Təhsil nazirinin müavini Firudin Qurbanovun xaricdəki  biznesi- Nazir Emin Əmrullayevin nəzərinə.......
22-02-2021, 12:00
874

Təhsil nazirinin müavini Firudin Qurbanovun xaricdəki biznesi- Nazir Emin Əmrullayevin nəzərinə.......

2015 -1952 = 63 yaşlı gənc tələbə futbolçu 

2014- cü ildən  Azərbaycan Respublikasının təhsil nazirinin müavini  olan  Firudin  Qurbanov  barəsində yazmaq üçün onun rəsmi  tərcümeyi-halına nəzər saldım.
Cənab Qurbanov  1952-ci ildə Ağsuda anadan olub. Sonra keçmiş  “Narxoz”u bitirib. Sonralar isə xeyli müddət müxtəlif nazirliklərdə  orta ranqlı  vəzifələrdə çalışıb. 
Wikipediya-da yazılanlara görə, Firudin müəllimin futbolumuzun inkişafında  böyük əməyi olub. 
Vallah, belə məqamda adam yazmağa  söz tapmır. Futbolumuzun hansı dərəcədə inkişaf etdiyi hamımıza aydındır. Əlbəttə, hamımız istəyərdik ki, dünya səviyyəli futbolumuz  olsun.
İkinci, Firudin müəllimin  ömür yolunda bir maraqlı məqamda var. 
Firudin müəllim 2015-ci ilin  may ayında Azərbaycan Tələbə Futbol Federasiyasının prezidenti seçilib. 
Təsəvvür edirsiniz, 2015- 1952 = 63 yaşlı qosqoca kişi gənc futbolçu tələbələrin  rəhbəri seçilib. Məncə, əlavə şərhə ehtiyac yoxdur. 
Sonralar  Firudin Qurbanov  bir müddət BDU-da rektor əvəzi də işləyib. Həmin dövrün  canlı şahidləri deyir ki, rektor əvəzi BDU-nun olub-qalan nüfuzunu da  zay günə qoydu. 
Tələbələrin xaricdən köçürülməsinin qiymətləri Firudin müəllimin sayəsində  çox bahalaşdı. Müəllimlərin işə tam və yarımştat düzəlməsi, saathesabı dərslər Firudin müəllimin sehrli çubuğu ilə qalxdı. 
Firudin müəllim kimlərisə işə düzəldəndə təkcə pul-paranı deyil, məmurların sevgisini də nəzərə alırdı. Beləcə, cənab rektor əvəzi  BDU-nun köhnə bazarına təzə nırx qoydu.
Hələ Firudin müəllimin məmur dostlarının uşaqlarının  imtahanlarını tapşırmaq, qayıb sildirmək və s. adi normaya çevrilmişdi. 
Bəli, Firudin Qurbanov millətin təhsili üzərində özünə əməlli-başlı biznes qura bilib. 
Medianın yaydığı məlumata görə, Sloveniyada FİREM D.O.O. (Məhdud Məsuliyyətli Cəmiyyəti) 2014-cü il fevralın 9-da qeydiyyatdan keçirilib. Sloveniya mənbələrinin məlumatına görə şirkət xidmət və ticarət sahəsində fəaliyyət göstərir. Direktoru Firudin Qurbanovdur.
Şirkət 6671381000 saylı lisenziya ilə Sloveniyanın şərqindəki kiçik Rogaška Slatina şəhərində, Celjska cesta 6 ünvanında hüquqi qeydiyyata alınıb. Sözügedən ünvanda isə şəhərin 4 ulduzlu "Slatina" oteli yerləşir. Eyni ünvanda daha bir şirkət - HOTEL SLATINA d.o.o. qeydiyyatdan keçib. Bu şirkət otelin idarəçiliyini həyata keçirir. 
Bəli, Firudin müəllim həm də yaxşı tacirdir. Xidmət və ticarət sahəsinə  təcrübəli kadrdır. 
Amma qanunlarımız məmurun biznes fəaliyyəti ilə məşğul olmasını qadağan edir. Ancaq belə qadağalar bizim məmurların gözünə görünmür.

Oxşar xəbərlər

Əli Həsənovun sağ əli Emin Əmrullayev necə Təhsil naziri oldu?-ŞOK VİDEO
Ağstafanın icra başçısı  sarıdan bəxti gətirmir... -Məhərrəm getdi, Seymur gəldi, ancaq haman göl, haman qurbağa..
Əlində “dəlilik kağızı“ olan müəllim 2 ildən sonra işə bərpa edildi
Energetika Nazirliyində yeni təyinat
Milli Məclisin İşlər müdiri xəstəxanaya yerləşdirildi - FOTO
Dəniz Nəqliyyatı Donanmasının vəzifəli şəxsi öldü - FOTO
Bu gün Vurğun Əyyubun ANIM GÜNÜDÜR
20 yaşlı erməni futbolçu Qarabağda öldü
Qarabağda sülhməramlılara Muradov başçılıq edəcək - DOSYE
Goranboyun icra  başçı  avtobioqrafiyasını  təzələyir Mantyor, ofisiant, kankan, qum-çınqıl  satan icra başçıları
Prezident Əhməd İsmayılovu yeni vəzifəyə təyin etdi - SƏRƏNCAM
KİVDF-nin yeni rəhbəri kimdir? - Dosye
Heydər Əliyev Sarayına direktor təyin olundu (FOTO)
Azərbaycanın kimyaçı alimi vəfat etdi - FOTO
Baş direktorun müavini koronavirusdan vəfat etdi
Goranboyun icra başçısı avtobioqrafiyasını təzələyir...
AMEA-nın alimi koronavirusdan vəfat etdi
Ermənistanda müdafiə nazirinin daha bir müavini istefa verdi
Ağır xəstəlikdən əziyyət çəkən kişi intihar etdi
İlham Əliyev əfv sərəncamı imzaladı - TAM SİYAHI
"Barselona"nın sabiq qapıçısı İspaniya klubunun baş məşqçisi oldu
Azərbaycan XİN-də bir ailədən 3 diplomat: İki səfir, bir rəis müavini
Ramiz Mehdiyevdən yeni TƏYİNAT
Azərbaycan diasporunun rəhbəri koronavirusdan vəfat edib - Foto
“Ramiz Mehdiyevin tayfası və mənim nəslim-tayfam...” – Kürəkəndən tost
İlham Əliyev Şahin Mustafayevə yeni VƏZİFƏ VERDİ
Sonuncu döyüşü Qubadlıda oldu: Tatmidən cəbhəyə - VİDEO
AMEA-da “Mehdiyevsayağı islahat“: 70 yaşlı akademikin yerinə 80 yaşlı akademik gətirildi
"Heç bir maddi yardım gözləməyin..." - NARAZILIQ!