Hər məktəb direktorunun arxasında   yekə  bir məmur dayanıb-Nazir Emin Əmrullayev idarəçiliyi itirib?
22-03-2021, 16:09
1 426

Hər məktəb direktorunun arxasında yekə bir məmur dayanıb-Nazir Emin Əmrullayev idarəçiliyi itirib?

Rəsmi  statistika deyir ki,  Azərbaycanda  ümumtəhsil məktəblərində müəllimlərin 73 faizi, orta ixtisas məktəblərində 74 faizi  qadındır. Məntiqlə xanım məktəb direktorlarının  faizi də təxminən belə olar.  
Axı,  20-25 il əvvəl məktəbdəki kişi müəllimlərin, məktəb direktorlarının sayı daha çox idi. 
Nə baş verdi ?
Görəsən təhsilimizin kişiləri hara getdi ? 
Bunun iqtisadi səbəbləri var, yoxsa düşünülmüş  siyasətdir ? 
Ekspertlər  məktəblərdə kişilərin sayının kəskin azalmasını, obrazlı desək təhsilin “qadınlaşmasını” ciddi problem hesab edirlər. Və deyirlər ki, yeniyetmə oğlanlar sanki “kişilik məktəbi” keçmir, “qadınsayaq”  gənc oğlanlar böyüyür və s. 
Nə isə, istənilən halda 73 faiz ürəkaçan məsələ deyil. 
Bu məsələyə  nə üçün toxunduq “
Əlbəttə, qadınlarımız bizim üçün böyük dəyərdir, deyirik, cənnət anaların ayağı altındadır, qızlarımız ismət rəmzidir və s. Amma millətin gələcəyi olan təhsili az qala tam “qadınlaşdırmaq”  yaxşı nəsə vəd etmir. 
Bir daha təkrar edirik ki, Hüseyn Cavid demişkən, “Sürüklənən bəşəriyyət qadınla  yüksələcək”. Və məşhur misal var: “Hər uğurlu kişinin arxasında güclü bir qadın var”. 
Görəsən məktəblərimizin çoxunda rəhbər olan qadın məktəb direktorlarının arxasında kim(lər) var ? 
Bəli, problem budur. 
Bəzilərinin xoşuna gəlməsə də deyəcəyik. 
Xeyli sayda qadın məktəb direktorlarının arxasında  məmurlar dayanır. Çünki məkəb direktoru olmaq əməlli-başlı biznesdir. 
Neçə illərdir, fond pulu, süpürgə pulu, təmir pulu, müəllimlərin maaşından hər ay 15-20 manat tutmaq, məktəbdə şagird hazırlaşdıran müəllimlərlə 50-50-yə  razılaşmaq, məktəbə ayrılan pulları mənmsəmək, məktəbin bufetində satılan ərzaq, yeməklər, hazırlığa gedən uşaqların aylıq pulu və s, və i. 
Bu çox gəlirli  biznes sahəsidir.  Və kişi məmurlar qadınları məktəbə direktor təyin etdirməklə  böyük biznesə şərik olurlar. 
Yəni məktəbin qadın direktoru artıq böyük kollektivi, yüzlərlə, minlərlə şagirdi olan sahənin “xozeyini” olur. Və özünü əsl “xozeyin” kimi aparır. Yəni, təhsil, tərbiyə  keçir arxa plana. Axı, direktorun özünün də məmur “xozeyni” var. Problem budur. 
Yəni loru dildə desək  hər xozeyin məktəb direktorunun dalında iri, yekə  bir məmur dayanıb. 
İndi hamı soruşur ki, təhsil naziri Emin Əmrullayev niyə məktəb direktorunu işdən çıxarda bilmədi ? Gücü ancaq direktor müavininə çatdı və s. 
Yəqin bəlli oldu ki, söhbət  2 gün öncə  Bakıda Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində direktor müavininin şagirdi döyməsindən gedir. 
Təhsil Nazirliyi  bildirilib ki, qeyd olunan məsələ araşdırılıb, nazirin müvafiq əmri ilə 5 nömrəli Respublika xüsusi internat məktəbinin direktor müavini işdən azad olunub, direktoruna isə töhmət verilib. Sadəcə, töhmət. 
Bütün sosial şəbəkə  soruşur ki, niyə direktora yüngül, lap yüngül cəza verilib ? 
Axı, yuxarıda qeyd etdiyimiz kimi təhsil sistemi  rüşvətin və korrupsiyanın içərisnidə boğulur. 
Prezidentin keçmiş köməkçisi Əli Həsənovun ən yaxın adamı olan  Emin Əmrullayev islahat-filan etmək barədə düşünmür. O da köhnə sistemin başında köhnə qaydalarla işləyir, yoxsa tenderləri öz yaxınlarına niyə verirdi ?
Məktəblərə işə qəbulun qiymətləri günbəgün artır. Bunlar olmasaydı Emin Əmrullayev Qubanın Nügədi kəndində möhtəşəm villanı hansı pulla tikdirirdi. Hələ başqa mülklərini, əmlakını demirik. 
Yəni Emin Əmrullayevin də arxasında Əli Həsənov kimi öz “xozeyin” ləri dayanır. Və gənc təhsil nazirimizdən islahat-filan gözləmək boş xülyadır.
Növbəti yazımızda
 Təhsil naziri  Emin Əmrullayevin Qubadakı möhtəşəm villası barədə geniş bəhs edəcəyik.

Oxşar xəbərlər

Məktəb direktoru yoxsa, fotomodel?
Məcburi köçkün məktəblərində ciddi  problemlər var- Regional Təhsil İdarələri hara baxır ?
Azərbaycanda bağlanan iş yerlərinin sayı - 20 min...
Demoqrafik göstəricidə kəskin fərq - oğlanlar qızları üstələdi
Onlarla məktəb direktoru cəzalandırılıb - SƏBƏB
Orta məktəblərdə ƏYANİ dərslərin sayı ARTIRILIR - Nazirlikdən AÇIQLAMA
Direktor koronavirusa yoluxdu - Məktəb bağlandı
Cəlilabad rayonunda məktəb direktorları vakansiyasını niyə gizlədir?
Azərbaycanda orta aylıq əməkhaqqı neçə manatdır?
Təhsil şöbəsi müdirinin şok səs yazısı. Özü özünü işfa etdi! ( video səs )
"Telegram"ın aktiv istifadəçi sayı 500 milyonu keçdi
Azərbaycan əhalisinin sayı açıqlandı
Cəzalandırılan məktəb direktorlarının sayı açıqlandı
Azərbaycanda sərnişin və yük daşınması kəskin azalıb - RƏSMİ
Azərbaycanda koronavirusa yoluxan və ölənlərin bölgələr üzrə SON STATİSTİKASI - CƏDVƏL
Paytaxtda ən yüksək yoluxma göstəricisi bu rayondadır
Gəncə təhsilində nələr baş verir? - İTTİHAM
Bu il ümumi daxili məhsul istehsalı azalıb
Təhsil naziri qalmaqallı məktəb direktorundan danışdı - "O, necə diektor oldu?"
Azərbaycanlılar vəsaitinin 50 faizə qədərini ərzağa xərcləyib - RƏSMİ
"Bu halda təhsil ənənəvi 5 gün formatına qaytarılacaq" - Emin Əmrullayev
Bu il Azərbaycanda ÜDM 50 milyard manatı ötüb
Kəlbəcərdə erməni direktor məktəb binasını belə yandırdı - Video
Bu il birinci sinfə gedəcək şagirdlərin sayı açıqlandı
"Yaxın 6 ayda müəllimlərin sertifikasiyası olmayacaq" - Təhsil naziri
Məktəblərin nə vaxt açılacağına sabah qərar veriləcək
Azərbaycanda sürücülərin yol verdiyi əsas xətalar
Ağdaş Təhsil Şöbəsində dövlət büdcəsi talanır - İTTİHAM
“Repetitorluq məktəb mühitini dağıdır” - ETİRAZ
Nazir bağçalarla bağlı məsələyə aydınlıq gətirdi