Yeyinti institutunu bitirən  İdman Akademiyasının rektoru Fuad  Hacıyev Rektor  fəaliyyətinə  “yeyinti”dən başladı ?
1-06-2021, 15:00
471

Yeyinti institutunu bitirən İdman Akademiyasının rektoru Fuad Hacıyev Rektor fəaliyyətinə “yeyinti”dən başladı ?

Məlumat üçün  bildirək ki, 1930- cu ildə  Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Zaqafqaziya Dövlət  Cismani Mədəniyyət  İnstitutu yaradıldı. 
1936-cı ildən bu ali məktəb Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu kimi fəaliyyətini davam etdirmişdir. Bu dövrdə institutda ictimai elmlər, anatomiya, biologiya, kimya, gigiyena, fizika, fiziologiya, riyaziyyat, bədən tərbiyəsinin texnikası və metodikası kafedraları açılmışdır. 
Müstəqil, müasir Azərbaycanın idman hərəkatında irəliləyişi 1997-ci ildən – İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra baş verib.
İdman sahəsində  xeyli dünya səviyyəli  uğurlarımız olub. 
1998-ci ildə institutun bazasında Milli Olimpiya Akademiyası yaradılıb, 1 il sonra respublika ali təhsil ocağı Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına çevrilib.
Uzun müddət  İdman Akademiyasına millət vəkili, boksyor Ağacan Abiyev rəhbərlik edib. 
2015-ci ildə boksyor Ağacan Abiyev hansısa səbəbdən rektor vəzifəsindən azad edildi. Amma rektor olduğu dövrdə böyük  maliyyə  sahibi oldu. 
2015-ci ildə isə akademiyaya  yeni rektor təyin olundu. 
Bu Hacıyev Fuad Hacı oğludur. 
Fuad  Hacıyev  Odessa Yeyinti Sənayesi Texnologiyası İnstitutunu bitirib. 
“Mühəndis-texnoloq” olan  Fuad Hacıyev  bir müddət Gömrük Komitəsində çalışıb, 23 dekabr 2015-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru təyin edilmişdir.
Bax,  dünyanın heç bir yerində  yeyinti texnoloqu İdman Akademiaysının rektoru ola bilməz. Amma bizdə olar. Həm də necə. 
Təzə rektor təhsilin keyfiyyətini yüksəltmək, mühüm yeniliklər  həyata keçirmək əvəzinə akademiyada ''yeyinti''dən başladı. 
Fuad Hacıyev çoxillik pedaqoji təcrübəyə malik şəxsləri işdən çıxarıb  yerinə özünə yaxın bildiyi naşı adamı təyin edib. Əlbəttə, qarşılığında nəsə  olmaqla. İdmana heç bir dəxli olmayan şəxslər akademiyada vəzifə tutdular. 
Çünki Fuad Hacıyev özü elm və təhsil adamı olmadığı üçün onu ifşa edə biləcək bu cür elmi tədbirlərə meyilli deyildir. O, ancaq müəllimləri attestasiya  ilə hədələyir. 
Rektor imtahanların suallarını  gizli saxlayır, tələbələrə ''gəlir mənbəyi'' kimi baxır. 
Bir sözlə, rektor  daşıdığı  vəzifənin dəyərlərinə uyğun olmayan hərəkətlər edir. 
Rektorun digər əməlləri ilə bağlı  növbəti yazıda.

Oxşar xəbərlər

İlham Əliyev onları təltif etdi - SİYAHI
Dilqəm Quliyevə Prezidentin fərdi təqaüdü veriləcək
ATU-nun kafedra müdiri vəfat ETDİ
Millimizin sabiq baş məşqçisi vəfat etdi
Rektor 1 milyona ev, 440 min manata cip aldı
V qrupda qabiliyyət imtahanları ləğv olundu - ballar artırıldı
Oleq Krapivin Ordumuza 20 min dollar ianə etdi
Akademiyadan intihar edən tələbə ilə bağlı - Açıqlama
Federasiyanın rəsmisi Azad Rəhimovun yalanını üzə çıxardı
Azərbaycanda abituriyentlərin ən çox seçdiyi ixtisaslar məlum oldu - SİYAHI
Ağayar Axundzadəyə vəzifə verildi - Sədr təyin olundu
Azərbaycanın yeni "Gənclər paytaxtı" seçildi - FOTO
Camaat canının hayına qalanda...
Nazirlik qanunu pozdu: 3 aylıq şirkətə 2.2 milyon manat verdi
Binəqədinin icra başçısına yeni müavin təyin edildi
Azərbaycanda tələbə İNTİHAR ETDİ
“İdman zalları açılsa, nə olacaq?" - Deputat
İlham Əliyev Azad Rəhimovun vəfatı ilə bağlı nekroloq imzaladı
Ermənilərin dağıtdığı Olimpiya İdman Kompleksində təmir başladı
İdman zallarının fəaliyyəti bərpa oluna bilər - Nazirlikdən açıqlama
Əliyar Əliyevin Qubadlıdakı məzarına üçrəngli bayraq sancıldı (FOTO)
Bərdədəki Olimpiya Mərkəzi ermənilər tərəfindən dağıdılıb
Deputatlar bu gün toplaşacaqlar - Hərbi vəziyyət ləğv olunur
Magistraturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ - ŞƏRTLƏR (YENİLƏNİB)
Kompleksin direktor müavini vəzifəsindən azad edildi
Azərbaycanda idman oyunlarına qadağalar aradan qalxdı
Nazir Azad Rəhimov vətəndaşlarla görüşdü
“Elə müəllim var, 5 fəndən dərs deyir”
General Rüstəm Orucovun rütbəsini qaldırdı
Prezident Tomas Baxı təbrik etdi