Bakı Mühəndislik Universiteti  rektoru Havar Məmmədovun milyonluq villaları,avtomobilləri,zavodları...
3-06-2021, 18:00
794

Bakı Mühəndislik Universiteti rektoru Havar Məmmədovun milyonluq villaları,avtomobilləri,zavodları...

İdman zalını itboğuşduranlara icarəyə verən ATU-nun rektoru Havar Məmmədov... 



 2000-ci ilin yanvarından 2016-cı ilin sentyabrınadək Azərbaycan Texniki Universitetinin  ( ATU ) rektoru olmuş Havar Məmmədov Azərbaycan cəmiyyətində alim, ziyalı kimi deyil, tələbəyə pul kimi baxan rektor kimi ad çıxarmışdır. Bu adam sanki təkcə daşdan deyil, hər şeydən pul qazanan adam kimi doğulub. Bu adam bir vaxtlar ATU-nun idman zalını 20-30 manata itboğuşduranlara  icarəyə vermişdi. Yəni bu adam üçün əsas puldur. Havar Məmmədov ATU-da  dəlləkxana kimi qiymətlər qoymuşdu. Deyilənə görə “3” qiyməti  50  manat, “4”  qiyməti 80 manat,  “ 5”  qiyməti  120 manat, dövlət imtahanlarının qiyməti  500 manat idi. Bu adam rektor olduğu  16  il müddətində sözün həqiqi mənasında oliqarxa çevrildi. Bu adamın biznes şəbəkəsinə baxın: Binəqədi rayonu, Xocahəsən qəsəbəsində fəaliyyət göstərən dəmir zavodunda armatur və digər məhsullar istehsal edilir. Dörd milyon dəyərində villa. Universitetin təmirinə ayrılmış pulların bir qismi Novxanıda bahalı villanın inşa edilməsinə sərf olunub. Heydər Əliyev Məscidinin yaxınlığında,  dəyəri  6 milyon  olan 3 mərtəbəli villası. Rektor Havar Məmmədov  “Saba Gars” avtomobil mərkəzinə və  “MakroMarket”  mağazalar şəbəkəsinə  50 faizlə  şərikdir. Və daha nələr… Sual oluna bilər ki, rektor dövlətdən konkret maaş alır, bütün bunlar hansı pulla əldə edilib. Bəli, Havar Məmmədov artıq 2016-cı ildə rüvətxor rektor kimi ad çıxarmışdı. Hətta onunla bağlı Təhsil Nazirliyinin qərarı var idi. Ki, yaxın zamanlarda vəzifədən uzaqlaşdırılsın. Amma… Birdən Fətullah Gülən  məsələsi ortaya çıxdı və Qafqaz Universitetini  Havara verdilər. Dünyada bundan faciəli heç nə ola bilməz. Havar və Qafqaz Universiteti. Bəli, Havar Məmmədov 2016-cı ilin sentyabrından 2017-ci ilin martınadək Qafqaz Universitetinin rektoru vəzifələrində çalışıb. Sonradan Qafqaz Universiteti  Bakı Ali Neft Məktəbinin  tabeçiliyinə verilib. Amma az vaxt sonra həmən universitetin bazasında yeni bir ali məktəb,  Bakı Mühəndislik Universiteti  yaradılıb. Və rektoru Havar Məmmədov olub. Məlum qalmaqallı işdə Havar Məmmədov istintaqa nələr deyib və s başqa yazının mövzusudur.

Oxşar xəbərlər

Rektor 1 milyona ev, 440 min manata cip aldı
“AZİ”nin rektoruna SƏRT İTTİHAM - “Tələbələri hədələyirlər ki, döyüşdə olmaqlarının dəxli yoxdur”
Digər ölkələrdə benzin və dizel neçəyədir? - Siyahı
Bu məhsulların qiyməti minimuma endi
Gəncənin qocalmış rektorları yola salınır - Meydan gəncliyindir
“Azeri Light”-ın qiyməti bahalaşır
Ayda bir evin qiyməti 81 milyon manat olacaq
Azərbaycan neftinin qiyməti 56 dollara çatır
Pedoqoji Universitet Əli Həsənovun şirkəti ilə müqavilə bağladı
Fətullah Gülənlə bağlı Qafqaz Universiteti  bağlandı …-   Bəs  MADO  niyə bağlanmır ?
Azərbaycanda qızıl-gümüş bahalaşıb
Azərbaycan nefti kəskin ucuzlaşdı
Məzən olsun, Veysəloğlu – 1 ədəd narın qiyməti 1m 35 qəpik
“Oktyabrın 20-dən sonra toylar başlayacaq“ - Ədalət Şükürov
Azərbaycanda qızıl ucuzlaşıb, gümüş isə...
Biləsuvarda idman zalı işlədən və orada məşq edənlər cərimələndi
Azərbaycan nefti bahalaşır
Azərbaycan neftinin qiyməti 36 dollara çatdı
Marketlərdə qiymət artımı başladı - Siyahı
ADAU-nun rektoru İbrahim Cəfərov necə professor, rektor oldu?
Azərbaycanda çörəyin qiyməti qalxdı - FOTOLAR
Əli Həsənovun Antalyadakı villasının qiyməti neçəyədir? - FOTO
Azərbaycan nefti bahalaşdı
Nazirliklər maşınlarını satışa çıxardı – 400 manatdan başlayan qiymətlər
Təhsil nazirinin müavini Firudin Qurbanov Kooperasiya İnstitutunda sanki  rüşvət “praktikası”  keçib...-  Nazir müavininin Avropadakı biznesini  qardaşı idarə edir...
"Rahat" marketdə "ENDİRİM" FIRILDAĞI (FOTO)
Qafqaz Universiteti ləğv olunur
Azərbaycan Dillər Universitetində kütləvi ixtisarlar... - NƏ MƏQSƏD GÜDÜR?
Yeyinti institutunu bitirən  İdman Akademiyasının rektoru Fuad  Hacıyev Rektor  fəaliyyətinə  “yeyinti”dən başladı ?
Bakıdakı milyonluq villa məşhurları qarşı-qarşıya gətirdi