149 saylı məktəbin direktoru Rəhilə Baxşəliyeva məktəbi bazara çevirib-TƏHSİL NAZİRİ EMİN ƏMRULLAYEV BU BARƏDƏ NƏ DÜŞÜNÜR?
19-02-2021, 19:10
1 227

149 saylı məktəbin direktoru Rəhilə Baxşəliyeva məktəbi bazara çevirib-TƏHSİL NAZİRİ EMİN ƏMRULLAYEV BU BARƏDƏ NƏ DÜŞÜNÜR?

 Xəzər  rayonun  (GÜL)AĞA-sı mənəm, heç kimdən çəkinmə...

Son  vaxtlar  7 rayonun icra başçısının həbs edilməsi çox ciddi məsələdir. Hələ neçəsi də növbəsini gözləyir. 
Məhz  layiq olmayan şəxslərin 100-150 minlik rayonlara icra başçısı-rəhbər təyin olunması vətəndaşları narazı salır.
Belə rayonlardan biri də Xəzər rayonudur. Təsəvvür edirsiniz rayona uzun illər  rəhbərlik etmiş Gülağa İslamov uzun müddət ANBARDAR  işləyib. 
Axı, anbardar hara, rayona rəhbərlik etmək hara? 
Anbardar da icra başçısı olan kimi rayona ANBAR kimi baxır onun üçün təhsil, səhiyyə, mədəniyyət-zad hamısı gözünə ANBAR kimi görünür və beləcə xalqın gələcəyi olan təhsil də dönür bazara, alverxanaya. 
Bəli, etiraf etməliyik ki, uzun müddətdir  təhsilimiz də bir bazar  əhval-ruhiyyəsi var. Zəhrimar bazar iqtisadiyyatı sözünü  çoxu həqiqi mənada bazar kimi anlayır və bunu hara gəldi, təhsilə,səhiyyəyə, mədəniyyətə tətbiq edir. 
Təsəvvür edin rüşvət bağçalara, orta məktəblərə yol açır. Və bizim bağçalar, orta məktəblər  gələcəyin rüşvətxorlarını, korrupsionerlərini yetişdirir.  Bəli,uşaqlar bağçada,məktəbə müəlliməyə rüşvət verildiyini öz gözləri ilə görürlər. 
Belə məktəblərdən biri də icra başçısının anbardar olduğu Xəzər rayonundakı 149 saylı orta məktəbdir. “Xərac yığmaqla”  ad çıxardan məktəb direktoru Rəhilə Baxşəliyeva  keçmiş icra başçısının pulyığanı olub. 
Bu məktəbin fəaliyyətində xeyli sayda neqativ hallar var. 
Direktor Rəhilə Baxşəliyeva  keçmiş başçı Gülağadan qalma metodları davam etdirir. Hələ də məktəbdə “fond pulu”, “təmir pulu”, “könüllü yardım pulu”  kimi rüsvayçı hallar  davam edir.
Bunlar azmış kimi məktəbdə çalışan müəllimlərdən də pul yığımı olur. Dərs bölgüsünə görə, əlavə dərs saatına görə pul ödəməlisən. Yuxarı siniflərdə  rəhbər  olmağın qiyməti 500 manatdır. Qrup rəhbəri olmağın da öz qiyməti var.
Təsəvvür  edirsiniz məktəbdə  3000  şagird  təhsil alır. 
Məlumatlı mənbənin dediyinə görə, keçmiş icra başçısı Gülağa İslamov məktəb direktoruna tapşırıbmış ki, bu rayonda (GÜL)AĞA mənəm, heç kimdən çəkinmə. Beləcə yığılan pullar icra başçısı ilə məktəb direktoru  arasında qardaş-bacı malı kimi bölünürmüş. 
Bütün bunlar hamısı bəlli. 
Bəs axı 2 ildir  rayona yeni  icra başçısı təyin olunub. Vəziyyət niyə dəyişmir. 
Yeni icra başçısı Elşən Salahov görəsən rayondakı məktəblərdən xərac yığan direktorlar barədə nə düşünür.
Bu barədə  növbəti yazıda.

Oxşar xəbərlər

XAÇMAZDA ŞOK MƏNİMSƏMƏ ÜSULU:Nazim Ağayev antivirusa 10 min 426 manatı necə xərcləyib?
Tovuzun icra başçısı hara baxır ki... - NARAZILIQ!
Xəzərin icra başçısı görəsən, hara baxır? - Rəsmən özbaşınalıqdır...
Astarada təhsil bərbadlığı... - İTTİHAM
Cəlilabadda təhsil adına heç nə yoxdur... - İDDİA
Şirvan RİH-in başçısı İlqar Abbasov rayonlara  “arenda”  kimi baxır…-İlqar Abbasov  25  il  harada olub?-VİDEO
Emin Əmrullayev təhsil naziri oldu - Foto
Nizaməddin Quliyevin işdən çıxarılan kadrının yerinə TƏYİNAT
"Bu ağır dövrdə bazar açıblar..." - GİLEY
Təhsil şöbəsi müdirinin şok səs yazısı. Özü özünü işfa etdi! ( video səs )
Öz oğlunu tərbiyə edə bilməyən icra başçısı Rafil Hüseynov AĞCABƏDİNİ necə idarə edir?-RAFİL HÜSEYNOV DA HƏBS OLUNA BİLƏR
Goranboyun icra başçısı avtobioqrafiyasını təzələyir...
Həbs edilən icra başçısının oğlu bu rayona müstəntiq təyin edildi
Deputat da başçının həbsini tələb etmişdi, amma... - İndi də sakinlər imza toplayır
Təhsil naziri qalmaqallı məktəb direktorundan danışdı - "O, necə diektor oldu?"
Sabirabadda təhsil sistemi bərbad gündədir... - NARAZILIQ...
Mənim də qızım bu il birinci sinifə gedir, elə bilir ki... - Nazir
Goranboyun icra  başçı  avtobioqrafiyasını  təzələyir Mantyor, ofisiant, kankan, qum-çınqıl  satan icra başçıları
Sabirabaddan nazirə müraciət olundu:1 saylı tam orta məktəbdə böyük RƏZALƏT VAR- GİLEY
Təhsil Şöbəsinə yeni müdir təyin olundu
Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində iş görən kim, pul alan kimdir? - İTTİHAM
Təhsil naziri intihara cəhd edən şagirdə baş çəkdi - FOTO
Ağdamın başçısına qohumbazlıq suçlaması - "Biabırçılıqdır..."
Nazir bağçalarla bağlı məsələyə aydınlıq gətirdi
113 saylı məktəbin direktoru müəllimlərdən pul alır, saat bölgüsünü ona uyğun aparır - Şikayət
Neftçalanın gənc başçısı sakinlərlə yola getmir
80 saylı İmişli-Beyləqan seçki dairəsindəki nəticələrin ləğvində Vilyam Hacıyevin hansı rolu olub?
Şəmkirdə yanan bazar Alimpaşa Məmmədovun oğluna məxsusdur
Kəlbəcərin 2 saylı məktəbində şıdırğı yığım - VİDEO
Distan təhsil üçün olan platformalar VPN-siz işləyəcək