Aydın Şamoyev  Masazırda nə tikir: məktəb, yoxsa otel ?- Təhsil Nazirliyi,FHN hara baxır ?
4-06-2021, 15:30
247

Aydın Şamoyev Masazırda nə tikir: məktəb, yoxsa otel ?- Təhsil Nazirliyi,FHN hara baxır ?

Məktəb tikirsə,  Bakı Şəhər  Təhsil İdarəsinin  niyə xəxbəri yoxdur ? 

Bəs FHN  hara baxır ? 

Azərbaycanda  “Tikdim ki, izim qala”  kimi müqəddəs bir söz var. 
Bəli, tikmək, qurmaq  təkcə qazanmaq, nəsə əldə etmək üçün deyil. Əlbəttə, qurmağın, tikməyin bir maddi tərəfi də var. Amma əsas olan odur ki, İZİN QALA. 
Necə ki,  Hacı Zeynalabdin Tağıyev, Ağa Musa Nağıyev və digərləri tikdilər və izləri qaldı.
Təsəvvür edirsiniz,  bu şəxslərin tikdiyi bina bu gün Elmlər Akademiyasının binasıdır, Tarix Muzeyidir və s. 
Bu gün milyonluq  Bakı şəhəri Tağıyevin  100 il əvvəl  çəkdirdiyi  Şollar suyunu içir.  
Tikdim ki, izim qala budur. 
Son illərdə ölkəmizdə güclü  tikinti prosesi gedir. Binalar, göydələnlər, məktəblər, xəstəxanalar və s. 
Əlbəttə, çox  faydalı işlər görülür və bunlar təqdirə layiqdir. 
Amma, hərdən elə naqis işlərə rast gəlirik ki, adam deməyə söz tapmır. 
Bir neçə il əvvəl  Yasamal rayonunda təzə tikilən binada qəza oldu və fəhlələr öldü. Hətta üzdəniraq deputatlarımızdan biri dedi ki, fəhlələr şəhid oldu. Bu adam başa düşmür ki, şəhidlik düşmənlə döyüşdə olur. Hansısa  adam tikintiyə ayrılan pulları yeyibsə və keyfiyyətsiz materiallarla tikilən bina uçub və fəhlələr ölübsə, bunun şəhidliyə nə dəxli ? 
Bu cinayətdir. 
Yaxud Binəqədidə bir neçə il əvvəl 16  mərtəbəli bina yandı  və onlarla insan, azyaşlı həlak oldu. 
Səbəb nə idi ? 
Keyfiyyətsiz, ucuz və tezalışan üzlük materialı. 
Deməli, kimlərsə milyonlar qazandı, kimlərsə yanaraq dünaysını dəyişdi. 
Bu  birbaşa məmur cinayətkarlığıdır. Bəs, görəsən, həmən bina tikiləndə cavabdeh dövlət orqanları  hara baxırdı ? 
İnşaat materiallarının keyfiyyətinə cavabdeh olan laboratoriyalar var. Onların rəhbərləri niyə icazə vermişdi? 
Çünki rüşvət almışdılar. 
Bu gün də həmən proses davam edir.
Gundelik-baku.com olaraq neçə aydır ki, yazırıq ki, Abşeronun Masazır qəsəbəsində  tikilən məktəb bir vaxt uça bilər, uçqunların altında uşaqlar, şagirdlər, müəllimlər qala bilər. 
Niyə axı, faciə baş verəndən sonra danışmalıyıq ? 
Faciənin qarşısını vaxtında almaq lazımdır. 
Yazırıq ki, Abşeron rayonunun Masazır qəsəbəsində  məktəb tikintisi gedir. Məktəbin tikintisini Hidrokonstrakşn şirkəti və Aydın Şamoyev həyata keçirir. 
Tikintinin qüsurlu və keyfiyyətsiz olmasını görmək üçün inşaatçı, yaxud tikinti üzrə mütəxəssis  olmağa ehtiyac yoxdur. Elə ilk baxışdan görünür ki, bu məktəb binası nə vaxtsa faciəyə səbəb ola bilər. Axı, bu binada yüzlərlə, minlərlə şagird oxuyacaq, sabah uşaqların başına faciə gəlsə, məsuliyyəti kim daşıyacaq ?
Gundelik-baku.com olaraq  məktəbin tikintisinə görə, kimlərin məsuliyyət daşıdığını araşdırarkən konkret nəticəyə gələ bilmədik. 
Belə ki,  tikintini aparan  Aydın Şamoyev bildirir ki, məktəbin tikintisi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin qərarı ilə həyata keçirilir.  
Bakı ŞTİ rəhbərliyi  isə  deyir ki, Masazır qəsəbəsində tikilən  məktəbdən onların xəbəri yoxdur. 
Təhsil Nazirliyi, şəxsən nazir və nazir müavinləri isə  telefona cavab vermir. 
Tikintinin təhlükəsizliyinə cavab  verməli olan Fövqəladə Hallar Nazirliyi  hara baxır ? 
Bəs  Fövqəladə Hallar Nazirliyinin o boyda Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi hara baxır ? 
Bir sözlə, ölkənin göbəyində məktəb tikilir, Təhsil İdarəsinin xəbəri yoxdur, FHN gəlib baxır-gedir. 
Gundelik-baku.com-un yazılarından sonra  gəlib bir lövhə vurub getdilər. 
Görəsən, iraq olsun nə vaxtsa, uçan məktəbi bu lövhə saxlayacaq ? 
Amma sonda əldə etdiyimiz məlumata görə, məktəb adı altında gedən, bəzi mənbələrin dediyinə görə əslində otel olan tikinti ilə bağlı dəqiq məlumatlar Abşeronun icra başçısı İradə Gülməmmədovanın qardaşındadır.

Oxşar xəbərlər

HƏP-əndin sədri  Əli İnsanovla Aydın Şamoyevin məktəb biznesi...- Masazırda MƏKTƏB, yoxsa HOTEL tikilir ?
Abşeronun Masazır  qəsəbəsində məktəb tikilir, ancaq Təhsil İdarəsinin xəbəri yoxdur…-  Görəsən, FHN, Abşeron rayon icra hakimiyyəti hara baxır ?
149 saylı məktəbin direktoru Rəhilə Baxşəliyeva məktəbi bazara çevirib-TƏHSİL NAZİRİ EMİN ƏMRULLAYEV BU BARƏDƏ NƏ DÜŞÜNÜR?
45  və  212 saylı  məktəblərdə nələr  baş verir ?
Hər məktəb direktorunun arxasında   yekə  bir məmur dayanıb-Nazir Emin Əmrullayev idarəçiliyi itirib?
Nərimanov RİH-nin hüquq şöbəsinin müdiri Firdovsi Salahov 139 min manat pulu haradan alıb ?- Rayondakı 34 saylı məktəbin ərazisini kimlər zəbt edib ?
Məcburi köçkün məktəblərində ciddi  problemlər var- Regional Təhsil İdarələri hara baxır ?
Bakıda 18 məktəb direktoru işdən çıxarılıb
“Pəzəvəng”  kafesi, “Məsti-xumar”  gözəllik salonları, masajxanalar... - Görəsən, Xətai Rayon Polis İdarəsi  hara baxır ?
“Zaman keçdikcə, uşaqlarımız ya rusca, ya da türkcə danışacaqlar...”
Cənab İnam Kərimov, sən nazir  qoyansan ?-  Çindən alınan 1.5 milyon tut  tinginin sonu nə oldu ?
Millətin gələcəyinin altına QUMBARA  qoyanlar... -Nərimanovda 34 saylı məktəbin ərazisində baş verənləri Emin Əmrullayev, Ramin Abdullayev görmür?
Tovuzun icra başçısı hara baxır ki... - NARAZILIQ!
Xəzərin icra başçısı görəsən, hara baxır? - Rəsmən özbaşınalıqdır...
“Yaşıl Bazar”da  8 martda od qiymətinə güllər-  Maska taxmayan dükan sahibləri vergidən necə yayınır ?
Bakıda müəllimlər arasında koronavirusa kütləvi yoluxma: İki məktəb bağlandı - RƏSMİ
Əvvəli müəllim, sonrası çilingər, daha sonrası icra başçısı olan Mərdan Camalov-  Allah göydən baxmır, Camalov, hər yerdən  görür
“MOYKA”lar gün ərzində nə qədər SU sərf edir?- “Azərsu”, Nəsimi Rayon İcra Hakimiyyəti hara baxır ?
“Repetitorluq məktəb mühitini dağıdır” - ETİRAZ
Məktəblər yenidən bağlanacaq? - “Eyni səhvi təkrarladıq“
Əməkdar mədəniyyət işçisi koronavirusdan vəfat etdi
Nərimanovda köhnə qəbristanlıqda  MƏMUR ŞƏHƏRİ .. -Xalqdan oğurlanan milyardların izi ilə...
Hacı Zeynalabdinin kötükcəsi Qarabağa gələcək
Rayonda binalar tikən  Nərimanov ESTATE MMC  özünü jandarm kimi aparır- “Premium Resedence”nin şərikləri Toğrul, İbrahim kimdir ?
Azərbaycanda koronavirusa görə iki məktəb bağlandı
Təhsilə ayrılmış dövlət vəsaiti hara yoxa çıxır
Şirvanın başçısı İlqar Abbasov indi hansı rayonu “arenda”ya götürməyə hazırlaşır ?-  İlqar Abbasovla  Sabunçunun başçısı Adil Vəliyevin münasibətləri niyə pozuldu ?
Onlarla məktəb direktoru cəzalandırılıb - SƏBƏB
Ayə, qoymayın üstümə İrasim gəlir..-RASİM MƏMMƏDOVUN CİNAYƏT ƏMƏLLƏRİ.....
“Kommunist”  nəşriyyatını kimlər  işğal edib?-  “Zastavada doğulan”lar və  Qaragilə  Əli Həsənov...