Bakıda daha üç məktəb koronavirusa görə bağlandı - RƏSMİ
15-03-2021, 18:00
95

Bakıda daha üç məktəb koronavirusa görə bağlandı - RƏSMİ

Paytaxtdakı 166, 248 və 258 nömrəli tam orta məktəblərin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, 166 nömrəli tam orta məktəbdə çalışan 2, 258 nömrəli tam orta məktəbdə çalışan 3, 248 nömrəli tam orta məktəbdə çalışan 7 müəllimin COVIID-19 infeksiyasına yoluxmaları təsdiq olunub.
Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında məktəblərdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.
Qeyd edək ki, hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil edilir. Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır.
Məlum olduğu kimi, paytaxtdakı ümumi təhsil müəssisələrində normal tədris mühitinin bərpası və məktəb kollektivlərinin sağlamlığının daha etibarlı qorunması üçün 50 və daha yuxarı yaşda olan pedaqoji və texniki heyətin vaksinasiya prosesi davam edir. Sağlamlıqlarına həssas yanaşan bütün təhsil işçiləri zəruri olan vaksinasiya prosesində fəal iştirak edirlər.
Onu da qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 316 ümumi təhsil müəssisəsində 455 994 şagirdin təlim-tərbiyəsi ilə 28 354 müəllim məşğul olur.

Oxşar xəbərlər

Bakıda koronavirusa görə bağlanmış məktəb AÇILDI
Bakıda daha iki məktəb koronavirusa görə bağlandı
Məktəblərdə mütəmadi monitorinqlər aparılacaq
Martın 1-dən məktəblər koronavirusa görə bağlanır? - RƏSMİ CAVAB
Məktəblər yenə bağlanır? - AÇIQLAMA
Azərbaycanda orta məktəb bağlandı
Azərbaycanda yenidən distant təhsilə keçilir - Bu tarixdən
Bakıda və rayonlarda şagirdlər həftədə neçə dəfə məktəbə gedəcək? - Nazir əmr imzaladı
Azərbaycanda əyani dərslər bərpa olunur
Məktəblərdə kütləvi tədbirlər QADAĞAN EDİLDİ
Təhsil Nazirliyi özəl ümumi təhsil müəssisələrinə xəbərdarlıq edib
Gəncədə daha iki məktəb bağlandı
Bakıda daha bir məktəb koronavirusa görə BAĞLANDI
Bakıda daha bir məktəb koronavirusa görə bağlandı
Baş Nazirdən yeni QƏRAR - Məktəblər bu tarixədək bağlı qalacaq
Məktəblər bağlanacaq? - Rəsmi açıqlama
Gürcüstanda Azərbaycan məktəbi koronavirusa görə bağlandı
Baş nazir təhsillə bağlı qərarı təsdiqlədi
Ali məktəblərdə dərslərin keçirilməsi qaydası məlum oldu
Nazirlik Bilik Günündə şagirdlərin məktəbə hansı qaydada gedəcəyi ilə bağlı AÇIQLAMA verdi
Daha bir məktəb koronavirusa görə bağlandı
Yeni dərs ilində həftəlik dərs saatları belə olacaq - FOTO
Noyabrın 2-dən sonra yeni qaydalar tətbiq ediləcək
Bakıda çalışan müəllimlərin orta aylıq maaşı açıqlandı
Təhsil Nazirliyi: Bütün məktəblərə hərarət ölçmək üçün cihazlar alınıb
Yoluxma artsa, məktəblər bağlanacaq - AÇIQLAMA
Azərbaycanda tədris prosesi sentyabradək dayandırıldı - BAŞ NAZİRDƏN SƏRƏNCAM
Müəllimlərin koronavirus testindən keçirilib keçirilməyəcəyinə aydınlıq gətirilib
Yuxarı siniflər və universitetlərdə ənənəvi tədris qismən bərpa olunur
Bu il birinci sinfə gedəcək şagirdlərin sayı açıqlandı