərlər

DİM sədri elektron ərizə qəbuluna münasibət bildirdi
Kolleclərə də sənəd qəbulu başlayır
Bu gündən ali təhsil müəssisələrinə sənəd qəbulu başlayır
DİM kollecə qəbul olmaq istəyənlərə müraciət edib
Ali məktəblərə qəbulun nəticələri iki-üç günə açıqlanacaq - Diqqət!
Bu ixtisasların keçid balı 150-ə yaxın ola bilər - DİM
Direktor olmaq istəyənlərin nəzərinə: Müsabiqəyə start verilir
Təhsil Nazirliyi peşə təhsili müəssisələrinə daxil olanlara müraciət edib
Azərbaycanda buraxılış imtahanlarının keçirilməsinə başlanılır
Qəbul imtahanları ilə bağlı vacib xəbər
Qabiliyyət imtahanlarına qeydiyyat başa çatıb
Sosial həssas qrupdan olan tələbələrin qeydiyyatı sabah yekunlaşacaq - Diqqət!
Abituriyent və subbakalavrların nəzərinə
Müəllim olmaq istəyənlərin nəzərinə: Nəticələr elan olundu
Peşə təhsil pilləsi üzrə tələbə qəbulu davam edir
DİM abituriyentlərə müraciət edib
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri açıqlandı
Qəbul imtahanları başlayıb
Bu tarixdən tələbələrin köçürülməsinə başlanılacaq
DİM: Bu il imtahan günlərinin sayı artacaq
Azərbaycanda bu şagirdlər onlayn imtahan verəcəklər - AÇIQLAMA
Bu gün 41 şəhər və rayonda qəbul imtahanları keçirilib — Yenilənib
Avqustun 17-dən tələbələrin köçürülməsinə başlanılır
Qabiliyyət imtahanlarında iştirak edəcək abituriyentlər buraxılış vərəqələrini çap edə bilərlər
Tələbələrin köçürülməsi başa çatdı
“Jurnalistika” ixtisasına qəbul qaydaları açıqlandı - Detallar
QMİ Həccə getmək istəyənlərin pulunu geri qaytarmayıb - Rəsmi
DİM sədri: “23-24 iyulda keçirilməsi nəzərdə tutulan imtahanlarda 60 min şəxs iştirak edəcək”
Ali məktəblərdə dərslərin keçirilməsi qaydası məlum oldu
Martın 1-də keçirilən buraxılış imtahanı üzrə ballar 100 ballıq şkalaya keçirilib