Millətin gələcəyinin altına QUMBARA  qoyanlar... -Nərimanovda 34 saylı məktəbin ərazisində baş verənləri Emin Əmrullayev, Ramin Abdullayev görmür?
28-04-2021, 16:31
728

Millətin gələcəyinin altına QUMBARA qoyanlar... -Nərimanovda 34 saylı məktəbin ərazisində baş verənləri Emin Əmrullayev, Ramin Abdullayev görmür?

Nərimanovda Kaveroçkin küçəsində 34 saylı məktəbin ərazisində nələr tikilmir- Belə davam eləsə kazino da tikəcəklər...

Emin Əmrullayev,  Ramin Abdullayev hara baxır ?


Azərbaycanda tikinti bumu demək olar ki, çox şeyi məhv edir. Tikinti bumu yaşıllıqları, meşələri, ağacları məhv edir, dənizləri, gölləri hasara alır. Bütün bunlar azmış kimi tikinti bumu neçə ildir xəstəxanaların həyətlərini, ərazisini zəbt edir. Axı, xəstəxanaların həyətləri, yaşıllıqları olmalıdır ki, təmiz hava olsun, xəstələr şəfa tapsın. Son illər adına tikinti bumu dediyimiz fəlakət artıq uşaqların da payına göz dikib, uşaq bağçalarını, məktəblərin ərazilərini “işğal” edirlər. Belə məktəblərdən biri də Nərimanov rayonunda yerləşən Bəhruz Sultanov adına 34 saylı tam orta məktəbdir. Son illərdə bu məktəbin geniş ərazisini kəsə-kəsə, sata-sata nələr tikmədilər ? Məktəbin ərazisində bina tikdilər, özəl bağça tikdilər, indi də otel tikirlər, hovuz tikirlər. Yəni bu işə qol qoyanlar başa düşümür ki, burada körpə uşaqlar, yeniyetmələr oxuyur. Məktəbin həyəti otel üçün yolverilməzdir. Korrupsiya, rüşvətxorluq, biznes-filan öz yerində. Amma otel tikməyə yer tapmırsınız ? Sadəcə, ayıbdır. Öz övladlarınızı, balalarınızı, qızlarınızı, nəvələrinizi  düşünün. Məktəbin həyəti sizin üçün nədir ? Yəqin belə davam eləsə, birazdan məktəbin həyətində bar, kazino da tikəcəksiniz.

Görəsən, Təhsil naziri Emin Əmrullayev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı  Eldar Əzizov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi İdarə heyətinin sədri Ramin Abdullayev və digər səlahiyyət sahibləri  hara baxır ? 

Bu suallara cavab tapmaq üçün məsələni köklü şəkildə araşdırmaq qərarına gəldik. 

Bu gün  gundelik-baku.com-un reportyor qrupu məktəbin ərazisində olub, çəkilişlər aparıb. 

Məktəbin rəhbərlərindən biri müxbirimizə bildirib ki, tikintini aparan Səxavət adlı şəxsdir və hörmətli şəxslərdən biri ilə şərikdir.

Məsələ ilə bağlı ilk olaraq FHN-in  Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarovla əlaqə saxladıq. İnsaf naminə qeyd edək ki, qısa vaxtda nazirliyin əməkdaşları hadisə yerinə gəldilər. 

Sonra dəfələrlə Bakı ŞİH-nin başçısı Eldar Əzizovun xidməti və mobil telefonu ilə əlaqə saxlamağa  çalışsaq da nəticə olmadı. Yeri gəlmişkən, bəzi dövlət qurumlarının telefonları  gün ərzində zənglərə cavab vermir. Həm də Sumqayıtın icra başçısı olarkən, zənglərimizə  anında cavab verən Eldar müəllim niyə cavab vermir. Axı, biz şəxsi xahiş üçün deyil, cəmiyyətdəki problemlə və birbaşa Eldar Əzizova aid olan məsələ ilə  bağlı zəng edirik. 



Bu dəfə Bakı ŞİH-nin  sözçüsü  İsrafil Kərimova dəfələrlə zəng etsək də cavab vermədi. 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi İdarə heyətinin sədri Ramin Abdullayevdə ardıcıl zənglərimizə cavab vermədi. 

Sonra  Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini  Namiq Hümmətova  dəfələrlə zəng etsək də cavab verilmədi. 

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri  Anar  Quliyevi isə narahat etmədik. 

Saatlara sürən telefon "mücadiləmiz"  bir daha göstərdi ki, problemlərin həllinə birbaşa  cavabdeh olan məmurlar, rəhbər şəxslər  "YERİNDƏ  DEYİL". 

Təhsil  naziri Emin Əmrullayev bilmir ki, məktəbin hasarlı ərazisində illərlə mövcud olan torpaq sahəsi məktəbə məxsusdur ? 

Cənab nazir, gözləyirsiniz ki, oteldən sonra məktəbin ərazisində kazino, qumarxama, bar tikilsin sonra ayılacaqsınız ? 

Burda millətin balalarının  talehi həll olunur e. 

Görəsən  Səxavət adlı şəxs kimdir ki, məktəbin də həyətini  bazara çevirir. Bizə yaxşı məlumdur ki, Səxavət adlı şəxs  Vaqif Axundovun adından istifadə edərək, bir çox qanunsuzluqlar edib. İndi görəsən, Səxavət kimə arxayındır ? 

Məktəbdən müxbirimizə bildiriblər ki, Səxavət hörmətli şəxslərdən biri ilə şərikdir. Müxbirimiz həmin şəxslə əlaqə saxlayıb, bəlli olub ki, həmin hörmətli şəxsin bu məsələyə qədi aidiyəti yoxdur, əksinə o da çalışır ki, belə qanunsuzluqlar olmasın. 

Həm də necə olur ki, vətəndaş  5 metr torpaq üçün müraciət edəndə Namiq Hümmətovun, Ramin Abdullayevin "Məqsədə uyğun  deyildir"  cavabı hazır olur. Amma məktəbin həyətində otel tikmək nə zamandan məqsədə uyğundur, cənablar ?   

Sonda üzümüzü, tuturuq şəhər rəhbəri Eldar Əzizova, Təhsil naziri  Emin Əmrullayevə və başqalarına tutaraq soruşuruq: MİLLƏTİN GƏLƏCƏYİNİN  ALTINA  QUMBARA QOYMAYIN.

Səxavət kimi  iş adamlarına isə deyirik ki, bir gün Prezidentin  DƏMİR  YUMRUĞU başınızda olacaq. Nə qədər gec deyil, çəkilin bu yoldan.

Oxşar xəbərlər

Nərimanov RİH-nin hüquq şöbəsinin müdiri Firdovsi Salahov 139 min manat pulu haradan alıb ?- Rayondakı 34 saylı məktəbin ərazisini kimlər zəbt edib ?
149 saylı məktəbin direktoru Rəhilə Baxşəliyeva məktəbi bazara çevirib-TƏHSİL NAZİRİ EMİN ƏMRULLAYEV BU BARƏDƏ NƏ DÜŞÜNÜR?
45  və  212 saylı  məktəblərdə nələr  baş verir ?
Xan Şuşinski adına Ağdam Musiqi Məktəbinin direktoru Xətayə xanım xətayə yol verir -Məktəbdə dərs saatları satılır...
Sabirabaddan nazirə müraciət olundu:1 saylı tam orta məktəbdə böyük RƏZALƏT VAR- GİLEY
Azərbaycanda orta məktəb bağlandı
Direktor koronavirusa yoluxdu - Məktəb bağlandı
Sabirabadda təhsil sistemi bərbad gündədir... - NARAZILIQ...
Xətainin icra başçısı Rafiq Quliyev yaşıllıqları məhv edib özünə obyektlər tikdirir...-  Bu işdə ona ən çox dəstək verən “Şəhərsalmakomitəsi”nin “Ərazi Mərkəzi”nin sədri Ramin Abdullayevdir...
Təhsil naziri intihara cəhd edən şagirdə baş çəkdi - FOTO
Bakıda bu binalar söküləcək
Bakıda daha bir MTK özbaşınalığı - NARAZILIQ!
147 saylı məktəbdə qalmaqal: Sinif rəhbəri valideyni təhqir etdi...
Gəncə təhsilində nələr baş verir? - İTTİHAM
Xaçmazda məktəb sahəsi 380 manata satılıb?
Eldar Əzizovun yarım milyonluq layihəsi – Şübhəli tenderin izi ilə
“Məkan”  MTK  qazilərin  məvacibini vermir...-GİLEY
Tikinti sektorunu axsadan qərarlar... - Yenidən baxılmalıdır...
Gəncə təhsilində nələr baş verir? - İDDİA
Yeni Suraxanıda,316 saylı məktəbin qarşısındakı torpaq sahəsini kim satıb?
Şagirdlərə planşet paylanılacaq? - Nazir AÇIQLADI
Göygöl təhsilində kəndlərə uzanan korrupsiya... - Texniki işçilərin maaşlarını kimlər yeyir?
Şagirdin hicabını yerə atdığı deyilən direktor valideyni polisə verdi
Ağdamda 10 məktəb koronavirusa görə bağlandı
Cəlilabadda şıdırğı pul yığımı... - İTTİHAM
Təhsil nazirindən məktəblərin bərpası ilə bağlı AÇIQLAMA
Nazir bağçalarla bağlı məsələyə aydınlıq gətirdi
İradə Gülməmmədova oliqarxa çevrilib – Həyat yoldaşının adına olan şirkətlərin siyahısı yayıldı
Yeni Suraxanıda aparılan qanunsuz tikintiyə rəsmi qurumlar niyə seyrçi qalır?