Repetitorlar VÖEN almaq üçün nə etməlidirlər?
30-04-2020, 19:30
297

Repetitorlar VÖEN almaq üçün nə etməlidirlər?

Xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən bəzi məhdudiyyətlər aprelin 27-dən aradan qaldırılıb. Fəaliyyətinə icazə verilən sahələrdən biri də fərdi tədris və repetitor (qrup halında məşğələlər istisna olmaqla) xidmətləridir.
Dövlət Vergi Xidmətindən bildirilib ki, repetitor xidməti göstərən şəxs əvvəl dərs keçdiyi yerə getmək və evində repetitor kimi fəaliyyət göstərmək üçün "icaze.e-gov.az" portalında qeydiyyatdan keçməlidir və bunun üçün onun VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) olmalıdır. VÖEN alması vətəndaşın sahibkarlıq fəaliyyəti ilə məşğul olması deməkdir, bununla o, gəlir əldə etməklə vergi tutulan müəyyən əməliyyatı yerinə yetirir. Başqa sözlə, VÖEN vətəndaşın vergi uçotuna alındığını göstərən sənəddir. Repetitor və buna bərabər təhsil xidməti göstərən hər kəs gəlir əldə etdiyi üçün VÖEN almalıdır.
VÖEN-i həm elektron qaydada, həm də vergiödəyicilərinə xidmət mərkəzlərinə gedərək əldə etmək olar. Hazırda ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi ilə bağlı vergiödəyicilərinə xidmət mərkəzlərinin fəaliyyəti elektron qaydada davam edir və həmin mərkəzlər vergiödəyicilərinə bütün xidmətləri elektron formada göstərir. VÖEN əldə edilməsi barədə daha ətraflı məlumatla Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində "Fiziki şəxslər" bölməsindəki reqlamentlər vasitəsilə tanış olmaq mümkündür. https://www.taxes.gov.az

Oxşar xəbərlər

VÖEN-i olduğu üçün 190 manat ala bilməyən nə etsin? - Qaydanı burdan oxuyun...
Karantinlə bağlı bəzi məhdudiyyətlər aradan qaldırıldı
Mərkəzi Bank göstəriş verdi: Azərbaycanda dollar alanlara nəzarət gücləndirildi
Nazirlikdən daşınmaz əmlakla bağlı QƏRAR
Camaat canının hayına qalanda...
"KİV də icaze.e-gov.az-da qeydiyyatdan keçməlidir" - İbrahim Məmmədov
Valideynləri işsiz kimi qeydiyyata alınmış tələbələrin bu barədə arayış almasına ehtiyac yoxdur
Pandemiyadan zərər çəkmiş bu şəxslərə ikinci maliyyə dəstəyinin ödənilməsinə başlanılıb
Muzdlu işçilərə II maliyyə dəstəyi proqramı çərçivəsində ödənişə başlanılıb
Azərbaycanda karantin rejimi bu tarixədək UZADILDI - RƏSMİ
Sərt karantin günlərində apteklər hansı hallarda fəaliyyət göstərə biləcək?
Vergi güzəştləri iqtisadi fəallığı artıracaq - Vüqar Bayramov
Karantin rejimi yenidən uzadılır - Diqqət
“Azərişıq” rəhbərinin biznesi çiçəklənir
Dövlət Vergi Xidməti 3 milyon manatlıq tenderi yekunlaşdırıb
Vergi ödəyiciləri üçün daha bir YENİLİK
Bakıdan rayonlara gediş-gəlişə yalnız iki halda icazə veriləcək - RƏSMİ
Yeni “London taksi”ləri Bakıya neçəyə gətirilib?
Biləsuvarda özünü ağa kimi aparan məmur kimdir? – Yeni İcra başçısının diqqətinə
Fəaliyyətinə icazə verilən şəxslər bu halda avtomobillərindən istifadə edə bilməz
Bu qadağa da aradan qaldırıldı
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisinə giriş-çıxış qaydaları
Evdən çıxmaq istəyənlərin 29 faizinə rədd cavabı verildi
Sahibkarlara maliyyə dəstəyi göstərilməsinə başlanıldı
Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə müraciətlərin sayı kəskin şəkildə artıb
Portalda icazənin ləğv və ya redaktə edilməsi mümkündürmü?
"Vergi güzəştləri hətta bir neçə il sonrakı dövrləri əhatə edəcək"
Bakıda qanunsuz fəaliyyət göstərən masaj salonu aşkarlandı - FOTOLAR
Azərbaycanda tədris prosesi sentyabradək dayandırıldı - BAŞ NAZİRDƏN SƏRƏNCAM
Bu şəxslərin icazəsi ləğv edildi