Magistraturaya qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyat müddəti uzadıldı
9-06-2020, 17:30
326

Magistraturaya qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyat müddəti uzadıldı

Magistraturaya 44 saylı proqram üzrə qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyatın müddəti 10 iyun 2020-ci il saat 10:00-dək uzadılır.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, jurnalistika üzrə 44 saylı proqrama aid magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən və cari ilin qəbul imtahanındakı nəticələri müsabiqə şərtini ödəyən bakalavrlar ixtisaslaşma seçimindən əvvəl, 10 iyun saat 10:00-dək Dövlət İmtahan mərkəzinin internet saytında qeydiyyatdan keçməli və qabiliyyət imtahanı verməlidirlər.
Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanında 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və ixtisaslaşma seçiminə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün müraciət edə bilərlər. Müsabiqə şərtlərini ödəyən və magistratura səviyyəsinə jurnalistika ixtisaslaşmaları üzrə qəbul olmaq istəyən bakalavrlar 2020-ci il 10 iyun saat 10:00-dək Mərkəzin internet saytının müvafiq səhifəsində sorğu anketini doldurmaqla qeydiyyatdan keçməli, 2020-ci il iyunun 10-da "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni çap edib götürməli və iyunun 11-dən 16-dək vərəqədə göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər. İmtahanın onlayn formada keçirilməsi nəzərdə tutulur.
Jurnalistika üzrə qabiliyyət imtahanında hər bir bakalavra təxminən 30 dəqiqə vaxt ayrılır.

Oxşar xəbərlər

Qabiliyyət imtahanında iştirak etmək istəyənlərin NƏZƏRİNƏ
“Jurnalistika” ixtisasına qəbul qaydaları açıqlandı - Detallar
DİM: Bəzi ixtisaslara qabiliyyət imtahanları keçirilməyəcək - Diqqət!
Qabiliyyət imtahanlarına qeydiyyat başa çatıb
"V qrupda qabiliyyət tələb edən bəzi imtahanlarda dəyişiklik edilib"
Bu gündən ali təhsil müəssisələrinə sənəd qəbulu başlayır
Ən çox ixtisas seçimi bu qruplarda olub
Abituriyent və subbakalavrların nəzərinə
Qabiliyyət imtahanlarında iştirak edəcək abituriyentlər buraxılış vərəqələrini çap edə bilərlər
Qəbul imtahanlarının vaxtı açıqlandı — RƏSMİ AÇIQLAMA
İslamşünaslıq ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
DİM abituriyentlərə müraciət edib
Martın 1-də keçirilən buraxılış imtahanı üzrə ballar 100 ballıq şkalaya keçirilib
Növbəti qəbul imtahanlarının cədvəli açıqlandı
Yerdəyişmə müsabiqəsində hansı müəllimlər iştirak edə bilməyəcək?
V qrupda qabiliyyət imtahanları ləğv olundu - ballar artırıldı
Bu şəxslər sentyabrda imtahan verəcək - RƏSMİ + VİDEO
Məleykə Abbaszadə: "Düzgün seçim eləsələr, hamısı qəbul olunacaq"
Sabah jurnalistika ixtisasına qabiliyyət imtahanı keçiriləcək
DİM-dən xaricə oxumağa getmək istəyən məzunlarla bağlı açıqlama
Qəbul imtahanları ilə bağlı vacib xəbər
Təhsil Nazirliyi MİQ imtahanında iştirak edən namizədlərə müraciət etdi
Bu gün 20 mindən çox şagird buraxılış imtahanı verir
Bir nəfər yüksək hərarətə görə imtahana buraxılmadı
Bu gün 25 mindən çox şagird buraxılış imtahanı verəcək
Sınaq imtahanı pulsuz oldu
DSX Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçiriləcək
Bu gün 41 şəhər və rayonda qəbul imtahanları keçirilib — Yenilənib
Azərbaycanda bu şagirdlər onlayn imtahan verəcəklər - AÇIQLAMA
Gənc həkimlərin yarıdan çoxu imtahandan kəsildi