Daha bir məktəb direktorundan NARAZILIQ
23-02-2021, 13:38
33

Daha bir məktəb direktorundan NARAZILIQ

“Bakının Suraxanı rayonu Hövsan qəsəbəsindəki 118 saylı məktəbin direktoru mənim şagird qızımı diskriminasiyaya məruz qoyur”. Bu sözləri Azinforum.az İnformasiya Portalına açıqlamasında həmin məktəbin 8-ci sinif şagirdi Məmmədli Fatimənin atası Faiq Məmmədov deyib. Valideynin sözlərinə görə, onun qızı Respublika üzrə keçirilən fənn olimpiadasında öz məktəbdinin şagirdləri arasında ən yüksək sayılan – 63 bal toplayıb:

“Buna baxmayaraq, məktəbin direktoru qat-qat az bal toplayan şagirdləri şəxsən təbrik edib. Yalnız mənim qızıma qarşı ayrıseçkilik edərək, onun barəsində bir kəlmə də xoş söz deməyib. Bu hal mənim qızımın psixologiyasına çox mənfi təsir göstərib. O, ağlaya-ağlaya evə gəldi və vəziyyəti mənə danışdı. Hətta direktor məktəbin sosial şəbəkələrdə olan hesablarında başqa qalib şagirdlərin şəkillərini paylaşsa da, mənim qızımın şəkilini paylaşmayıb. Mən direktora iradımı bildirdim, ancaq o, düz addım atdığını dedi. Bu, direktorun bizim ailəyə qarşı etdiyi ilk haqsızlıq deyil. O, bir neçə dəfə bizi məcbur edib ki, uşaqların sinifini dəyişək. Bu cür yüksək nailiyyətə görə, direktor mənim qızımı həvəsləndirmək əvəzinə, onun ruhdan salır, övladıma qarşı psixoloji təzyiq edir. Sizdən xahiş edirəm ki, bu diskriminasiya ilə bağlı məsələni Təhsil Nazirliyinin diqqətinə çatdırsaınız”.

Səslənən ittihamlara aydınlıq gətirmək üçün, məktəbin direktoru Nizaməddin Ağcayevlə əlaqə saxladıq. Direktor Azinforum.az-a açıqlamasında bildirdi ki, onların məktəbindən 7 şagird olimpiadanın respublika mərhələsinə keçib:

“Biz məktəb olaraq həmin uşaqların hər birinin adına diplom yazdıq. Məktəbin dərs hissə müdiri ilə birlikdə mənim kabinetimdə onlara təqdim etmişik. Şagirdlərin 4-nə müavin, digər 3-nə isə mən təqdim etmişəm. Ola bilər ki, həmin şagirdə mükafatı mən yox, müavinim təqdim edib. Burada qeyri-adi nə var ki? Keçən il onların müraciəti əsasında övladlarının sinifi dəyişib. Sizin dediyiniz şagirdin anası da bizim məktəbdə müəllimə işləyir. Onlar hər zaman çalışırlar ki, uşaqları birinci olsun. Onlarla da rəqabət aparan şagirdlər çoxdur. Sadəcə, şagird belə rəqabəti qəbul etmək istəmir. Həmin şagird və ailə ilə bizim heç bir problemimiz yoxdur”.

Oxşar xəbərlər

Slovakiyada məktəbə silahlı hücum: Ölənlər var
Azərbaycanda orta məktəb bağlandı
Məktəb direktorundan qanunsuzluq: məktəbin təmirini müəllimlərə etdirir — Səs yazısı
147 saylı məktəbdə qalmaqal: Sinif rəhbəri valideyni təhqir etdi...
Sabirabadda təhsil sistemi bərbad gündədir... - NARAZILIQ...
Nazir müəllimlərdən pul yığan direktoru işdən çıxardı
Sabirabaddan nazirə müraciət olundu:1 saylı tam orta məktəbdə böyük RƏZALƏT VAR- GİLEY
“Elinanın gündəliyində "ölümümə 52 gün qalıb” yazılmışdı" - Məktəb direktoru
İntihara cəhd etdiyi deyilən qızın atası danışdı
Bakı üzrə yüksək bal toplayan məzunlar - Siyahı
45  və  212 saylı  məktəblərdə nələr  baş verir ?
Şagirdin hicabını yerə atdığı deyilən direktor valideyni polisə verdi
Qəbul imtahanlarında ən yüksək nəticə göstərən məktəblər açıqlanıb
Kəlbəcər Təhsil Şöbəsinin müdiri: - " məni direktor maraqlandırmır, mən özümü təmizə çıxarmaq üçün yalandan təkzib verdirmişəm"
Bakıda məktəb direktoru vəfat etdi
Gəncə təhsilində nələr baş verir? - İDDİA
Özünü məktəbin üçüncü mərtəbəsindən atan şagirdin vəziyyəti ağırdır - AÇIQLAMA
Ağsuda mıktəb direktoru haqda ŞOK İDDİA - Şəhid ailələri və Qarabağ qazilərinin adından pul yığılır
Məktəb direktorundan bayrağımıza hörmətsizlik
Məktəb direktoru qəfil dünyasını dəyişdi
Təhsil idarəsi rüşvətxor direktoru müdafiə edir
Topçu Vüsalı təhqir edən direktor cəzalandırıldı - FOTO
Gəncə təhsilində nələr baş verir? - İTTİHAM
Dəfələrlə "Aztelekom"a müraciət etsə də... - GİLEY
Məktəb direktorundan Təhsil Nazirliyinin əməkdaşlarına İTTİHAM: - “Alıcı quş kimi məktəbə şığıdılar…”
Bakıda məktəb direktoru karantin qaydalarını pozub özünə dəbdəbəli ad günü keçirdi
"Şagirdləriylə qumar oynayır, araq aldırır, ..." - Valideynlərdən direktora qarşı AĞIR İTTİHAMLAR
Lerik təhsilində vəzifə bölgüsü və yaxud qohumbazlıq? – VİDEO
Təhsil naziri Emin Əmrullayevə 53 saylı məktəbin rəhbərliyindən ŞİKAYƏT EDİLDİ
Lerikdə təhsildən başqa hər şey var