Rəhilə Baxşəliyeva 149 saylı məktəbi bazara çevirib...-  Məktəb direktoru nazir Emin  Əmrullayevi niyə saymır ?
16-05-2021, 07:11
3 345

Rəhilə Baxşəliyeva 149 saylı məktəbi bazara çevirib...- Məktəb direktoru nazir Emin Əmrullayevi niyə saymır ?

Xəzər  rayonunda icra başçısı 3 ildir  dəyişib... 


Bəs, 149 saylı məktəbi bazara çevirən direktor  Rəhilə Baxşəliyeva indi kimə söykənib ? 


Son illər bir neçə rayonda kresloda saç-saqqal ağartmış icra başçıları dəyişir və yerlərinə  cavan icra başçıları təyin olunur. 
Açıq deyək ki, vəziyyət yaxşılığa doğru dəyişmir. 
Kimlərsə, buna islahat-filan deyə bilər e, amma ortada nəticə olmalıdır axı. 
Məsələn, uzun illər  ( 1995-2018 ) Xəzər rayonunun icra başçısı olmuş Gülağa İslamov  vəzifəsindən uzaqlaşdırıldı. Və...
Qısaca onu deyək ki, Gülağa İslamov 1948-ci ildə anadan olub və 45 yaşında güclə  institut  bitirmişdi. 
2018-ci ildə onun nəvəsi yaşda olan Elşən Salahov Xəzər rayonuna icra başçısı təyin edildi. 
Təsəvvür edirsiniz, oğlu yaşda deyil, nəvəsi yaşda  gənc onun yerində icra başçısı oldu. Amma köhnə hamam, köhnə tas..
Yəni  kadrlar gəncləşir, hətta ata-oğul deyil, baba-nəvə əvəzləməsi olur. Nəticə varmı ? 
Buyurun Xəzər rayonunun misalında baxın və nəticə çıxardın. 
Gülağa İslamovun vaxtından 149 saylı orta məktəbin direktoru olan Rəhilə Baxşəliyeva yenə “yerində sayır”. 
Təkcə yerində saysaydı dərd yarı idi. Rəhilə müəllimə uzun illərdir ki, yerində oturub nə isə sayır. 
Deyilənə görə, arxasını Gülağaya(GÜL AĞA) söykəmiş məktəb direktoru heç nədən çəkinmirmiş. 
“Nə isə yığmaqla” ad çıxardan məktəb direktoru Rəhilə Baxşəliyeva keçmiş icra başçısının ''qara kassası'' olub. Bu məktəbin fəaliyyətində xeyli sayda neqativ hallar var. Direktor Rəhilə Baxşəliyeva keçmiş başçı Gülağadan qalma metodları davam etdirir. Hələ də məktəbdə “fond pulu”, “təmir pulu”, “könüllü yardım pulu” kimi rüsvayçı hallar davam edir. Bunlar azmış kimi məktəbdə çalışan müəllimlərdən də pul yığımı olur. Dərs bölgüsünə görə, əlavə dərs saatına görə pul ödəməlisən. Yuxarı siniflərdə rəhbər olmağın qiyməti Amerikansayağı 500 dəfə çox sağoldur. Qrup rəhbəri olmağın da öz qiyməti var. Təsəvvür edirsiniz məktəbdə 3000 şagird təhsil alır. 
Beləcə yığılanlar icra başçısı ilə məktəb direktoru arasında ata malı  kimi bölünürmüş. Bütün bunlar hamısı bəlli. 
Bəs axı 2 ildir rayona yeni icra başçısı təyin olunub.
Təzə icra başçısı köhnə icra başçısının nəvəsi yaşdadır. Bəs məktəbin vəziyyəti niyə dəyişmir?
Təzə  icra başçısı Elşən Salahov görəsən rayondakı məktəblərdən xərac yığan direktorlar barədə nə düşünür. 
Yaxşı məktəb direktoru  uzun illər arxasını keçmiş icra başçısı Gülağa İslamova söykəyib məktəbi bazara çevirmişdi. 
 Bəs bu gün  məktəb direktoru Rəhilə Baxşəliyeva nəyə, kimə söykənib ?
Kimə arxayındır ki, köhnə əməllərini davam etdirir ?

Görəsən məktəb direktoru NAZİR EMİN ƏMRULLAYEVİ niyə saymır ?
Məktəb direktoru kabinetində müavinləri ilə söhbətində Nazir Emin Əmrullayev barəsində o dünənki uşaqdır o nə bilir idarəetmə nədir deyəndə başqa nələr düşünürdü ?
Deməli, heç nə dəyişməyib, cənablar !

Oxşar xəbərlər

149 saylı məktəbin direktoru Rəhilə Baxşəliyeva məktəbi bazara çevirib-TƏHSİL NAZİRİ EMİN ƏMRULLAYEV BU BARƏDƏ NƏ DÜŞÜNÜR?
Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində iş görən kim, pul alan kimdir? - İTTİHAM
Ağstafada  KÖHNƏ HAMAM, TƏZƏ TAS və təzə icra başçısı Seymur Orucov...- Seymur Orucov 25 yaşında qaynatasının NARXOZ-unda necə prorektor olub?
Bir neçə rayon rəhbəri ilə bağlı İDDİA - SİYAHI
Biləsuvarda başçının həbsi heç nəyi dəyişməyib... - Köhnə hamam, köhnə tas...
Oğlu qızını öldürən icra nümayəndəsi İŞDƏN ÇIXARILDI
Keçmiş başçının oğlu icra hakimiyyətində birinci müavin oldu - Neftçalada
Yeni icra başçısı köməkçisini özünə birinci müavin təyin etdi
Qazax rayonunun icra başçısı Rəcəb Babaşov səkiləri satır?- Başçının oğlu  450 min avroluq avtomobildə gəzir...
“Əlli yaşında təhsil alan icra başçısı nə bilir xalq nədir...”
Azərbaycanda icra başçısı dünyasını DƏYİŞDİ
204 saylı marşrutun sahibi Sənan Səlimov zərərçəkənin pulunu niyə vermir ? -Marşrut sahibi  Laçının  sabiq başçısı Akif Səlimovun oğludur
Həbs olunan icra başçısının köməkçisi dünyasını dəyişdi
Tovuzun MƏMMƏDLİ GÜNLƏRİ... - GİLEY
Koronavirusdan ölən icra başçısı dəfn olundu
Azərbaycanda sabiq icra başçısı dünyasını dəyişdi
Qazaxın icra başçısı dövlətə məxsus binaları satır - Həbs növbəsi ona çatır?
Saatlıya təyin olunan icra başçısı kimdir?
Ağsu İcra Hakimiyyəti yeni başçını "qəbul etmir" - FOTOFAKT
Həbs olunan icra başçıları “Səni deyirlər”, Alı Alıyev-  Füzulinin icra başçısının milyonluq villaları, avtomobilləri, 30 min qoyunu, 5 min mal-qarası…
Kəlbəcərin gənc icra başçısı  Azər Qocayev nə işlə məşğuldur?
Kəlbəcərin təzə icra başçısı Azər Qocayevin 1 ili tamam oldu-  1  ildə  icra başçısı nə iş görüb ?
İcra başçısı özünə yeni köməkçi təyin etdi
Ağdamın başçısına qohumbazlıq suçlaması - "Biabırçılıqdır..."
Yeni icra başçısı özünə köməkçi TƏYİN ETDİ
İcra başçısının koronavirusdan vəfat edən müavininin yerinə təyinat oldu
Bu arada hansı icra başçılarına “qırmızı kart” göstəriləcək? – SİYAHI
Ramiz Mehdiyevin 25 illik kadrı işdən çıxarılır? - İDDİA
Ən çox söyülənlərdən biri Tərtərin  icra başçısıdır...
Rəcəb Babaşov Qazaxda 5 ildə qurduğu biznes imperıyasını "xırıd" edir .. VİDEO