“Təhsil Nazirliyi bunu deməklə müəllimləri təhqir etdi“ - Etiraz
5-03-2021, 17:00
152

“Təhsil Nazirliyi bunu deməklə müəllimləri təhqir etdi“ - Etiraz

8 Mart Beynəlxalq Qadınlar günü ərəfəsindəyik. Çox adamda bayram ovqatı olsa da, bayramqabağı əksər xanım valideyinlərin qanları qaralmağa başlayıb. Çünki orta məktəblərdə bayramqabağı şagirdlərdən "ənənəvi" pul yığılması halları yenidən müzakirə olunur.
Bununla bağlı bəzi valideynlər sosial şəbəkələrdə yazaraq 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə övladlarının oxuduğu məktəbdən pul yığıdığını iddia edirlər.
Məsələ ilə bağlı Yenisabah.az-a danışan təhsil üzrə ekspert Elşən Qafarov bu halı ölkəmizdəki bütün tədris müəssisələrinə aid etməyin düzgün olmadığını deyib:
“Bu kampaniyanın qarşısı iki ildir ki, alınıb, amma buna baxmayaraq, bu il təəssüflər olsun  ki, rəsmi səviyyədə elan olundu ki, məktəblərdə 8 Marta görə pul yığılacaq. Birincisi, məktəbə və müəllimə bu cür yanaşma doğru deyil. İnsanlarda belə bir təsəvvür yaranır, sanki ölkədə tək pul yığılan yer məktəb və müəllimlərdir. Heç vaxt Gömrük İdarəsinin rəisi, yaxud Vergi Müfəttişliyi, yaxud polis idarəsi deməyib ki, ay mətbuat, ay camaat pul yığılacaq, bunun qarşısını alaq. Bunu yalnız məktəbə və müəllimə qarşı edirlər, bu da müəllimin nüfuzunu salmaq üçün aparılan qara PR-dır. Çox təəssüflər olsun ki, buna rəsmi səviyyədə dəstək var”.
E.Qafarov təəssüflə qeyd edib ki, bu cür məsələlərdə tez-tez müəllimlərin adının hallanması onları nüfuzdan salmağa hesablanmış addımdır:
“Əvəlla məktəb tərbiyə müəssisəsidir, bunu izah etməyə ehtiyac yoxdur. Bu gün hansısa valideynin ürəyindən keçib müəllimi təbrik edirsə, bu o demək deyil ki, məktəblərdə kütləvi şəkildə pul yığılır. Bunu Təhsil Nazirliyi səviyyəsində ictimaiyyətə demək, yaymaq, dəlinin yadına daş salmaqdır və müəllimləri təhqir etməkdir. Təsəvvür edin, elə bir psixoloji şərait yaradıblar ki, 5 oktyabr, 8 Mart ərəfəsində müəllimlər məktəbə getmək istəmirlər. Müəllimə üzdəniraq bir şey kimi baxırlar ki, bu müəllimdirsə, pul yığacaq. Müəllim pul yığmır, hansısa valideynin ürəyindən keçib ona bir gül dəstəsi verirsə, nəsə edirsə bu o demək deyil ki, məktəbdən bunu tələb ediblər. Mən özüm də övladımın müəllimini bu gün təbrik etdim. Bayramda həmçinin qızımı, həyat yoldaşımı, bacımı da təbrik edəcəyəm. Burda nə var axı?! Mənim ürəyimdən keçib, gedib gül dəstəsi alıb müəllimi təbrik etmişəm ki, övladım üzərində diqqətiniz, əziyyətiniz var. Bunu bu qədər ictimailəşdirmək Azərbaycan müəllimini, məktəbini gözdən salmağa hesablanmış bir şeydir. Azərbaycan müəllimi ilboyu oturub gözləmir ki, 8 Mart gələcək və mən ordan pul yığacam. Əgər hansısa məktəbdə müəllim pul yığırsa, buna birbaşa rəhbərlik cavabdehdir. Bunu müəllimin üzərinə yıxmaq doğru deyil”.

Oxşar xəbərlər

135 nömrəli məktəbdə 8 Mart “hazırlığı”: "Müəllim pul verməyən şagirdləri incidir, gözdən salır..."
Martda 14 gün iş olmayacaq
Məktəblərdə dərslər yenidən dayandırılır? - RƏSMİ CAVAB
DİQQƏT! Azərbaycanda bu qadağa 6 mart saat 00:00-dan etibarən qüvvəyə minir
“Belə davam etsə, tədris prosesi yenidən dayanacaq” - ekspert
Məktəblərdə mütəmadi monitorinqlər aparılacaq
Mehriban Əliyeva beynəlxalq tədbirdə çıxış etdi
“Repetitorluq məktəb mühitini dağıdır” - ETİRAZ
İbtidai sinif müəllimləri ayda 1 dəfə pulsuz koronavirus testindən keçiriləcək? - AÇIQLAMA
“Məktəbləri açmaqla insanları çaş-baş salıblar“ - “Uşaqlarımı dərsə buraxmıram“
"Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır”
Şagirdlər məktəbdə virusa yoluxub? - AÇIQLAMA
Sabah məktəblərdə dərslər dayandırılacaq? - RƏSMİ AÇIQLAMA
Məktəblər nə vaxt açılır? - Nazirlikdən açıqlama
Azərbaycanda kənd karantinə alınıb, məktəblərdə koronovirus yoxlamaları aparılır
Bədbin proqnoz: “Ənənəvi təhsil yenidən dayandırıla bilər“
Məktəblərdə tənəffüs vaxtı zəng çalınmayacaq
Əyani dərslərin əleyhinə olanlar övladlarını məktəbə göndərməyə bilər
Sentyabrın 15-də “Bilik günü” keçirilməyəcək - RƏSMİ
Bu gün əyani dərsə başlayan şagirdlərin sayı açıqlandı
Novruz bayramında 9 gün ardıcıl qeyri-iş günü olacaq
SON DƏQİQƏ: Dərslər 14 günlük dayandırılacaq və... - Yoluxma artdı
Yoluxma artsa, məktəblər bağlanacaq - AÇIQLAMA
Şagirdlərin yerdəyişməsi üzrə sorğuların qəbulu dayandırılır
Məktəblərdə ənənəvi təhsil qismən bərpa olunur
Bakıda 4 məktəb direktoru vəzifəsindən azad edilib
Sentyabrın 15-də dərslərin hansı formada keçiriləcəyi ilə bağlı TƏBİB-dən açıqlama
Tədris əyani, yoxsa onlayn olsun?
Azərbaycanda 2021-ci lin ilk iş günü başladı
Məktəblər sentyabrda açıla bilər - Bu qaydada - Video