Valideynləri işsiz kimi qeydiyyata alınmış tələbələrin bu barədə arayış almasına ehtiyac yoxdur
21-04-2020, 20:00
256

Valideynləri işsiz kimi qeydiyyata alınmış tələbələrin bu barədə arayış almasına ehtiyac yoxdur

Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi üçün tələbələrin məşğulluq orqanlarından valideynlərinin işsiz kimi qeydiyyatda olmasına dair arayış alaraq təhsil müəssisələrinə təqdim etmələrinə ehtiyac yoxdur.
Bu barədə xezerxeber.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hər hansı tələbənin valideynlərinin işsiz statusu barədə məlumatları Təhsil Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Məşğulluq”altsistemi vasitəsilə elektron şəkildə əldə edəcək.
Bununla yanaşı, e-sosial.az portalında 15 növdə e-arayış xidməti göstərilir. İşsiz kimi qeydiyyatdan keçən şəxslər də portal vasitəsilə bu barədə e-arayışı əldə edə bilərlər. Bunun üçün e-sosial.az portalında qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçdikdən sonra "Şəxsi kabinet”də e-arayış bölməsinə daxil olmaqla müvafiq elektron arayışı əldə etmək olar.

Oxşar xəbərlər

Sosial həssas qrupdan olan tələbələrin qeydiyyatı sabah yekunlaşacaq - Diqqət!
Nazirlik daha 35 min işsiz üçün birdəfəlik vəsaiti köçürdü
Tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi asanlaşdı - VİDEO
VÖEN-i olduğu üçün 190 manat ala bilməyən nə etsin? - Qaydanı burdan oxuyun...
Təhsil haqqının ödənilməsi üçün 7 minə yaxın tələbə qeydiyyatdan keçib
Azərbaycanda məşğul şəxslər barədə elektron reyestr yaradılacaq
Təhsil Nazirliyi peşə təhsili müəssisələrinə daxil olanlara müraciət edib
Birdəfəlik ödəmə ilə bağlı müraciətlərin qəbulu başa çatdı
Nazirlikdən şad xəbər - Bu şəxslərə 250 manat pul veriləcək
Nazirlikdən xaricdən qarayaxma aparan həmvətənlərimizə ETİRAZ: “Onlar öz etik səviyyələrinə görə...”
İşsizlərin NƏZƏRİNƏ
Təhsil naziri yeni müşavir təyin etdi
Bu tarixdən tələbələrin köçürülməsinə başlanılacaq
İşsiz vətəndaşlar üçün ŞAD XƏBƏR
Əhaliyə ŞAD XƏBƏR: yeni doğulan uşaqlara görə müavinətlər...
Təhsil Nazirliyi vətəndaşların qəbulunu sentyabrın 30-dək dayandırıb - Diqqət!
Avqustun 17-dən tələbələrin köçürülməsinə başlanılır
Kimlər ünvanlı sosial müavinət ala bilər? - AÇIQLAMA
Azərbaycanda bu şəxslər kommunal xərclərdən azad olundu
“Jurnalistika” ixtisasına qəbul qaydaları açıqlandı - Detallar
İmtahanlarda zal nəzarətçisi olmaq istəyənlər! - Müsahibələr başlayır
E-sosial.az portalı Azərbaycanda ən çox istifadə olunan saytların ilk onluğundadır
İki və daha çox avtomobili olan 19 200 şəxsə də birdəfəlik ödəmə verilməsindən imtina edildi
Nazirlikdən bu səbəbdən əlilliyi yaranan şəxslərlə bağlı RƏSMİ AÇIQLAMA
Daha 10 min şəxs ödənişli ictimai işlərə cəlb olunub
Tələbələrin köçürülməsi başa çatdı
Məktəbəhazırlıq qruplarına son qeydiyyat tarixi açıqlandı
Əlilliyi olan şəxslər evlərində reabilitasiya vasitələri ilə təmin ediləcək
Dövlət Məşğulluq Xidməti 39 milyon manatlıq tenderə yekun vurub
"KİV də icaze.e-gov.az-da qeydiyyatdan keçməlidir" - İbrahim Məmmədov