Təlim-TƏRBİYƏ OCAĞI, yoxsa Molla Sadığın diskotekası?- Təhsil ocaqlarında nələr baş verir ?
5-03-2021, 13:13
186

Təlim-TƏRBİYƏ OCAĞI, yoxsa Molla Sadığın diskotekası?- Təhsil ocaqlarında nələr baş verir ?

Təhsil Naziri Emin Əmrullayevin nəzərinə....

Əsas mövzuya keçməzdən öncə yaxın tariximizə bir ekskurs edək. Daha doğrusu, məşhur “Dəli Kür” filmindən bir epizodu yada salaq. Yəqin hamınız kəndin dini  rəhbəri Molla Sadığın “diskotekası”nı yada saldınız. Cahandar ağanın Molla Sadığa vurduğu sərt silləni də  xatırladınız. 
Bunu nə üçün yada saldıq. 
Kəndin qız-gəlinini, arvad-uşağını  din adı altında bir yerə yığıb yüz oyundan çıxmağın acı  sonluğu bəllidir. 
Axı, vaxtilə məktəb-mədrəsə  deyərdilər.  Məktəb təkcə tədris-təlim ocağı deyil e, həm də təlim-TƏRBİYƏ ocağıdır. 
Bu orta məktəbə də, ali məktəblərə də aiddir. 
Son illər orta məktəblərimizdə nə qədər rüsvayçı hallar olub. Şagird öz müəllimindən hamilə qalıb, məktəb direktoru  öz şagirdinə təcavüz edib və s. 
Bütün bunlar cəmiyətə bəlli olan faktlardır. Gör məktəblərimizdə hələ nə qədər gizli qalan əməllər var. 
Axı, valideyn övladını məktəbə təlim, eyni zamanda tərbiyə almağa göndərir. Belə tərbiyə olar ? 
Ali məktəblərdə isə vəziyyət daha  da dözülməzdir. 
Yazının girişində əbəs yerə Molla Sadığın diskotekası demədik. 
Bəli, Molla Sadığın  diskotekası bu gün ali məktəblərimizdə baş verənlərin yanında toya getməlidir. 
Bircə Cahandar ağa çatmır ki, ali məktəb rəhbərlərini yerində oturtsun. 
Bəli, ara-sıra mətbuata sızan məlumatlardan bəlli olur ki, rektorların öz  “yaxın həmdəmi”, prorektorların “könül sirdaşı”, dekanların “məşuqələri”  kimi hallar  ali məktəblərimizdə adi hala çevrilib. 
Yenicə məktəb partasından durub ali məktəbə gələn gənclərimiz  bunlardan hansı tərbiyəni, nümunəni götürə bilər ? 

Təzə qəbul olan müəllimlər, işçilər kimnən örnək götürəcək? Yoxsa elə yeni qəbul olan işçilər öz yaxınlarıdır?
Rəhbər şəxslər öz ''sevgililərini'' katibə, köməkçi gətirirlər və bunu görən idarə heyəti şərlənib işdən çıxmamaq üçün susmaq məcburiyyətində qalırlar. 
Mərhum Ulu öndər həmişə dönə-dönə qeyd edirdi ki, biz öz milli dəyərlərimizi, adət-ənənələrimizi, mentalitetimizi  qorumalıyıq. 
Bəli, yuxarıda qeyd etdik ki, tədris müəssisələri həm də tərbiyə ocağıdır. Belə tərbiyə ocağı olar ? 
Bütün bunları  və digər neqativ halları nəzərə alaraq Təhsil Nazirliyinin nəzdində bir İctimai qurum yaradılmalı, bu cür hallara qarşı kəskin mübarizə aparmalıdır. 
Unutmayaq ki, bu keçid dövründə biz çox şeyləri itirdik. Onların bir çoxunu nə vaxtsa bərpə edə bilərik.
Ancaq elə mənəvi dəyərlər var ki, onları itirsək heç vaxt bərpa edə bilməyəcəyik.

''Gündəlik Bakı''nın Araşdırma Qrupu(gundelik-baku.com)

Oxşar xəbərlər

Nazirlik Bilik Günündə şagirdlərin məktəbə hansı qaydada gedəcəyi ilə bağlı AÇIQLAMA verdi
Ağsuda mıktəb direktoru haqda ŞOK İDDİA - Şəhid ailələri və Qarabağ qazilərinin adından pul yığılır
Məktəblərdə mütəmadi monitorinqlər aparılacaq
Məktəb direktoru yoxsa, fotomodel?
“Bilik günü” onlayn qaydada keçiriləcək
Azərbaycanda orta məktəb bağlandı
Təhsil Nazirliyi: Bütün məktəblərə hərarət ölçmək üçün cihazlar alınıb
Azərbaycanda yenidən distant təhsilə keçilir - Bu tarixdən
Azərbaycanda əyani dərslər bərpa olunur
Azərbaycanda tədris prosesi sentyabradək dayandırıldı - BAŞ NAZİRDƏN SƏRƏNCAM
Bu il birinci sinfə gedəcək şagirdlərin sayı açıqlandı
Azərbaycanda dərslərin nə vaxt başlayacağı açıqlandı - RƏSMİ
Məktəblər yenə bağlanır? - AÇIQLAMA
Martın 1-dən məktəblər koronavirusa görə bağlanır? - RƏSMİ CAVAB
Onlarla məktəb direktoru cəzalandırılıb - SƏBƏB
Şagirdlər onlayn dərslərə qatıla bilmir - Virtual Məktəb niyə işləmir?
4000-dən çox şagird sinifdə qaldı
Bakıda və rayonlarda şagirdlər həftədə neçə dəfə məktəbə gedəcək? - Nazir əmr imzaladı
149 saylı məktəbin direktoru Rəhilə Baxşəliyeva məktəbi bazara çevirib-TƏHSİL NAZİRİ EMİN ƏMRULLAYEV BU BARƏDƏ NƏ DÜŞÜNÜR?
Baş nazir təhsillə bağlı qərarı təsdiqlədi
Məktəbə gül və şar aparmaq olmaz - Valideynlərə xəbərdarlıq
Noyabrın 2-dən sonra yeni qaydalar tətbiq ediləcək
Məktəblərdə kütləvi tədbirlər QADAĞAN EDİLDİ
Baş Nazirdən yeni QƏRAR - Məktəblər bu tarixədək bağlı qalacaq
Nazir ad günü keçirən məktəb direktorunu niyə qovmadı? – Şeytan detallardadır
Sabahdan uşaq bağçaları açılır - bu rayon və şəhərlər istisna olmaqla
Yeni dərs ilində həftəlik dərs saatları belə olacaq - FOTO
Xətai  rayonunda təhsil rəzaləti-Liseyin direktoru Nəzakət Əsgərova nə təhsil nazirini nə də icra başçısını sayır
Nazirdən dərslərlə bağlı daha bir ƏMR
Kəlbəcərdə erməni direktor məktəb binasını belə yandırdı - Video