Bu gün V-IX siniflərdə ənənəvi tədris qismən bərpa olunur
8-02-2021, 10:48
109

Bu gün V-IX siniflərdə ənənəvi tədris qismən bərpa olunur

Bu gün V-IX siniflərdə sanitar-gigiyenik tələblər nəzərə alınaraq ənənəvi tədris qismən bərpa olunur.
Təhsil Nazirliyinin məlumatına görə, fevralın 8-dən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu istisna olmaqla, ölkənin digər şəhər və rayonlarında yerləşən, layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında fiziki (sosial) məsafəni (ən azı 1,5 metr) gözləməyə imkan verən ümumi təhsil müəssisələrində tədris ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla tədrisə başlanılacaq. Layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında fiziki (sosial) məsafəni (ən azı 1.5 metr) gözləməyə imkan verməyən ümumi təhsil müəssisələrində isə tədris ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 3 dəfə olmaqla dərslər keçiriləcək.
Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən müstəqil tədris binası və əlverişli maddi-texniki bazası dərnək üzvləri arasında fiziki (sosial) məsafəni (ən azı 1.5 metr) gözləməyə imkan verən uşaq-gənclər inkişaf mərkəzlərində aşağı yaş qruplarında (I-IV siniflər) dərnək məşğələləri həftədə 2 dəfə olmaqla ənənəvi formada təşkil olunacaq.
Qeyd edək ki, fevralın 15-dən məktəbəqədər təhsil müəssisələrində, Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində (I-IV siniflərdə) həftədə 3 dəfə, ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) həftədə 2 dəfə, xüsusi məktəblərdə (I-IX siniflərdə) həftədə 5 dəfə tədrisə başlanılacaq.
Ali və orta ixtisas təhsili və peşə təhsili müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə (müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) və təhsilalanların fiziki iştirakını tələb edən fənlərin və mövzuların əvvəlcədən müəyyən edilmiş cədvəllər üzrə tədrisi (tibb, yaradıcılıq, mühəndislik və s.) ənənəvi formada bərpa ediləcək.
Xatırladaq ki, fevralın 1-dən ibtidai siniflər üzrə əyani tədris Bakı, Sumqayıt və Abşeronda həftədə 3 dəfə, digər bölgələrdə isə həftədə 4-5 dəfə olmaqla bərpa edilib. İbtidai siniflər üzrə 628 min 651 şagird, məktəbəhazırlıq qruplarında 103 min 604 uşaq əyani olaraq dərslərə başlayıb. Həmçinin 50 bölgədə fəaliyyət göstərən 500 icma əsaslı məktəbəqədər təhsil qruplarında 9 min 207 uşaq ənənəvi tədrisə cəlb olunub.

Oxşar xəbərlər

Yuxarı siniflər və universitetlərdə ənənəvi tədris qismən bərpa olunur
Yuxarı siniflər və universitetlər açılır
Fevralın 15-dən V-IX siniflərdə dərslər bərpa olunur
Məktəblərdə mütəmadi monitorinqlər aparılacaq
Məktəblərdə ənənəvi təhsil qismən bərpa olunur
Bakıda və rayonlarda şagirdlər həftədə neçə dəfə məktəbə gedəcək? - Nazir əmr imzaladı
Dərslər nə üçün həftədə 3 dəfə keçiriləcək? - Nazirlik açıqladı
Dərslər hansı halda həftədə 5 dəfə keçirilə bilər? - CAVAB
Təhsil Nazirliyi özəl ümumi təhsil müəssisələrinə xəbərdarlıq edib
Nazirlik Bilik Günündə şagirdlərin məktəbə hansı qaydada gedəcəyi ilə bağlı AÇIQLAMA verdi
Nazir məktəblərin açılacağı tarixi elan etdi
Nazirdən dərslərlə bağlı daha bir ƏMR
Bu il birinci sinfə gedəcək şagirdlərin sayı açıqlandı
Əyani və distant keçiriləcək dərslərin cədvəli açıqlandı - Diqqət!
Yeni dərs ilində həftəlik dərs saatları belə olacaq - FOTO
2335 məktəbdə şagird sayı 200 nəfərdən azdır
Məktəblər nə zaman açılacaq? - RƏSMİ AÇIQLAMA
"Bu halda təhsil ənənəvi 5 gün formatına qaytarılacaq" - Emin Əmrullayev
Paytaxtın orta məktəblərində dərslər bərpa olunur
Yeni tədris ilində dərslər necə keçiriləcək? - İki ssenari var
Bu tarixdən dərslər bərpa edilir - Nazir AÇIQLADI
“Belə davam etsə, tədris prosesi yenidən dayanacaq” - ekspert
Şuşanın təhsil statistikası açıqlandı
Azərbaycanda əyani dərslər bərpa olunur
Siniflərdə şagird sıxlığı necə tənzimlənəcək?
Bilik günü tədbir keçirilə bilər? - AÇIQLAMA
Azərbaycanda tədris prosesi sentyabradək dayandırıldı - BAŞ NAZİRDƏN SƏRƏNCAM
Ali məktəblərdə imtahanlar bu qaydada keçiriləcək
“Virtual məktəb” layihəsi tədris bərpa olunduqdan sonra da davam etdiriləcək - Təhsil Nazirliyi
Baş Nazirdən orta məktəblərlə bağlı yeni QƏRAR