Aqrar Universitetinin rektoru  DSK sədri olanda katibəsi nə üçün intihar etdi ?  - Məmur-müəllimlərin  maaşını kim alır, cənab rektor İbrahim Cəfərov ?
5-04-2021, 18:06
345

Aqrar Universitetinin rektoru DSK sədri olanda katibəsi nə üçün intihar etdi ? - Məmur-müəllimlərin maaşını kim alır, cənab rektor İbrahim Cəfərov ?

Gəncə Dövlət Aqrar Universiteti (  DAU )  və rektor İbrahim Cəfərov barəsində media üzərindən apardığımız  xırda bir araşdırma ortaya xeyli suallar çıxardı. 
Suallara keçməzdən öncə onu qeyd edək ki, rektor və ətrafı yazılan tənqidi yazılara görə, ancaq mətbuatı ittiham edir. Yəni özlərini az qala süddən çıxan qaşıq hesab edirlər. 
Əlbəttə, biz demirik ki, mətbuatın yazdıqlarının hamısı 100 faiz düzdür. Amma ...
İndi görün, universitetin prorektoru Nizami Seyidəliyev   yazılan tənqidlərə necə münasibət bildirib: “ Şəhərimizin icra başçısı Elmar müəllim İbrahim müəllimə qəti tapşırıb ki, qəzet və saytlarda dərc olunan məqalələrə əhəmiyyət verməsin. O bizim arxamızda dağ kimi dayanıb. İbrahim müəllim də kim nə yazır yazsın prinsipi ilə Elmar müəllimə arxayındır və bilirik ki, cənab başçı bizə təzyiq edənlərə lazımi cavabı verəcək”.
Deməli, prorektor deyir ki, ozamankı icra başçısı Elmar Vəliyev rektor İbrahim Cəfərova tapşırıb ki, mətbuatda yazılan tənqidə-zada fikir vermə. 
Gör ölkənin təhsil ocağı hansı prinsiplə işləyir. İcra başçısı kimdir ki, rektora tapşırıq, özü də belə rüsvayçı tapşırıq versin ? 
Əlbəttə, bizə də məlumdur ki, bu gün də rektor İbrahim Cəfərov sabiq  kənd təsərrüfatı naziri  İsmət Abasovun, şəhərin keçmiş başçısı Elmar Vəliyevin tapşırıqları ilə oturub-durur. 
Prezident özü dəfələrlə medianı öz köməkçisi, dostu elan edibsə, sən kimsən axı, cənab İbrahim Cəfərov, medianın yazdıqlarını nəzərə almayasan. 
Media nə yazır ki ? 
Yazır ki, universitetdə həmişə dərsə gəlməyən tələbələr  “aylıq” ödəyib. Media yazır ki, rektor ixtisar adı altında təcrübəli müəllimləri işdən çıxardıb kimlərisə işə götürür və elə-belə götürmür. 
Mətbuat neçə vaxtdır qeyd edir ki, tələbələr imtahanlarda pul verməkdən beziblər...
Hazırda DAU-da adları müəllim gedib özləri nə auditoriya, nə də tələbə tanımayan iri məmurlara hansı saxta yollarla və necə maaş yazılmasını, onlara yazılan pulları da kimlərin almasını  media yazır. Bunlar düz deyilmi, cənab rektor ? 
Meşələrin qənimi, meşə gözətçilərinin maaşlarını illərdir həzm edən, Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru İqbal Əliyev neçə ildir  Aqrar Universitetin müəllimidir. 
Cənab rektor! İqbal Əliyevi bircə dəfə universitetdə görən olubmu ? 
Onu tələbələr tanıyırmı..? 
Belə “ölücan”  məmur-müəllimlər, laborantlar kifayət qədərdir universitetdə. 
Onların  maaşını kim alır, cənab rektor ?
Bəlkə ölü canların maaşlarını bəyənmədiyiniz  baş redaktorlar alıb ciblərinə qoyur ? 
Cənab rektor !
Siz  Gəncədə dairə Seçki Komissiyasının sədri olanda işçiniz  33 yaşlı Elnurə Orucova intihar edib. Bu barədə mediadan yazıları kim sildirib ? 
Niyə ? Bunun əvəzində açıqlama verə bilməzdiniz ? 
Xanımın intihar məktubunu niyə gizlədilər ? 
Suallar çoxdur e, cənab rektor. Bununla biz deyil, yəqin ki, yaxın zamanlarda hüquq-mühafizə orqanları məşğul olacaq. 
Və sonda sizə bir məsələhət. 
Elmarlara, ismətlərə, güvənmə. Onların aqibəti bəllidir. Nəticə çıxart. 
Bir də bir xatırlatma-yada salma: 
Yadındadırmı, İbrahim Cəfərov ! Sizin əməllərinizdən yazdığımız üçün KİVDF-nin ozamankı rəhbəri Vüqar Səfərli başda olmaqla onun dəstəsini Gəncəyə dəvət edib restoranlarda qonaqlıqlar, sonra pay-püşlər payladın. İndi dostun Vüqar Səfərli  səbrsizliklə sənin yolunu gözləyir, cənab rektor.

Oxşar xəbərlər

Rektordan Nazirlər Kabinetinin qərarına hörmətsizlik - İLGİNC FAKT
Ramiz Mehdiyev  rektorun sədaqətini ödülləndirdi-İLGİNC
Kasıb rektorun milyonluq villaları, bahalı maşınları,dəbdəbəli həyatı haqda..
Rektor  Mustafa  Babanlının  imtahan biznesi ... - ADNSU-nun müəllim və tələbələri rektordan niyə narazıdır ?
Gəncənin qocalmış rektorları yola salınır - Meydan gəncliyindir
Oğlunu qəzada itirən İbrahim Borçalının son halı - Foto
Tağı  amanatı,  Gülçöhrə xanım-Azərbaycan Memarliq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovanın “PLANI”
Azərbaycan Dillər Universitetində kütləvi ixtisarlar... - NƏ MƏQSƏD GÜDÜR?
"Rektor birbaşa Mikayıl Cabbarova zəng edib?" - Yusif Yusibovla bağlı ŞOK İDDİA
Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibova dur deyən tapılacaqmı?
Azərbaycanda universitetin mətbuat katibi işdən çıxdı
Rektor 1 milyona ev, 440 min manata cip aldı
Tələbələrdən ADNSU rektoruna qarşı ETİRAZ... - "Təhsil sistemimizi öz SSRİ təfəkkürünüz ilə daha da məhv etməyin"
İki gün əvvəl ordudan tərxis olunan əsgər öldü
Gələn həftə Azərbaycanda vaksinasiyaya başlanacaq
Kəlbəcərin gənc icra başçısı  Azər Qocayev nə işlə məşğuldur?
Təhsil nazirinin müavini Firudin Qurbanovun xaricdəki  biznesi- Nazir Emin Əmrullayevin nəzərinə.......
Gundelik-baku-com dövlətlə vətəndaş arasında uçurumun olmasını istəmir-Qorxmaz Hüseynova  səmimi müraciət
Kəlbəcər təhsili can üstədir... - İTTİHAM
İbrahim Borçalıdan 20 yaşlı mərhum oğluyla bağlı təsirli paylaşım - Video
GDU-nun yeni tələbələri də narazıdır... - Rektor ilk başdan vəd versə də...
Təhsil nazirinin  “futbolist”  müavini Firudin Qurbanov- Nazir müavininin biznes şəbəkələri.....
Şəmkirdə əlilə qarşı yüz min manatlıq dələduzluq
Nərimanov rayon icra hakimiyyətinin şöbə müdiri dünyasını dəyişdi – Məsələ araşdırılır
Səriştəsiz GDU rektoru və onun ŞÜBHƏLİ ƏTRAFI - İTTİHAM
Qərənfil Əhmədova məsüliyyətdən yayına biləcəkmi?
Döşündəki “Vətənə xidmət ordeni”ndən utan, Siraqəddin Cabbarov -Şəhid anasından utanmırsansa, o ordeni sənə verəndən utan, cənab başçı
Ulu öndər Heydər Əliyevin xatirəsi anılıb - Video
Siz cavanlarla həbsxanada olan qoca icra başçılarının nə fərqi var, Seymur Orucov ? - Dəyəri 350 min olan avtomobili hansı pulla almısan?
Dünyanın ən təhlükəli terrorçusu öldürüldü - Tramp təsdiqlədi