Birinci sinfə qəbul üçün Alternativ qeydiyyat mərkəzləri - SİYAHI
27-04-2021, 12:33
40

Birinci sinfə qəbul üçün Alternativ qeydiyyat mərkəzləri - SİYAHI

Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə Alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başlayıb.
BŞTİ-dən verilən məlumata görə, Alternativ qeydiyyat mərkəzlərinin işi mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, həm ənənəvi, həm də onlayn qaydada (“WhatsApp” nömrələr vasitəsilə) təşkil olunacaq.
Belə ki, özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlərə (iş günləri ərzində saat 10:00-dan 16:00-dək) müvafiq məktəblərdə yaradılmış işçi qrupları, həmçinin “WhatsApp” müraciətlərinin cavablandırılması üçün təyin olunmuş işçi qrupları tərəfindən zəruri köməklik göstəriləcək.
Daha operativ xidmət göstərmək üçün 12 rayon üzrə 27-si məktəblərdə, 4-ü onlayn olmaqla, ümumilikdə 31 Alternativ qeydiyyat mərkəzi müəyyən olunub.
Məktəblərdə fəaliyyət göstərəcək Alternativ qeydiyyat mərkəzləri:
- Binəqədi rayonu - 297,  83 və 313 nömrəli tam orta məktəblər;
- Nərimanov rayonu - 82 nömrəli tam orta məktəb;
- Nəsimi rayonu - 19 nömrəli tam orta məktəb;
- Nizami rayonu - 145 və 129 nömrəli tam orta məktəblər;
- Pirallahı rayonu - 235 nömrəli tam orta məktəb;
- Qaradağ rayonu - 110, 180, 195, 228, 274 və 288 nömrəli tam orta məktəblər;
- Sabunçu rayonu - 74,128 və 130 nömrəli tam orta məktəblər;
- Səbail rayonu - 163 nömrəli tam orta məktəb;
- Suraxanı rayonu - 76, 84 və 279 nömrəli tam orta məktəblər;
- Xətai rayonu - 17 və 165 nömrəli tam orta məktəblər;
- Xəzər rayonu - 136, 156 və 234 nömrəli tam orta məktəblər;
- Yasamal rayonu - 18 nömrəli tam orta məktəb.
- Onlayn Alternativ qeydiyyat mərkəzləri (“WhatsApp” nömrələr vasitəsilə)
- Binəqədi, Sabunçu və Yasamal rayonları üzrə:  (+994 51) 563-15-77
- Suraxanı, Xəzər və Pirallahı rayonları üzrə:  (+994 51) 543-15 -77
- Nərimanov, Səbail və Qaradağ rayonları üzrə:  (+994 51) 568-15-77
- Nəsimi, Nizami və Xətai rayonları üzrə:  (+994 51) 546-15-77
Valideynlər digər bütün hallarla bağlı mektebeqebul.edu.az elektron portalında şəxsi kabinetlərindəki “Əlaqə” bölməsi vasitəsilə müraciət ünvanlaya bilərlər.
Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu üçün ərizələrin onlayn qeydiyyatı prosesinə aprelin 27-dən, Azərbaycan dilində tədris aparılan bölmə üzrə birinci siniflərə elektron sorğu yerləşdirmək prosesinə isə aprelin 29-dan etibarən başlanılacaq.
Dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə müraciət etmək istəyən valideynlər aprelin 29-dan mektebeqebul.edu.az elektron sistemində şəxsi kabinetlərinə daxil olaraq övladlarını müsahibəyə yaza bilərlər. Müsahibədə iştirak edərək uğur qazanmış uşaqların həmin bölmə üzrə məktəb seçimi prosesinə isə iyun ayında başlanılması nəzərdə tutulur.

Oxşar xəbərlər

Bakıda I sinfə qəbulla bağlı YENİLİK
Sabahdan birinci siniflərə şagird qəbulu başlayır
Liseylərə elektron qeydiyyat başa çatıb
Birinci sinfə şagird qəbuluna start verilir - Tarix açıqlandı
Bu gün Bakıda 44 686 şagird I sinfə gedib
Məktəblərdə mütəmadi monitorinqlər aparılacaq
Ali məktəblərə daxil olan şəxslərin qeydiyyatı başlayır - Sabahdan
Liseylərin V siniflərinə qeydiyyat başlayır
Məktəbəhazırlıqla bağlı ən çox verilən suallara CAVAB
Ali təhsil müəssisələrinə qəbul nəticələri elan olunub - Yenilənib
Məktəbəhazırlıq qruplarına son qeydiyyat tarixi açıqlandı
I sinfə şagird qəbulunun vaxtı bitdi
Universitetlərə qəbul üçün ixtisas seçiminin vaxtı açıqlanıb
Direktor vəzifəsinə vakant yerlərin sayı açıqlandı
Daxili İşlər Nazirliyi işçi axtarır
Məktəbəhazırlıq qruplarında məşğələlər başladı
Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb
Sabahdan 50 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanılır
Bu gün əyani dərsə başlayan şagirdlərin sayı açıqlandı
190 manat almaq üçün yenidən qeydiyyatdan keçmək mümkün olacaqmı? – Nazirlikdən VACİB AÇIQLAMA
Qabiliyyət imtahanlarına qeydiyyat başa çatıb
Sabah məktəblərdə dərslər dayandırılacaq? - RƏSMİ AÇIQLAMA
Müddətsiz əmək müqaviləsi üçün müsahibələr onlayn keçiriləcək
Paytaxtın 40 məzunu Prezident təqaüdünə layiq görüldü
Peyvənd olunmaq istəyən 50 yaş və yuxarı şəxslərin nəzərinə
Məktəblərdə ənənəvi təhsil qismən bərpa olunur
Bu gün V-IX siniflərdə ənənəvi tədris qismən bərpa olunur
Azərbaycanda yaşayan əcnəbilərə XƏBƏRDARLIQ
Sentyabrın 15-dən ali məktəblər distant qaydada fəaliyyətə başlayacaq
Yuxarı siniflər və universitetlərdə ənənəvi tədris qismən bərpa olunur