Magistraturaya qəbul üçün müsabiqə şərtləri açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ixtisaslaşma seçiminə qəbul və qabiliyyət imtahanlarında göstərdikləri nəticə Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan bakalavrlar buraxılırlar.
Müsabiqə şərtlərinə gəldikdə isə, Təhsil ixtisasları; Texniki və texnoloji ixtisaslar; Səhiyyə, rifah və xidmət ixtisasları (Bədən tərbiyəsi və idman ixtisasından başqa) qrupları üzrə minimal 40 bal tələb edilir (ümumi intellekt səviyyəsi üzrə (məntiqi təfəkkür) minimal 15, İnformatika üzrə 5, Xarici dil üzrə 5 bal).
Humanitar və sosial ixtisaslar qrupu üzrə minimal 50 bal tələb olunur (ümumi intellekt səviyyəsi (məntiqi təfəkkür) üzrə minimal 15, informatika üzrə 5, xarici dil üzrə 5 bal).
Təbiət ixtisasları; İqtisadiyyat və idarəetmə ixtisasları qrupları üzrə ümumilikdə minimal 45 bal tələb edilir (ümumi intellekt səviyyəsi (məntiqi təfəkkür) üzrə minimal 15, informatika üzrə 5, xarici dil 5 bal).
Mədəniyyət və incəsənət ixtisasları; Kənd təsərrüfatı ixtisasları; Xüsusi təyinatlı ixtisaslar; Bədən tərbiyəsi və idman ixtisası qrupları üzrə minimal 30 bal tələb olunur (ümumi intellekt səviyyəsi (məntiqi təfəkkür) - minimal 10, informatika 5, xarici dil 5 bal).
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə ixtisas magistraturasının 70 saylı proqrama aid ixtisaslaşmalarına və jurnalistika üzrə 44 saylı proqrama aid magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar qəbul imtahanından sonra qabiliyyət imtahanı verməlidirlər (“Magistr” jurnalının 3-cü sayında qabiliyyət imtahanları barəsində ətraflı məlumat verilib).
Tədrisi ingilis (alman) dilində olan ixtisaslaşmaların dövlət sifarişi üzrə ayrılmış yerlərini seçmək üçün bakalavrın qəbul imtahanında ingilis (alman) dilindən topladığı bal 20-dən, ödənişli yerlərini seçmək üçün isə 15-dən az olmamalıdır.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin birgə razılığına əsasən, cari ildə bütün ixtisas qrupları üzrə magistraturaya qəbul imtahanında iştirak edərək minimal bal tələbini ödəyən, lakin ayrı-ayrı fənlər üzrə minimal tələbləri ödəməyən bakalavrların ödənişli plan yerlərinin müsabiqəsində iştirak etmələrinə icazə verilib.
Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul elan edib. Qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün bakalavr 2021-ci il fevralın 9-dan 18-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (50 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir.
Magistraturaya qəbul imtahanı fevralın 28-də keçiriləcək. Magistratura səviyyəsinə qəbul imtahanının ikinci şansının isə iyun ayında keçirilməsi nəzərdə tutulur.
*** 09:04
Bu gündən magistraturaya sənəd qəbuluna başlanılır.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, sənəd qəbulu fevralın 18-i saat 23:59-dək davam edəcək.
Qeyd edək ki, magistratura səviyyəsinə qəbul imtahanı fevralın 28-də keçiriləcək. Magistratura səviyyəsinə qəbul imtahanının ikinci şansının isə iyun ayında keçirilməsi nəzərdə tutulur.
Magistraturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ - ŞƏRTLƏR (YENİLƏNİB)
09
fevral
10:38

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Magistraturaya qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyat müddəti uzadıldı
Qabiliyyət imtahanında iştirak etmək istəyənlərin NƏZƏRİNƏ
V qrupda qabiliyyət imtahanları ləğv olundu - ballar artırıldı
DİM: Bəzi ixtisaslara qabiliyyət imtahanları keçirilməyəcək - Diqqət!
Ali məktəblərə keçid balları açıqlandı - DİM dərc etdi
Universitetlər üzrə ən yuxarı və ən aşağı keçid balları olan ixtisaslar - Siyahı
DİM kollecə qəbul olmaq istəyənlərə müraciət edib
Bu şəxslər ali məktəblərə imtahansız qəbul olunacaqlar
Abituriyent və subbakalavrların nəzərinə
Azərbaycanda abituriyentlərin ən çox seçdiyi ixtisaslar məlum oldu - SİYAHI
Ən çox ixtisas seçimi bu qruplarda olub
“Jurnalistika” ixtisasına qəbul qaydaları açıqlandı - Detallar
DİM-dən AÇIQLAMA: "Özəl ali məktəblərə qəbul olanlar..."
DİM: Özəl ali məktəblərə qəbul olunanlar, əsasən, dövlət məktəblərinə daxil ola bilməyənlərdir
Magistraturaya imtahan vermək istəyənlərin NƏZƏRİNƏ!
Martın 1-də keçirilən buraxılış imtahanı üzrə ballar 100 ballıq şkalaya keçirilib
İslamşünaslıq ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Qəbul imtahanlarında ən yüksək nəticə göstərən məktəblər açıqlanıb
Baş Nazirdən təhsillə bağlı daha bir QƏRAR
Peşə təhsil pilləsi üzrə tələbə qəbulu davam edir
Gənc həkimlərin yarıdan çoxu imtahandan kəsildi
Gənc həkimlərin yarıdan çoxu imtahandan kəsildi
Direktor olmaq istəyənlər üçün sənəd qəbulunun vaxtı açıqlanıb
Bu gün 20 mindən çox şagird buraxılış imtahanı verir
Ali təhsil müəssisələrinə qəbul nəticələri elan olunub - Yenilənib
Direktor olmaq istəyənlərin nəzərinə: Müsabiqəyə start verilir
Bu gündən ali təhsil müəssisələrinə sənəd qəbulu başlayır
Liseylərə qəbul imtahanları keçirilir
Azərbaycanda 552 məktəb direktoru vəzifəsi boşdur
Universitetlərə qəbul üçün ixtisas seçiminin vaxtı açıqlanıb
- Ruandada qarğıdalı qurutma anbarı uçdu: 11 ölü
- Bu ərzaqlar xərçəng yaradır - Siyahı
- Kanada Baskov, Boyarski və Qazmanova qarşı sanksiyalar tətbiq edib
- Ramos: “Messiyə qarşı oynayanda əziyyət çəkirdim“
- Bu "iPhone" modelləri İOS 17 yeniləməsini almayacaq
- Azərbaycanda nadir hadisə: körpə iki dişlə doğuldu - Video
- Pensiyaların artması üçün yenilik edilir - Qanuna dəyişiklik
- “Subay vaxtı səhnə daha maraqlı olur”
- Vilayət Eyvazovdan yeni təyinat
- Bakıda direktor 34 min manat mənimsəyib - İDDİA
- Lənkəran Dövlət Dram Teatrının direktorunun vəzifəsinə xitam verilib
- Ermənistan ordusunda “təmizləmə əməliyyatı”: Məşhur general işdən çıxarıldı
- Rumen Radev səfirliyimizə hücumu pislədi
- 1.5 milyonluq dələduzluqda adı hallanan şirkət rəhbəri azadlıqda – 1 ay əvvəl həbs olunmuşdu
- Naxçıvanda restoranlara at əti satanlar saxlanıldı
- Türkmənistan XİN Azərbaycan səfirliyinə hücumu pislədi
- Özcan anası ilə bağlı iddialara cavab verdi
- Katalin Novak səfirliyimizə hücumu pislədi
- Çexiyada prezident seçkilərinin qalibi məlum oldu
- Tanınmış polkovnik Naxçıvana rəis təyin olundu
- Rusiya hərbçilərinin olduğu xəstəxanada PARTLAYIŞ
- Gədəbəydə 29 yaşlı qadın dərmandan zəhərləndi
- Bakıda kişi hamamda boğulub öldü
- İsveç NATO-ya üzvlük prosesini müvəqqəti dayandırdı