Yuxarı siniflər və universitetlər açılır
4-02-2021, 11:16
134

Yuxarı siniflər və universitetlər açılır

Yuxarı siniflər və universitetlərdə ənənəvi tədris qismən bərpa olunur.
Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Təhsil Nazirliyinin təklifinə əsasən, ölkə ərazisində fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi mərhələli olaraq əyani formada sanitar-gigiyenik tələblər nəzərə alınaraq aşağıda qeyd edilmiş qaydada davam etdiriləcək. 
Beləliklə, 2021-ci il 8 fevral tarixindən:
Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu istisna olmaqla, ölkənin digər şəhər və rayonlarında yerləşən, layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında fiziki (sosial) məsafəni (ən azı 1.5 metr) gözləməyə imkan verən ümumi təhsil müəssisələrində tədris ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla;
Layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında fiziki (sosial) məsafəni (ən azı 1.5 metr) gözləməyə imkan verməyən ümumi təhsil müəssisələrində isə tədris ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 3 dəfə olmaqla;
Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən müstəqil tədris binası və əlverişli maddi-texniki bazası dərnək üzvləri arasında fiziki (sosial) məsafəni (ən azı 1.5 metr) gözləməyə imkan verən uşaq-gənclər inkişaf mərkəzlərində aşağı yaş qruplarında (I-IV siniflər) dərnək məşğələləri həftədə 2 dəfə olmaqla ənənəvi formada keçiriləcək.
2021-ci il 15 fevral tarixindən:
Məktəbəqədər təhsil müəssisələrində;
Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində (I-IV siniflərdə) həftədə 3 dəfə,  ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) həftədə 2 dəfə olmaqla;
Xüsusi məktəblərdə (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla;
Ali və orta ixtisas təhsili və peşə təhsili müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə (müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) və təhsilalanların fiziki iştirakını tələb edən fənlərin və mövzuların əvvəlcədən müəyyən edilmiş cədvəllər üzrə tədrisi (tibb, yaradıcılıq, mühəndislik və s.) ənənəvi formada bərpa olunacaq.

Oxşar xəbərlər

Yuxarı siniflər və universitetlərdə ənənəvi tədris qismən bərpa olunur
Məktəblərdə ənənəvi təhsil qismən bərpa olunur
Təhsil Nazirliyi özəl ümumi təhsil müəssisələrinə xəbərdarlıq edib
Bakıda və rayonlarda şagirdlər həftədə neçə dəfə məktəbə gedəcək? - Nazir əmr imzaladı
Nazirlik Bilik Günündə şagirdlərin məktəbə hansı qaydada gedəcəyi ilə bağlı AÇIQLAMA verdi
Yeni dərs ilində həftəlik dərs saatları belə olacaq - FOTO
Azərbaycanda əyani dərslər bərpa olunur
Nazir məktəblərin açılacağı tarixi elan etdi
Bu il birinci sinfə gedəcək şagirdlərin sayı açıqlandı
Azərbaycanda yenidən distant təhsilə keçilir - Bu tarixdən
Azərbaycanda tədris prosesi sentyabradək dayandırıldı - BAŞ NAZİRDƏN SƏRƏNCAM
Qış tətili ləğv olunub? - Təhsil Nazirliyindən AÇIQLAMA
Ali məktəblərdə imtahanlar bu qaydada keçiriləcək
Baş Nazirdən orta məktəblərlə bağlı yeni QƏRAR
Sabahdan uşaq bağçaları açılır - bu rayon və şəhərlər istisna olmaqla
İnterneti olmayan şagirdlər necə imtahan verəcək? - Nazirlik açıqladı
2335 məktəbdə şagird sayı 200 nəfərdən azdır
Baş nazir təhsillə bağlı qərarı təsdiqlədi
Şuşanın təhsil statistikası açıqlandı
Məktəblər bağlanacaq? - Rəsmi açıqlama
Təhsil naziri yeni əmr imzaladı
Tədris ilinin sonunadək dərslərin keçirilməsi nəzərdə tutulmur - RƏSMİ
“Bilik günü” onlayn qaydada keçiriləcək
Ali məktəblərdə dərslərin keçirilməsi qaydası məlum oldu
Noyabrın 2-dən sonra yeni qaydalar tətbiq ediləcək
Nazirlər Kabineti dərslərin başlaması barədə qərar verdi
Nazirdən dərslərlə bağlı daha bir ƏMR
“Virtual məktəb” layihəsi tədris bərpa olunduqdan sonra da davam etdiriləcək - Təhsil Nazirliyi
Paytaxtın orta məktəblərində dərslər bərpa olunur
Dərslər hansı halda həftədə 5 dəfə keçirilə bilər? - CAVAB