Bəs, sənin  ŞAM-ını kim tutub, xanım Qaralova ?- Bakı Humanitar Kollecində ÖZBAŞINALIQLAR...
8-04-2021, 17:04
767

Bəs, sənin ŞAM-ını kim tutub, xanım Qaralova ?- Bakı Humanitar Kollecində ÖZBAŞINALIQLAR...

İstəsəm imtahanı bu dəqiqə saxlayaram...- Sənə bu səlahiyyəti kim verib, Qaralova ? 


Son  30 ildə ən çox mənəvi  deqradasiyaya məruz qalan  sahələrdən biri də təhsil, məktəb sahəsidir. 
Təsəvvür edirsiniz, müəllim öz az yaşlı şagirdinə təcavüz edib..   
Konkret  olaraq  Sabirabadda 8 saylı məktəbin direktoru şagirdə qarşı seksual   hərəkətlər edib. 
Hansısa məktəbdə, daha doğrusu, Masallıda  şagird müəllimindən  hamilə qalıb. 
Bu faktları kifayət qədər  artırmaq olar. Amma nə fayda. Müdriklər deyib ki, dənizin dadını bilmək üçün 1 damcı kifayətdir. Məktəblərimiz də eləcə...
Bütün bunların başında bilirsiniz  nə dayanır ?
Rüşvət və korrupsiya  məktəblərə yol tapdı. 
Necə ki, narkomanı müalicə etmək olmur, rüşvətxorluq da elədir. 
Məktəb, kollec direktorları bəzi məmurların əlaltısına çevriləndə belə də olmalı idi. 
Əgər müəllim şagirdlərdən pul ala bilirsə, məktəb direktoru tabeçiliyində olan müəllimlərdən hər ay maaş vaxtı 15-20 manat tutmaq üçün  yüz rola girirsə, məktəbdə tərbiyədən danışmaq artıq mənasızdır. 
Bilirsiniz, rüşvətxorluq da əxlaqsızlıq kimidir. Çətini bircə dəfədir. Sonra problem olmur. Yəni rüşvət almaq və vermək çox ciddi psixoloji problemdir. 
Bu iyrənc  məsələ məktəblərə yol tapdısa, cəmiyyət üçün ciddi problem yaranır. Şagird, yaxud tələbə müəlliminə rüşvət uzada bildisə cəmiyyət üçün dəhşətli problemlər yaşanır. 
Sözün qısası, uzun müddətdir, nəinki kolleclərdə, ali məktəblərdə, hətta orta məktəblərdə  və uşaq bağçalarında rüşvət çiçəklənir. 
Deməli, əxlaqsızlıq  uşaq baxçalarına  qədər gedib çıxıb. Anladınızmı..? 
Bəs indi nə baş verir ?
Pandemiya ilə bağlı  bu böyük rüşvət və korrupsiya şəbəkəsi SIXINTI keçirir. 
Ona görə də bir çox kollec direktorları SIXINTI yox ee, SARSINTI  keçirir, AQRESSİV-ləşir, çünki bazar daralıb, PUL yığmaq problemə çevrilir. 
Belə SARSINTI keçirən kollec direktorlarından biri də Bakı Humanitar Kollecin direktoru Nərmin Qaralovadır. 
Belə ki, direktor Nərmin Qaralova onlayn imtahan zamanı sinif nümayəndəsinin növbədənkənar imtahana qatılmasına özünəməxsus şəkildə etiraz edib. O, olduqca aqressiv formada sinif nümayəndəsinin imtahandan çıxmasını tələb edərək “bizə şamtutan lazım deyil” deyə bir ifadə işlədib. Sonra əlavə edib ki, istəsəm imtahanı bu dəqiqə saxlayaram. 
Sən kimsən, axı, Nərmin Qaralova, imtahanı saxlayasan ? 
İmtahanlar Təhsil nazirliyinin təsdiq etdiyi qayda üzrə aparılır. Sənin nə ixtiyarın var ki, imtahanı ləğv edəsən ?
Sənə bu səlahiyyəti kim verib ? 
Bəlkə, qohumun Qaralov ? 
İkincisi, sənin belə bir ifadə işlətməyin nəinki müəllim adına  yaraşmır, hətta  ''yolçular'' belə ifadə işlətməz. Tələbələr səndən hansı tərbiyəni götürsün ? 
Deyirsən, guya qədim Yunanıstanda elektrik olmayanda şagirdlərdən biri  dərs vaxtı ŞAM tuturmuş. Guya onu nəzərdə tutmusan. 
Yaxşı, bəs sənin ŞAM-ını kim tutub Nərmin Qaralova ? 
Ümumiyyətlə, onu qeyd etməliyik ki, orta ixtisas təhsili müəssisələrində, kolleclərdə, liseylərdə  vəziyyət bərbaddır.
Yeri gəlmişkən, növbəti yazımız  peşə məktəbləri, yəni peşə liseyləri ilə bağlı olacaq. 
Bizi izləyin.

Oxşar xəbərlər

45  və  212 saylı  məktəblərdə nələr  baş verir ?
Daha bir məktəb koronavirusa görə bağlandı
Azərbaycanda 84 yaşlı məktəb direktoru koronavirusdan ölüb
Azərbaycanda orta məktəb bağlandı
Bakı Humanitar Kollecinin Direktoru Nərmin Qaralova Tələbəni Təhqir Etdi-Bizə Şam Tutan Lazım Deyil!- VİDEO
Şagirdlər onlayn dərslərə qatıla bilmir - Virtual Məktəb niyə işləmir?
Bakıda daha bir məktəb koronavirusa görə bağlandı
Sabirabadda təhsil sistemi bərbad gündədir... - NARAZILIQ...
Gəncədə məktəb direktoru koronavirusdan vəfat etdi
Onlarla məktəb direktoru cəzalandırılıb - SƏBƏB
Təlim-TƏRBİYƏ OCAĞI, yoxsa Molla Sadığın diskotekası?- Təhsil ocaqlarında nələr baş verir ?
Bu cür məmurları azad edilmiş Kəlbəcərimizə yaxın buraxmaq olmaz... - İTTİHAM
Direktor koronavirusa yoluxdu - Məktəb bağlandı
Məktəb direktorundan qanunsuzluq: məktəbin təmirini müəllimlərə etdirir — Səs yazısı
Daha bir məktəb direktorundan NARAZILIQ
Sabirabaddan nazirə müraciət olundu:1 saylı tam orta məktəbdə böyük RƏZALƏT VAR- GİLEY
Humanitar Kollecin Direktoru "COVİD-19" xəstələrini məcburi işə çıxarır-Video
Təhsilə ayrılmış dövlət vəsaiti hara yoxa çıxır
"Şagirdləriylə qumar oynayır, araq aldırır, ..." - Valideynlərdən direktora qarşı AĞIR İTTİHAMLAR
149 saylı məktəbin direktoru Rəhilə Baxşəliyeva məktəbi bazara çevirib-TƏHSİL NAZİRİ EMİN ƏMRULLAYEV BU BARƏDƏ NƏ DÜŞÜNÜR?
Məktəb direktoru yoxsa, fotomodel?
Qazaxda 6 məktəb koronavirusa görə bağlandı - direktor öldü
Təhsil şöbəsi müdirinin şok səs yazısı. Özü özünü işfa etdi! ( video səs )
Kollec direktoru tələbəni ədəbsiz sözlərlə təhqir etdi - VİDEO
Gəncə təhsilində nələr baş verir? - İDDİA
Gəncədə əməkdar müəllimlərə qarşı hörmətsizlik
Məcburi köçkün məktəblərində ciddi  problemlər var- Regional Təhsil İdarələri hara baxır ?
“Məktəb direktorunun oğlu və gəlini Bakıda yaşasalar da, bu məktəbdən maaş alırlar” – Masallı məktəbində özbaşınalıq
Gəncə təhsilində nələr baş verir? - GİLEY
Qaxda övladlarımıza təhsili KİMLƏR VERİR? - Biabırçılıq