3500 diplom qalmaqalı: Təhsil Nazirliyi olmayan lisenziyanı tələb edir: - "Prezidentə məktub ünvanlamışıq"
3-03-2021, 13:16
75

3500 diplom qalmaqalı: Təhsil Nazirliyi olmayan lisenziyanı tələb edir: - "Prezidentə məktub ünvanlamışıq"

Xəbər verdiyimiz kimi, Bakı İslam Universitetinin 3 500 tələbəsinin diplomu tanınmır.

Tələbələr bununla bağlı məhkəməyə müraciət etsələr də, proses aprelədək ertələnib. Təhsil Nazirliyi isə diplomların tanınmamasına universitetin 2010-cu ilədək lisenziyasız fəaliyyət göstərməsini əsas gətirir.

Nazirlik bildirib ki, universitet tələbə qəbulunu daxili müsahibə yolu ilə aparıb və məzunlara verilən diplom blankları qurum tərəfindən təqdim edilməyib.

O cümlədən, Attestasiya Komissiyasının sədrləri də Təhsil Nazirliyi tərəfindən təyin edilməyib. BİU-ya qəbul yalnız 2010-cu ildən mərkəzləşdirilmiş qaydada həyata keçirilib. Ona görə də 2010-cu ilə qədər qəbul olunmuş tələbələrə Təhsil Nazirliyi tərəfindən diplom blankları verilmir.

Maraqlıdır ki, universitet problemin həlli istiqamətində hansı addımlar atmağı planlaşdırır?

Bakı İslam Universitetinin prorektoru Elçin Həsənli Cebhe.info-ya açıqlamasında bildirib ki, Prezidentə məktub ünvanlanıb:

"Lisenziyasız fəaliyyət göstərib demək düzgün deyil. Liseniya 2009-cu ilədək qanunvericilikdə nəzərdə tutulmamışdısa, biz onu necə əldə edə bilərdik? Əgər biz lisenziyanı almasaydıq, onda fəaliyyətimiz qanunsuz olardı, amma qanunda nəzərdə tutulmayan bir şeydirsə, qanunsuz fəaliyyət sayıla bilməz. Lisenziya verilənədək universitetin fəaliyyəti qanunsuz olmayıb. Təhsil Nazirliyinin o cür bəyanatı qanunlara qarşı sayğısızlıqdır. Bəyanat yayılırsa, gərək araşdırılsın. Araşdırılmayan məlumatları yaymaq tələbələrdə də narahatlıq yaradır. Məsələnin həlli ilə bağlı Prezidentə məktub ünvanlamışıq. Hələ ki, araşdırma gedir. Ümid edirik ki, tez bir zamanda məzunlarımızın bu problemi həll olunacaq".

Oxşar xəbərlər

2010-cu ilə qədər bu universitetə qəbul olanların diplomu tanınmır - RƏSMİ
Xaricdə distant təhsil alanlar nazirliyi məhkəməyə verə bilər - İkili yanaşmaya görə
AzTU ilə Macarıstanın Debresen Universiteti əməkdaşlıq edəcək
"Azərbaycanda oxuduğum universitetin diplomu xaricdə tanınır, bizdə yox" - GİLEY
Təhsil Nazirliyi dərslikdə erməni bayrağının rənglərinin olması iddiasına cavab verib
Azərbaycan Texniki Universitetinin sabiq prorektoru vəfat etdi
Ali məktəblərə daxil olan şəxslərin qeydiyyatı başlayır - Sabahdan
Ən yüksək nəticə göstərən 10 tələbəyə YAP təqaüdü veriləcək
Rusiyada tələbələrə məktəblərdə dərs demək hüququ verilir
Məktəblərdə tənəffüs vaxtı zəng çalınmayacaq
Təhsil Nazirliyi peşə təhsili müəssisələrinə daxil olanlara müraciət edib
Emin Əmrullayev təhsil naziri oldu - Foto
Nazirlik tələbələrə müraciət etdi
Avqustun 17-dən tələbələrin köçürülməsinə başlanılır
Emin Əmrullayev intihar edən 27 yaşlı müəllimdən yazdı
GDU tələbələri ilə rəhbərlik arasında QALMAQAL - "Bu, mənim dədəmin pulu deyil, dövlətin puludur"
Məktəblərin nə vaxt açılacağına sabah qərar veriləcək
Təhsil Nazirliyinin “itik sənəd" elanı “biznesi” - İLGİNC
13 mindən çox tələbənin təhsil haqqını dövlət ödəyıb
Tələbələrin köçürülməsi başa çatdı
Bakıda 18 məktəb direktoru işdən çıxarılıb
Tarix fənnindən kəsildiyi üçün diplom ala bilməyən əsgərimizə universitetdən CAVAB GƏLDİ - VİDEO
Ermənistanda universitet tələbələrindən Paşinyanın qərarına qarşı AKSİYA (FOTOLAR)
Şuşanın təhsil statistikası açıqlandı
Təhsil Nazirliyi vətəndaşların qəbulunu dekabrın 1-dək dayandırıb
Təhsil Nazirliyi məktəblərlə bağlı açıqlama verəcək
Coğrafiya müəllimi olmaq istəyənlər imtahan verir
“Təfəkkür”  universiteti  Zakir Qaralovdan sonra KİM-in ümidinə qalıb ?
Onlayn dərs prosesinə hansı qurumlar nəzarət edir? - AÇIQLAMA
Direktor olmaq istəyənlər üçün sənəd qəbulunun vaxtı açıqlanıb