Martın 1-dən məktəblər koronavirusa görə bağlanır? - RƏSMİ CAVAB
24-02-2021, 10:57
108

Martın 1-dən məktəblər koronavirusa görə bağlanır? - RƏSMİ CAVAB

Bakıda məktəblərin koronavirusa görə martın 1-dən distant təhsilə keçəcəyi ilə bağlı söz-söhbətlər yayılıb.
Bu barədə sosial şəbəkələrdə və "Whatsapp” qruplarında bildirilir. Qeyd edilir ki, məktəblərdə müəllimlər, texniki işçilər və şagirdlər arasında yoluxmalar qeydə alınıb.
Qeyd edək ki, Bakının Nərimanov rayonunda yerləşən 82 nömrəli tam orta məktəbin koronavirusa görə fəaliyyətinin müvəqqəti dayandırılması yayılan söz-söhbətin daha da artmasına səbəb olub. Məsələyə aydınlıq gətirmək üçün Təhsil Nazirliyilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun verdiyi məlumata görə, yayılan fikirlərin heç bir əsası yoxdur.
"Məktəblərdə vəziyyət stabildir. Təkcə Nərimanov rayonunda yerləşən məktəbdə yoluxma qeydə alınıb. Bununla bağlı da dünən məlumat yaymışıq”, - deyə Cəsarət Valehov bildirib.
Xatırladaq ki, Bakının Nərimanov rayonunda yerləşən 82 nömrəli tam orta məktəbin fəaliyyəti müvəqqəti dayandırılıb.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi açıqlama yayıb.
Belə ki, 82 nömrəli tam orta məktəbin 1 nəfər I sinif şagirdinin, 1 nəfər ibtidai sinif və 1 nəfər ingilis dili müəlliminin COVİD-19 testi pozitiv çıxıb.
Bakı Şəhər Təhsil İdarəsindən verilən məlumata görə, hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil edilir.
"Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır.
BŞTİ rəhbərliyi və İdarənin əməkdaşları da gündəlik məktəblərə gedir, tədrisin təşkili vəziyyəti ilə yerində tanış olurlar. Bütün bunlar şagird və valideynlərdə əminlik hissini artırır, ənənəvi tədrisə və müəllimlə canlı ünsiyyətə əsaslanan əyani dərs prosesinə maraq göstərənlərin faiz artımına təkan verir.
İnanırıq ki, ümumi təhsil müəssisələrində ənənəvi tədrisin təşkili istiqamətində nəzərdə tutulan mərhələli tədbirlər cəmiyyətin birgə səyi ilə bundan sonra da uğurla reallaşdırılacaqdır", - deyə BŞTİ-dən bildirilib./BAKU.WS/

Oxşar xəbərlər

Məktəblər yenə bağlanır? - AÇIQLAMA
Novruz tətilindən sonra dərslər dayandırılır? - RƏSMİ
Fevralın 27-dən məktəblər və universitetlər açılır? — RƏSMİ CAVAB
Məktəblər yenidən bağlanır? — Təhsil Nazirliyindən AÇIQLAMA
Bakıda daha bir məktəb koronavirusa görə bağlandı
Şagirdlər məcburi peyvənd ediləcək? - Rəsmi AÇIQLAMA
Bakıda məktəb koronavirusa yoluxma hallarının çox olması səbəbindən bağlandı
Koronavirus aşkarlanan məktəb hansıdır? - AÇIQLAMA
Nazir müəllimlərdən pul yığan direktoru işdən çıxardı
Baş Prokurorluqdan intihar edən müəllimin işi ilə bağlı MÜRACİƏT
Məktəblərdə dərslər yenidən dayandırılır? - RƏSMİ CAVAB
Bakıda koronavirusa yoluxmanın ən çox olduğu rayon açıqlandı
Orta məktəblərdə ƏYANİ dərslərin sayı ARTIRILIR - Nazirlikdən AÇIQLAMA
"Son 4 gündə məktəblərdə çox az sayda yoluxma qeydə alınıb"
Yuxarı sinif şagirdləri üçün dərs başlayır?
Paytaxtda ən yüksək yoluxma göstəricisi bu rayondadır
Azərbaycanda koronavirusa yoluxan və ölənlərin bölgələr üzrə SON STATİSTİKASI - CƏDVƏL
İbtidai sinif müəllimləri ayda 1 dəfə pulsuz koronavirus testindən keçiriləcək? - AÇIQLAMA
Bakıda sex yandı
Pediatr Təhsil Nazirliyinə səsləndi: - "Şikəst təhsili bir də kor etməyin"
45  və  212 saylı  məktəblərdə nələr  baş verir ?
Yaşı 65-dən yuxarı olan müəllimlərin nəzərinə - Nazirlik qərar verdi
Gənc müəllim şəhid oldu - FOTO
Bakıda 27 yaşlı müəllim özünü binadan atdı - Foto
SON DƏQİQƏ: Dərslər 14 günlük dayandırılacaq və... - Yoluxma artdı
Azərbaycanda daha 7 şagird koronavirusa yoluxub
Məktəbi müəllimlərə təmir etdirən direktorla bağlı ARAŞDIRMA BAŞLADI
27 yaşlı müəllimin intiharı ilə bağlı cinayət işi başlanıldı
Azərbaycanda orta məktəb bağlandı
Təhsil Nazirliyindən dərslərlə bağlı açıqlama