Peşə təhsilimiz  bərbad gündədir- Təhsil Nazirliyi hara baxır ?
25-02-2021, 14:07
152

Peşə təhsilimiz bərbad gündədir- Təhsil Nazirliyi hara baxır ?

Hətta  sovet dönəmindən  bizim cəmiyyətimizdə  ali təhsilə xüsusu maraq olub. İmkanı olanda, olmayanda, istedadsız-istedadlı hər kəs ali təhsil almağa can atıb.  
Bu bir tərəfdən yaxşı haldır. Amma ali təhsil diplom xatirinə olanda bunun heç bir faydası olmur, əksinə cəmiyyət üçün təhlükəli olur.
Son illər səhiyyəmizdə sağ ayağın əvəzinə sol ayağı kəsən həkimlər, yaxud  savadsız müəllimlər və digər peşə sahibləri durmadan artıb. 
Ona görə də diplom xatirinə ali təhsil almaq cəmiyyət üçün müsbət hal deyil. 
Bu diplomun əvəzinə  yaxşı bir peşəyə, sənətə yiyələnmək həm cəmiyyət üçün, həm də vətəndaşın özü üçün çox faydalı olar. 
Nizami babamız əbəs yerə deməyib ki:

Kamil bir PALANÇI olsa da insan,
Yaxşıdır, yarımçıq PAPAQÇILIQ-dan. 

Bəli, savadsız həkim, yaxud prokuror olmaqdansa, yaxşı, peşəkar AŞPAZ,  DƏLLƏK, BƏNNA, NEFTÇİ  olmaq daha üstündür. 
Bunları yazmaqda məqsədimiz odur ki, bizdə PEŞƏ TƏHSİLİ-nə maraq yaransın.  
Vaxtilə sovet dönəmində Peşə Təhsili üzrə Dövlət Komitəsi var idi. Və hər il orta məktəbi bitirən minlərlə  şagird bu və digər peşələrə yiyələnmək üçün peşə məktəblərinə qəbul olurdular. 
Onlar təhsil müddətində yataqxana ilə təmin olunur, təqaüd alırdılar. Təhsil müddətində uyğun sahələrdə, zavodlarda, fabriklərdə, tikintidə praktiki təcrübə keçirdilər. Və mütəxəssis olaraq yetişirdilər. Sonra isə təyinat üzrə işlə təmin olunurdular. Hətta iş yerindən onlara ev də verilirdi.
Bəs bu gün..? 
Ölkəmizdə peşə-ixtisas təhsili sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə  Prezident  İlham Əliyevin  2016-cı il 20 aprel tarixli fərmanı ilə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradıldı. Bu bir daha onu göstərir ki, ölkəmizdə peşə-ixtisas təhsilinə böyük  ehtiyac var  və  bu məsələ ölkə rəhbərliyinin ciddi nəzarətindədir. 
Ancaq təəssüf ki, bəzi peşə liseylərinin rəhbərləri dövlətin bu sahəyə qayğısını və ayırdığı  vəsaiti öz şəxsi maraqları üçün istifadə edir, hətta qanunsuzluqlara imza atmaqdan çəkinmir, bəzi hallarda cinayətə yol verirlər. 
Görəsən, belə şəxsləri Peşə Liseylərinə direktor təyin edəndə  cənab  Təhsil naziri nə fikirləşir ?
Təsəvvür edirsiniz  Peşə liseylərində bir neçə gözətçi işə götürülür, amma maaşları kim alır və əvəzində kimin əmək stajı yazılır ? 
Liseyin  balansında olan avtomobillərə yazılan yanacaq sərfi, təmir və istismar xərcləri də direktorlar üçün qazanc mənbəyidir.
 Ali təhsili olmayanlara liseydə dərs  saatının verilməsi və əvəzində  alınan rüşvət, saxta mühasibat sənədləri ilə silinən pullar və daha nələr. 
Ən maraqlısı odur ki, 1 ildir davam edən karonavirus pandemiya dövründə də bu əməllər davam edir.
Yəni bir soruşan yoxdur ki, dərs olmadığı üçün yuxarıda sadaladığımız  “pul silinmələri” necə baş verə bilər ? 
Liseylərdəki  istehsalat təlim ustalarına yazılan maaşlar necə bölünür ? 
Axı, istehsalat yoxdur. 
Bir sözlə, peşə liseylərində vəziyyət  dözülməzdir. 
Yaxşı olar ki, Təhsil Nazirliyinin  rəhbərliyi bu barədə ciddi-ciddi düşünsün.

Oxşar xəbərlər

Sürücülər bu halda avtobus zolağından istifadə edə bilər
Ağabəy Əsgərov göydən "Azərnəşr"in başına düşən yekə bir "ostroid"dir
“Azərbaycanlı olduğum üçün fəxr edirəm” - Tuğba Ekinci
Bakıda polis COVID-19 xəstəsini küçədə yaxaladı
Avtomobilinizi qadağan olunmuş yerlərdə saxlayıb tıxac yaratmayın - BNA
Qarabağa zorla köçürülən ermənilər geri qaçır - Yalan statistikanın GERÇƏK TƏRƏFLƏRİ
Kardiologiya İnstitutunda DİREKTOR ÖZBAŞINALIĞI - qocaman professorlar sürgünə göndərilir
Kardiologiya İnstitutunda direktor özbaşınalığı: Gülnaz Dadaşova qocaman professorları sürgünə göndərir
“Hər iki mafiya vaxtilə Ramiz Mehdiyev tərəfindən yaradılıb”
Xaricdə distant təhsil alanlar nazirliyi məhkəməyə verə bilər - İkili yanaşmaya görə
Cahid Şahbazov həkimdir, yoxsa?.. - Çəkişmə...
“Çoxdandır ki, Ramiz Mehdiyev və Əli Həsənov...”
Tarix  müəllimi, polis rəisi,  deputatlığa namizəd və  Qobunun icra nümayəndəsi ...-FAİQ KƏRİMOVUN KORRUPSİYA ƏMƏLLƏRİ
Partiya sədri Təhsil nazirinə səsləndi: Bizdəki təhsil haqqı daha çox təhsil həvəsinə qoyulan cərimədir
Məşhur müğənni Qarabağdakı döyüş yolundan DANIŞDI
Damla koronavirusa yoluxmağından danışdı: “Çox ağır günlər yaşadım“
Sahibkarlara dəymiş ziyanla bağlı AÇIQLAMA
Afaq Bəşırqızı qəzəbləndi: "Əgər gəlinim savadsız olsaydı...."
Şəhid anası dövlətin ayırdığı 10 min manatı Silahlı Qüvvələrə Yardım Fonduna bağışladı
Namiq keçmiş sevgilisindən danışdı: “Aygün Kazımova ilə aramızda...” - FOTO
“Ramiz Mehdiyev elmdən başqa nə işlə desəniz, məşğuldur” - Deputat
“2021-ci ilin dövlət büdcəsi iqtisadi artımı bərpa edəcək” - Vüsal Qasımlı
“Səhiyyə sistemi çöküb, dərman sektorunda vəziyyət gərgindir” - Həkimdən koronavirus açıqlaması
Şuşanın təhsil statistikası açıqlandı
Nazir Sahil Babayev keçmiş məhkumlara ayrılan pulu niyə gecikdirir?-Bəlkə, sələmə verir ?
“Repetitorluq məktəb mühitini dağıdır” - ETİRAZ
İcra başçısı bu məmurdan o qədər qorxur ki... - Xətaidə etiraz aksiyası
Təhsilə ayrılmış dövlət vəsaiti hara yoxa çıxır
Zaur Baxşəliyev xəstəxanaya yerləşdirildi