Təhsil idarəsi rüşvətxor direktoru müdafiə edir
24-12-2020, 16:21
142

Təhsil idarəsi rüşvətxor direktoru müdafiə edir

Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayonda yerləşən Namiq Babayev adına 144 nömrəli tam orta məktəbin direktoru Qənirə Sultanova ilə bağlı aktualxeber.az-ın redaksiyasına daim çoxsaylı şikayətlər daxil olur. Məktəbdə dərs bölgüsü, XI sinif şagirdlərinə attestatların verilməsi, ibtidai təhsil mərhələsini başa vuran V siniflərə fənlər üzrə “ən yaxşı müəllim” seçimi və X-XI sinif şagirdlərinin tədris ili boyu ərzində dərsə davamiyyətinə “göz yummaq”, sevmədiyi işçilərin haqqında şər-böhtan dolu ittihamların yazılması, aktlaşdırılması və aktın təsdiqi üçün digər işçilərə məcburi imza çəkdirməsi, həmçinin,əsasən, yuxarı sinif şagirdlərinin yeni tədris ilində “Virtual məktəb” platformasında gündəlik dərslərə qoşulmamaq üçün direktorla valideynlər arasında olan bütün “razılaşma”lar müəyyən pul qarşılığında icra olunur.
01.05.1955-ci ildə anadan olmuş Qənirə xanımın vəzifədə çalışmanın yaş həddinin başa çatmasına baxmayaraq təhsil sahəsində göstərdiyi “nailiyyətlər”ə və himayədarlarına görə əmək müqaviləsi hələ bir il də uzadılıb. Q.Sultanova məktəbin kollektivi arasında tez-tez “Mən hələ 5 il bu məktəbdə direktor olacağam. İşimi aidiyyatı instansiyalarla “həll edib” gəlmişəm” deməyi xoşlayır. Aktualxeber.az saytında dərc olunan yazılarda 144 saylı məktəbin direktoru Qənirə Sultanovanın qanunsuz hərəkətləri barədə mütamadi olaraq oxucularımıza məlumatlar veririk. Sonuncu dəfə Q. Sultanovanın Bakı Şəhər Təhsil İdarəsinin əməkdaşları – Ümumtəhsil sektorunun məsləhətçisi Tural Həsənov, Nəzarət sektorunun əməkdaşı Bakir Məmmədovun tapşırığı ilə müəllimləri məktəbə çağırtdıraraq onlardan güya “100 manatın yığılmaması” barədə izahatlar da yazdırdığından yazmışdıq. Q.Sultanova 144 saylı tam orta məktəbdə çalışan 50 müəllimdən yığılan 5 min manat vəsaitdən cəmi-cümlətanı 1700 manat pul əsgərlərə xərcləyərək qalan məbləği özü mənimsəyibmiş.
Bütün bu məsələlərə aydınlıq gətirmək üçün sözü gedən məktəbdə olmuşuq. Məktəbin direktoru Q.Sultanova açıqlama verməkdən imtina etsə də, müəllimlərin bu karantin dövründə həqiqətən məktəbə gəlmələrini özümüz görmüşük. Məktəbə nə üçün gəldiklərini soruşduqda isə “direktor deyib ki, təcili məktəbə gəlin!” cavabını da eşitmişik. Hətta gözdən pərdə asmaq üçün məktəb direktoruna şifahi töhmət verilməsindən də xəbərimiz var…
Bu günlərdə Baki Şəhər Təhsil İdarəsi aktualxeber.az saytının internet ünvanına məktubla müraciət edərək, sözü gedən məktəbdə yoxlama aparıldığını, deyilən faktlara rast gəlinməməsi barədə məlumat verib. Biz zatən özümüz də qeyd etmişdik ki, yoxlama üçün məktəbə göndərilən Tural Həsənov, Bakir Məmmədov direktorun yaxın adamları, keçmiş iş yoldaşları və konkret olaraq himayədarlarıdır. Bu səbədən, Bakı Şəhər Təhsil İdarəsinin bu cür tələsik 3 cümləlik cavabı bizi qane etmir. Hər halda Qənirə xanımın qanunsuz əməlləri barədə dəqiq məlumata malik olduğumuzu bildiyi üçün ümid edirik ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yeni təyin edilmiş müdiri Mehriban Vəliyeva 144 saylı məktəbin direktorunun qanunsuz əməllərinə laqeyd qalmayacaq. Çünki Mehriban xanımın akademik Zərifə Əliyeva adına liseyin direktoru kimi təqdirə layiq fəaliyyəti bizə belə düşünməyə ümid verir. Məsələni nəzarətdə saxlayacağıq və qarşı tərəfi də dinləməyə hazırıq.

Oxşar xəbərlər

Nazirlik Bilik Günündə şagirdlərin məktəbə hansı qaydada gedəcəyi ilə bağlı AÇIQLAMA verdi
Gəncə təhsilində nələr baş verir? - İTTİHAM
Bakıda və rayonlarda şagirdlər həftədə neçə dəfə məktəbə gedəcək? - Nazir əmr imzaladı
Bakıda 4 məktəb direktoru vəzifəsindən azad edilib
Emin Əmrullayev intihar edən 27 yaşlı müəllimdən yazdı
10 və 11-ci sinif şagirdləri bu tarixdən məktəblərə qayıdacaq
Bu il birinci sinfə gedəcək şagirdlərin sayı açıqlandı
Azərbaycanda orta məktəb bağlandı
Şagirdlər onlayn dərslərə qatıla bilmir - Virtual Məktəb niyə işləmir?
Yuxarı sinif şagirdləri üçün dərs başlayır?
Göygöldə təhsil sistemi bərbad gündədir - GİLEY
Tədris əyani, yoxsa onlayn olsun?
Bu il Azərbaycanda 125 məzuna qızıl nişan verilib
Yeni dərsliklər istifadəyə verildi
Gəncə təhsilində nələr baş verir? - İDDİA
144 saylı məktəbin direktoru müəllimləri yalana məcbur edir-VİDEO
Nazir müəllimlərdən pul yığan direktoru işdən çıxardı
Məktəblər sentyabrda açıla bilər - Bu qaydada - Video
Məktəbi müəllimlərə təmir etdirən direktorla bağlı ARAŞDIRMA BAŞLADI
Bu təhsillə Kəlbəcərə qayıtmaq olmaz... - İDDİA
Sabirabadda təhsil sistemi bərbad gündədir... - NARAZILIQ...
Məktəbəhazırlıq mərhələsi ümumi təhsil pilləsinə daxil edilir
Sabirabaddan nazirə müraciət olundu:1 saylı tam orta məktəbdə böyük RƏZALƏT VAR- GİLEY
“2” alan şagirdlər yuxarı sinfə keçirilməyəcək
Qaxda övladlarımıza təhsili KİMLƏR VERİR? - Biabırçılıq
Baş Nazirdən orta məktəblərlə bağlı yeni QƏRAR
Məktəbdaxili qiymətləndirmə üçün müvəqqəti qaydalar
Paytaxtın 40 məzunu Prezident təqaüdünə layiq görüldü
“Virtual məktəb” layihəsi tədris bərpa olunduqdan sonra da davam etdiriləcək - Təhsil Nazirliyi
Azərbaycanda 2020-2021-ci tədris ili üçün tətil günləri açıqlanıb