Məleykə Abbaszadə mərkəzi imtahan sistemindən DANIŞDI
17-04-2021, 17:54
40

Məleykə Abbaszadə mərkəzi imtahan sistemindən DANIŞDI

"Almaniyanın Münxen Universitetinin professoru Ludger Woessmann tərəfindən həyata keçirilən ATƏT üzvü olan ölkələri və Almaniyanın əyalətlərini əhatə edən araşdırmanın nəticələri göstərir ki, mərkəzləşmiş imtahan sistemi olan ölkələrdə məktəblilərin fənlər üzrə bilikləri qeyri-mərkəzi sistemli ölkələrə nisbətən daha yüksəkdir. Müəllifin fikrincə, bu fərq orta hesabla bir illik tədris fərqinə bərabərdir".
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "mərkəzi imtahan sistemi nəyə görə zəruridir" sualını cavablandırarkən deyib.
O bildirib ki, eyni araşdırmaya əsasən mərkəzləşmiş sistemlərdə imtahan vermiş gənclər gələcəkdə əmək bazarında da daha çox uğur əldə edirlər:
"Digər tərəfdən Rusiya Ali İqtisadiyyat Məktəbi (AİM) tərəfindən keçmiş sovet respublikalarının imtahan sistemlərinin təhlilinə həsr olunmuş 2020-ci ildə nəşr olunmuş tədqiqatda mərkəzləşdirilmiş imtahan sisteminin ali məktəblərə qəbul prosesində korrupsiyanın qarşısını almaq və aşağı sosial-iqtisadi statusa malik ailələrdən olan abituriyentlərin ali təhsilə əlçatanlığını təmin etmək üçün səmərəli vasitə olduğu qeyd olunur. Bəzi tədqiqatçılar mərkəzi qiymətləndirmə sisteminin əsas çatışmazlığı kimi müəllimlərin təşəbbüs və yaradıcılıq qabiliyyətini zəiflətməsini və onların tədris prosesini imtahanlarda nəticə alınacaq şəkildə qurduğunu irəli sürürlər. Lakin, bu da bir həqiqətdir ki, müəllimlərin fərdi qiymətləndirmələri öz subyektiv yanaşması və konkret sinfin səviyyəsi əsasında formalaşır ki, (psixologiyada bu fenomen “balaca göldə böyük balıq effekti” adlanır), bu da bir çox halda milli standartlardan uzaq olur və ölkə üzrə real müqayisə aparılmasına əngəl törədir".
M.Abbaszadə vurğlayıb ki, ümumiyyətlə imtahanların təhsil prosesinə təsiri məsələsi bütün dünyada elmi ictimaiyyət tərəfindən qızğın müzakirələrə səbəb olur və bu barədə hələ ki, vahid fikir formalaşmayıb:
"Bəzi alimlər yüksək əhəmiyyətli imtahanların istər-istəməz müəllimlərin və tələbələrin tədris yanaşmasına təsir etdiyini və onların daxili öyrənmə motivasiyasını zəiflədərək xarici motivasiyasını, yəni imtahandan yüksək nəticə almaq xatirinə öyrəndiyini irəli sürür. Digərləri isə ümumiyyətlə mərkəzləşmiş imtahanların üzərinə belə bir missiya qoymağın düzgün olmadığını qeyd edir. Belə ki, bu imtahanların məqsədi sadəcə seçmə həyata keçirməkdir. Onların fikrincə bu halda bütün günahı imtahanların üzərinə atmaqdansa, diqqəti müəllim və valideynlərin mentaliteti üzərində işləməyə yönəltmək lazımdır".
"Təbii ki, tələbələrin imtahanların formatı ilə tanış olması onların imtahan zamanı özlərini rahat hiss etmələri baxımından faydalıdır. Lakin bu heç də o demək deyil ki, dərslər yalnız imtahan testləri üzərində qurulmalıdır. Bütün proses iştirakçıları bilməlidirlər ki, imtahanda tədris prosesində əldə olunmuş bilik və bacarıqlar müəyyən bir forma (test) çərçivəsində qiymətləndirilir və əsas olan bu forma yox, əldə olunan bacarıqlardır. O, da qeyd olunmaldır ki, uşaqlara mövzuların bütün aspektlərinin öyrədilməsi, onlarda mürəkkəb idraki qabiliyyətlərin və davamlı öyrənmə vərdişlərinin formalaşdırılması yüksək dərəcədə zehni əmək və peşəkarlıq tələb edən prosesdir. Peşəkarlıq səviyyəsi və motivasiyası aşağı olan bəzi müəllimlərin bu uzun və zəhmətli prosesi keçmək əvəzinə qısa yoldan gedərək tədris prosesini test sualları üzərində qurmağa üstünlük verməsi ehtimalını da nəzərə almaq lazımdır", - o bildirib.

Oxşar xəbərlər

DİM sədri: “Yanlış məlumatlar yayanlara inanmayın”
DİM Ombudsmanın məktubuna cavab verib
Məleykə Abbaszadə: "Düzgün seçim eləsələr, hamısı qəbul olunacaq"
Bu gün 20 mindən çox şagird buraxılış imtahanı verir
DİM-dən xaricə oxumağa getmək istəyən məzunlarla bağlı açıqlama
DİM sədri: “23-24 iyulda keçirilməsi nəzərdə tutulan imtahanlarda 60 min şəxs iştirak edəcək”
Azərbaycanda bu şagirdlər onlayn imtahan verəcəklər - AÇIQLAMA
Qəbul və buraxılış imtahanlarının keçirilmə tarixləri açıqlandı
Xarici dil imtahanlarında yenilik olacaq - AÇIQLAMA
DİM sədri elektron ərizə qəbuluna münasibət bildirdi
Azərbaycanda buraxılış imtahanlarının keçirilməsinə başlanılır
Bu şəxslər sentyabrda imtahan verəcək - RƏSMİ + VİDEO
DİM: Bu il imtahan günlərinin sayı artacaq
Qəbul imtahanları başlayıb
Vasif Talıbov yeni qurum yaratdı
Qəbul imtahanlarının ilkin tarixi açıqlandı
V qrupda qabiliyyət imtahanları ləğv olundu - ballar artırıldı
Bugünkü imtahanlara neçə nəfər buraxılmadı? - DİM-dən AÇIQLAMA
DİM imtahan keçirəcək
DİM 600-dən çox bal toplayanların sayını açıqladı
Məleykə Abbaszadə abituriyent və valideynlərə müraciət edib
Məleykə Abbaszadədən valideynlərə ÇAĞIRIŞ
Qəbulda qohumbazlıq, korrupsiya tüğyan edirdi - Məleykə Abbaszadə
Bu gün imtahan var
Vasif Talıbovdan yeni təyinat
Ali məktəblərdə imtahanlar bu qaydada keçiriləcək
I ixtisas qrupu üzrə 600-dən yuxarı bal toplayanların sayı açıqlandı - RƏSMİ
Ali məktəblərə qəbul zamanı vahid qiymətləndirmə sistemi yaradılacaq
DİM abituriyentlərə müraciət edib
Tədris ilinin sonunadək dərslərin keçirilməsi nəzərdə tutulmur - RƏSMİ