Azərbaycanda dərslərin nə vaxt başlayacağı açıqlandı - RƏSMİ
5-06-2020, 11:50
192

Azərbaycanda dərslərin nə vaxt başlayacağı açıqlandı - RƏSMİ

Azərbaycan ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin fəaliyyətə başlayacağı tarix dəqiqləşib.
Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov  bildirib ki, dərslərin bu ilin sentyabr ayında başlaması nəzərdə tutulub: "Nazirlər Kabineti bundan əvvəl qərar vermişdi ki, tədris və təlim-tərbiyə prosesi mayın 31-dək dayandırılsın. Buna qədər bir neçə müddətdə oxşar qərarlar qəbul olunmuşdu. İlk qərar martın 3-dən 9-dək verilmişdi, daha sonra mərhələli şəkildə Operativ Qərargah bu müddəti uzatmışdı.
Sonuncu verilən qərar isə bununla bağlıdır ki, mayın 31-dən iyunun 14-nə qədər, yəni tədris ilinin sonuna qədərki müddətlə bağlı bir qərara ehtiyac var idi. Operativ Qərargah belə qərar verdi ki, proses tədris ilinin sonuna qədər dayandırılacaq. Bu, sadəcə, prosedur bir qərardır, yəni müddəti tamamlamaq üçün olan qərardır. Tədris ilinin sonu təqvim ilinin sonu demək deyil.
Dərslərin bu ilin sentyabr ayında başlaması nəzərdə tutulub. İndidən dəqiq günü demək mümkün olmasa da, sentyabr ayında başlayacaq. Yeni tədris ili ilə bağlı tətbiq olunacaq qaydalarla bağlı isə tədris müddəti başlayanda məlumat veriləcək".
Qeyd edək ki, Baş nazir Əli Əsədov ötən gün Azərbaycan ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədə sərəncam imzalayıb. Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş xüsusi karantin rejiminin qaydalarına riayət olunmaqla, təhsilalanların qiymətləndirilməsi (attestasiyası), uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu ilə bağlı imtahan və müsahibələr, müxtəlif arayış və sənədlərin verilməsi ilə bağlı vətəndaş müraciətlərinin qəbulu, tədris və təlim-tərbiyə prosesi ilə birbaşa əlaqəsi olmayan digər tədbirlər istisna olmaqla, 2019-2020-ci tədris ilinin sonunadək Azərbaycan ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılsın və bununla bağlı bütün tədbirlər təxirə salınıb.
Təhsil Nazirliyi, tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları və dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər bu Sərəncamın 1-ci hissəsinin icrası ilə bağlı zəruri tədbirlərin görülməsini təmin etmələri tapşırılıb.

Oxşar xəbərlər

Tədris ilinin sonunadək dərslərin keçirilməsi nəzərdə tutulmur - RƏSMİ
Azərbaycanda tədris prosesi sentyabradək dayandırıldı - BAŞ NAZİRDƏN SƏRƏNCAM
Sentyabrın 15-də dərslərin hansı formada keçiriləcəyi ilə bağlı TƏBİB-dən açıqlama
Dərs ili sentyabrda başlamayacaq?
Nazir yeni tədris ilinin başlanma tarixini açıqlayacaq
Lukaşenko məktəblərdə tədris prosesinin bərpa olunmasını təklif edib
Bakının bəzi məktəblərində dərslər BAŞLAYIR
“Məktəblər və universitetlər açılmayacaq” - İlham Əliyev
Türkiyədə məktəblər mayın 31-dək bağlı qalacaq
“2” alan şagirdlər yuxarı sinfə keçirilməyəcək
Gələn ay 6 gün İŞ OLMAYACAQ
Azərbaycanda dərs ili vaxtından əvvəl başlaya bilər - RƏSMİ
Azərbaycanda dərs ili vaxtından əvvəl başlaya bilər - RƏSMİ
Nazirlər Kabineti dərslərin başlaması barədə qərar verdi
Azərbaycanda dərslər noyabrda başlayır? - RƏSMİ CAVAB
Bu tarixədək dərsdən kənar bütün kütləvi tədbirlər ləğv EDİLDİ
Yuxarı sinif şagirdləri üçün dərs başlayır?
Yeni tədris ilində 47 məktəb binası istifadəyə veriləcək
“Ənənəvi təhsilin bərpası COVİD 19-a yoluxma sayını 4,06 dəfə artıra bilər” - Ədalət Muradov
“Universitetlərin açılması yoluxma sayını 4 dəfə artıra bilər” - Rektor
"Yeni tədris ilinə hazırlıq məsələsi müzakirə olunur" - Nazirlik
Nazirdən ali təhsil semestrləri ilə bağlı AÇIQLAMA: “Məcburi deyildi...”
Bakıda və rayonlarda şagirdlər həftədə neçə dəfə məktəbə gedəcək? - Nazir əmr imzaladı
Bakıda 4 məktəb direktoru vəzifəsindən azad edilib
"Yayın istisində şagird və tələbələri siniflərə, auditoriyalara yığmaq düzgün deyil"
Məktəblər sentyabrda açıla bilər - Bu qaydada - Video
Bu tarixdən dərslər bərpa edilir - Nazir AÇIQLADI
Məktəblər nə zaman açılacaq? - RƏSMİ AÇIQLAMA
Tədris əyani, yoxsa onlayn olsun?
Məktəbdaxili qiymətləndirmə üçün müvəqqəti qaydalar