Rektor  Mustafa  Babanlının  imtahan biznesi ... - ADNSU-nun müəllim və tələbələri rektordan niyə narazıdır ?
1-03-2021, 16:05
525

Rektor Mustafa Babanlının imtahan biznesi ... - ADNSU-nun müəllim və tələbələri rektordan niyə narazıdır ?

2015-ci ildə  Mustafa  Babanlı  Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ( ADNSU ) rektoru təyin ediləndə hamı düşünürdü ki, tezliklə  tədris ocağında müsbət dəyişikliklər olacaq. Ancaq atalar demişkən, sən saydığını say, görək Mustafa Babanlı nə sayır...
Bəli, Mustafa  müəllim az vaxtda sübut etdi ki, o, saymağı gözəl bacarır. 
Məsələn, universitetin tələbələri deyir ki, Mustafa Babanlı tələbələri kəsməklə, universitetin hesabına əlavə pul ödənilməsini və həmin pulların dolayı yolla mənimsənilməsini həyata keçirir. 
Bundan böyük nə ittiham ola bilər, cənab rektor
Biz universitetlərdəki  “qayıb biznesi” haqda eşitmişik, qayıbın qiymətini də rektorlar müəyyən edir. 
Ancaq rektorun tapşırığı ilə qazanc  məqsədilə  tələbələrin imtahandan kəsilməsi...deyəsən Mustafa müəllimin kəşfidir. 
Cənab rektor ! 
Tələbələr yazır ki, Mustafa Babanlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə rektor təyin ediləndən buradakı vəziyyət dözülməz hala çatıb, özbaşınalıqların, haqsızlıqların sayı hesabı yoxdur. 
Bəs, buna nə deyirsiniz, cənab Babanlı ? 
Yaxşı,  tələbələrin narazılıqlarını haqq-hesab dəftərinin hanısısa küncünə yaza bilərsən. Bəs müəllim, alim həmkarların niyə səndən narazıdır, Mustafa müəllim ? 
Təkcə narazı deyil e,  sizi məhkəməyə veriblər, öz haqlarını tələb edirlər. 
Buyur, bu da əlahəzrət FAKT . 
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosenti Rəna Gülmalıyeva universitetin rektoru Mustafa Babanlını məhkəməyə verib. Və 15 min manat təzminat tələb edir. 
Görəsən, 11 il universitetdə müəllim işləyən, bu müddətdə bircə dəfə töhmət almayan Rəna müəlliməyə  təzə rektor 1 ayda niyə 3 dəfə töhmət verib ? 
Təsəvvür edirsiniz,  1 ayda  3 dəfə  töhmət...
Müəllimə məhkəməyə verdiyi iddia ərizəsində yazır ki, rektor onu zorla işdən çıxartmağa çalışır. 
Səbəb isə odur ki, rektorun fakültələrlə görüşü zamanı müəllimə universitetdəki problemlərdən, fakültədaxili qruplaşmalardan danışıb və əlavə edib ki, universitetdə “ölücan müəllimlər” var, yəni adları  gedir,  maaş alırlar, amma dərsdə olmurlar. 
Və dərsə gəlməyən “ölücan müəllim”  dərsə gələn müəllimlərdən daha çox maaş alır.
Bəli, yuxarıda əbəs yerə yazmadıq ki, cənab rektor saymağın, haqq-hesabın ustasıdır. 
Bütün bunlar azmış kimi Mustafa Babanlı bütün qohumlarını Universitetə işə götürüb. Mustafa Babanlı bacısı oğlu Rusif Hüseynovu ADNSU-də  müşavir qoyub və ona çox yüksək maaş yazır. Rusif Hüseynovun həyat yoldaşını isə universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri təyin edib. Bu ailə də  universitetin pulu hesabına hər ay xaricə gedib-gəlirlər.
Bundan başqa, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin hər mərtəbəsində bufet-kafe fəaliyyət göstərir. Rektor həmin yerləri icarəyə verib, heç bir vergi də ödəmir. 
Buna görə, hətta Vergilər Nazirliyi universiteti  cərimələyib də. 
Cənab rektor hətta  universitetdə magistr təhsili alan qızı Məhsəti Babanlıya da maaş yazır. 
Bəli,  Mustafa Babanlı universiteti öz şəxsi kantoruna döndərib.
Bəs Təhsil Nazirliyi,  müvafiq dövlət  qurumları hara baxır ?

''Gündəlik Bakı''nın Araşdırma Qrupu(gundelik-baku.com)

Oxşar xəbərlər

Tələbələrdən ADNSU rektoruna qarşı ETİRAZ... - "Təhsil sistemimizi öz SSRİ təfəkkürünüz ilə daha da məhv etməyin"
ADNSU ilə “Cisco” şirkəti arasında Əməkdaşlıq Memorandumu imzalanıb
ADNSU-nun kollektivi Xocalı abidəsini ziyarət edib - FOTOLAR
Mustafa Şentop Əli Əsədovla görüşdü - FOTO
GDU-nun yeni tələbələri də narazıdır... - Rektor ilk başdan vəd versə də...
Mustafa Rifat İlham Əliyevə: "24 saat əmrinizdəyik"
Milli Məclisdə operativ qərargaha tənqid: “Toylar keçirilməlidir”
Prezident onlara fəxri adlar verdi
Deputat parlamentə Qırmızı Ordunun Azərbaycanı işğal etməsi barədə qərar layihəsi təqdim etdi
Prezident Bağdad Amreyevi, Mustafa Rifatı, Adham İkramovu və Marat Şarşekeyevi qəbul edib
Əri tərəfindən şiddətə məruz qalan aktrisa 15 dəqiqədə boşandı - Foto
Novruzda əfv gözlənilir - Komissiya bu gün toplandı
Bu gün Əfv Komissiyasının iclası keçiriləcək
Mustafa Şentop Azərbaycan xalqını təbrik edib
“İdman zalları açılsa, nə olacaq?" - Deputat
Türkiyənin İnterpolla axtardığı şəxs Sumqayıtda həbs edildi
"Türkiyə həmişə haqlı olanın yanındadır” - Mustafa Şəntop
“Türkiyə bütün gücü ilə Azərbaycanın yanındadır” - Mustafa Şentop
Mustafa Ceceli azərbaycanlı müğənninin mahnısını oxudu - Video
“Türk Şurası cəbhəyə yardım göndərib” - Mustafa Rifat
“AZİ”nin rektoruna SƏRT İTTİHAM - “Tələbələri hədələyirlər ki, döyüşdə olmaqlarının dəxli yoxdur”
Xidmətdə olan əsgərimizin universitet problemi həll edildi
Kafe və restoranlar açılmalıdır — Rəsmi açıqlama
“Hər an müharibə başalaya bilər”
Sahibə Qafarova türkiyəli həmkarı ilə danışdı
Koronavirus onları birləşdirdi: Mustafa Sandal keçmiş arvadı ilə yenidən evlənəcək - FOTO
Sahibə Qafarova ilə Mustafa Şentop arasında telefon danışığı olub
İki ölkə arasında əməkdaşlığa dair yeni sənəd imzalanacaq
ADNSU “Əsgərə məktub!” layihəsinə qoşuldu - Fotolar
ADNSU kollektivi orduya 200 min manat ianə köçürdü