Tələbə-qiymət kitabçası üçün  20 manat pul  yığan Humanitar kollec direktoru -Kollec, yoxsa, Vaqif  Əmiraslanovun  işədüzəltmə bürosu
11-02-2021, 16:55
765

Tələbə-qiymət kitabçası üçün 20 manat pul yığan Humanitar kollec direktoru -Kollec, yoxsa, Vaqif Əmiraslanovun işədüzəltmə bürosu

Sovet dönəmində Bakı Mədəni-Maarif  Texnikumu kimi fəaliyyət göstərən təhsil  ocağı sonradan Bakı Humanitar Kollec adlandı. Daha sonra digər kolleclərin birləşdirilməsi ilə daha genişləndi və 2020-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin ( ADMİU ) nəzdində fəaliyyət göstərir. 
Kollecin direktoru Milli Məclisin üzvü, Tibb Universitetinin sabiq rektoru Əhliman Əmiraslanovun  qardaşı Vaqif Əmiraslanovdur. 
Vaqif Əmiraslanovun barəsində ölkə mətbuatında nələr yazılmayıb. 
Vaqif Əmiraslanov kolleclərin birləşməsi zamanı kənarda qalmaq istəməyən müəllimlərə, hətta kollecin texniki işçilərinə rüşvət müqabilində  birləşmiş kollecdə iş təklif edib. İşsiz qalmaqdan ehtiyat edən müəllimlər və texniki heyət  Vaqif Əmiraslanova böyük məbləğdə hörmət ediblər. Hətta laborant düzəlmək üçün 3000 dəfə, müəllim düzəlmək üçün 5000 dəfə və daha böyük çox sağollar alan Vaqif Əmiraslanov  axırda ilişib. Sonda  bəzi müəllimlərin şikayəti ilə tanış olan ''Gündəlik Bakı'' qəzetinin(gundelik-baku.com) redaksiyasına daxil olan məlumata görə, ADMİU-nun rektoru Ceyran Mahmudova Vaqif Əmiraslanovu xeyli danlayıb, amma axırda  dil tapıb, bazarlaşıblar. 
Biz  Vaqif Əmiraslanovun əməllərini uzun-uzadı sadalamadan ( bu barədə ölkə mediası çox yazıb ) iki məsələni qeyd etmək istəyirik. 
Biri xadimədən pul almaq...Bu nəinki kollec direktoruna,  deputatın qardaşına, heç  kimə yaraşmaz.
İkincisi isə, kollec direktorunun  təzə qəbul olmuş tələbədən  tələbə-qiymət kitabçası üçün  20 manat pul  yığması...artıq sözün bitdiyi yerdi.

Oxşar xəbərlər

Vaqif Əmiraslanovun onlayn dərs tələsi
Rektor korrupsioner kollec direktorunu himayə edir
Millət vəkilinin qardaşı Vaqif Əmiraslanov həbs edilə bilər
Deputatının qardaşının korrupsiya əməlləri tükənmir
Bakı humanitar kollecində ÖZBAŞINALIQ - İDDİA
Deputatın qardaşı oğluna cinayət işi açıldı
Sumqayıtda kollec direktoru Mətanət  Pirquliyeva ilə institut direktoru Raya Nəcəfovanın problemi…-Hüquq alimi İsa Nəcəfov qohumlarının problemini həll edə biləcəkmi ?
“Vaqif Hüseynovun və Vəzirovun qapısı ağzında “yatanlar” üzə çıxarılacaq”
“Space” TV-nin prezidenti istefa VERDİ
AMEA-da “Mehdiyevsayağı islahat“: 70 yaşlı akademikin yerinə 80 yaşlı akademik gətirildi
71 yaşlı Şəki sakini pensiyasının artırılmasına nail ola bilmir - GİLEY
Mehdiyevin kürəkəninin xalası oğlu və həyat yoldaşı vəzifəyə necə TƏYİN EDİLİB?
Vaqif Mustafayevin "Sadə Həqiqətlər" verilişi bağlandı
““Space” Azərbaycan xalqı üçün böyük bir ləkədir“ - Kamran Həsənli
Bakı bu ölkədəki diplomatlarını geri çağırıb? - Rəsmi
Anar Kərimov onu direktor müavini TƏYİN ETDİ
Cəmiyyətin tənqid etdiyi serialın yayımı dayandırıldı
İlham Əliyevdən generalla bağlı SƏRƏNCAM
"Düşmən Daşkəsəni atəşə tutur" - Vaqif Dərgahlı
Nazirlik buralara müdaxilə etməlidir - İTTİHAM
Bura təhsil ocağı yox, bazardır... - İTTİHAM
Azərbaycanda universitetin mətbuat katibi işdən çıxdı
Speys TV-yə "kino çəkilişi adıyla toy" şoku - Açıqlama
İlham Əliyev və Mehriban Əliyeva Bakıda açılışda
“Azad edilən ərazilərin bir qarışı belə itirilməyib” - Vaqif Dərgahlı
Vaqif Mustafayevin Heydər Əliyev haqda filmini kim qadağan edib?
"Düşmən itkiləri asanlıqla gizlədir" - Vaqif Dərgahlı
“Atam haqda çəkilmiş filmi məmurlar “brak” etdilər” - Sevil Əliyeva
Azərbaycan mədəniyyətinə ağır itki
Tanrıverdi Mustafayevi Vaqif Aydınoğlu əvəzlədi - TƏYİNAT