Sosial həssas qrupdan olan tələbələrin qeydiyyatı sabah yekunlaşacaq - Diqqət!
9-06-2020, 16:30
310

Sosial həssas qrupdan olan tələbələrin qeydiyyatı sabah yekunlaşacaq - Diqqət!

Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı https://e-telebe.edu.az elektron portalı vasitəsilə müraciətlərinin qəbulu davam edir. Proses iyunun 10-da yekunlaşacaq.

Bu barədə APA-ya Təhsil Nazirliyindən bildirilib.

İyunun 8-dən etibarən tələbələrin şəxsi elektron kabinetlərinə müraciətlərin nəticələri barədə ilkin məlumat yerləşdirilir və bu barədə namizədlərə SMS bildirişləri göndərilir. Eyni zamanda Təhsil Nazirliyinin bütün ali və orta ixtisas təhsili müəssisələrinə verdiyi tapşırığa əsasən, e-telebe.edu.az portalında müraciətləri təsdiqlənmiş və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi barədə yekun qərar qəbul olunanadək onların yaz imtahan sessiyasına buraxılması tam təmin edilir.

Bu günədək elektron portalda bakalavriat səviyyəsində təhsil alan 18 252 nəfər, magistratura səviyyəsində təhsil alan 1061 nəfər, ümumi orta təhsil bazasından orta ixtisas təhsili alan 2547 nəfər, tam orta təhsil bazasından orta ixtisas təhsili alan 1939 nəfər və peşə təhsili pilləsində təhsil alan 424 nəfər öz ərizələrini təsdiq edib.

Eyni zamanda portala inteqrasiya olunmuş dövlət informasiya sistemlərinin məlumatına əsasən, qeyd edilən kateqoriyalara aid olan tələbələrin bir qismi

https://e-telebe.edu.az vasitəsilə bu günədək rəsmi müraciət etməyib və onların bu imkandan yararlanması tövsiyə edilir.

Oxşar xəbərlər

Təhsil haqqının ödənilməsi üçün 7 minə yaxın tələbə qeydiyyatdan keçib
Tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi asanlaşdı - VİDEO
Valideynləri işsiz kimi qeydiyyata alınmış tələbələrin bu barədə arayış almasına ehtiyac yoxdur
Bu tarixdən tələbələrin köçürülməsinə başlanılacaq
Avqustun 17-dən tələbələrin köçürülməsinə başlanılır
Tələbələrin köçürülməsi başa çatdı
Tələbələrin köçürülməsinin nəticələri məlum olub
Sahibkarlara 5 əsas istiqamətlər üzrə güzəştlər ediləcək - Nazir AÇIQLADI
Təhsil Nazirliyi vətəndaşların qəbulunu sentyabrın 30-dək dayandırıb - Diqqət!
Məktəbəhazırlıq qruplarına son qeydiyyat tarixi açıqlandı
Təhsil Nazirliyi peşə təhsili müəssisələrinə daxil olanlara müraciət edib
Bu gün Bakıda 44 686 şagird I sinfə gedib
Komitə sədrindən ödənişli təhsil alanlara ŞAD XƏBƏR: Yeni qanun layihəsi hazırlanır
Təhsil Nazirliyi vətəndaş qəbulunu müvəqqəti dayandırdı
Azərbaycanda altı mindən çox müəllim iş yerini dəyişmək istəyir
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri açıqlandı
Peşə təhsil pilləsi üzrə tələbə qəbulu davam edir
Məktəbəhazırlıq qruplarına ödəniş qanunsuzdur – RƏSMİ
Hökumətin antiböhran proqramı və ya sosial dövlətin Azərbaycan modeli -
Nazir müəllimlərdən pul yığan direktoru işdən çıxardı
I sinfə şagird qəbulunun vaxtı bitdi
Qabiliyyət imtahanlarına qeydiyyat başa çatıb
Ali məktəblərdə dərslərin keçirilməsi qaydası məlum oldu
“İmtahan sessiyasının tamamilə ləğv edilməsi tələbələrin təqaüd almasına maneə törədə bilər”
Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək
Müəllim olmaq istəyənlərin nəzərinə: Nəticələr elan olundu
Bu tədris ilində Bakı məktəblərini bitirəcək şagirdlərin sayı açıqlanıb
"Ödənişli təhsil alan tələbələr üçün əlavə dəstək mexanizmlərinin hazırlanması üzərində iş aparılır"
"Ödənişli təhsil alan tələbələr üçün əlavə dəstək mexanizmlərinin hazırlanması üzərində iş aparılır"
Məktəbəhazırlıq qruplarına şagird qəbulu nə vaxt başlayacaq?