Təhsil nazirliyində Ceyhun Bayramov saxtakarlıqları: qeyri-qanuni “Təchizat idarəsi” və "qara kassa "xaloğlu Rəşad
30-07-2020, 14:39
1 488

Təhsil nazirliyində Ceyhun Bayramov saxtakarlıqları: qeyri-qanuni “Təchizat idarəsi” və "qara kassa "xaloğlu Rəşad

Azərbaycanın idarəçilik sistemində mövcud olan qruplaşmalar haqqında mətbuatda daima yazılar gedir. Bu qruplaşmalar ölkə başçısının verdiyi təlimatların əksinə olaraq, öz təlimatları əsasında fəaliyyət göstərirlər. Təsəvvür edin ki, bunlar o qədər arxayındırlar ki, rüşvərxorluq, korrupsiya ilə bağlı aparılan həbsləri də veclərinə almırlar və öz əməllərindən əl çəkmirlər. Bu yaxınlarda bir neçə rayonda olduq. Yerli əhali ilə aparılan həbslər barədə söhbətlər etdik. Onlar bidlirdilər ki, biz də bu cür rüvətxorların, korrupsiyaya bulaşanların həbslərinə sevinirik, amma bir nəticə olmur. Belə olmasaydı, ölkənin ən nümunəvi nazirliyi olan Xarici İşlər nazirliyində də rüşvət, korrupsiya halları olmazdı. Bu gün həmin nazirliyə vaxtilə Təhsil nazirliyinə rəhbərlik etmiş Ceyhun Bayramov rəhbərlik edir. Ceyhun Bayramov bu halların qarşısını ala biləcəkmi? Buna inanardıq, redaksiyamıza daxil olan ciddi bir məktub olmasaydı…

İxa.az xəbər verir ki, Təhsil Nazirliyində baş verən qanunsuzluqlarla bağlı cumhuriyyet.az-a ciddi məlumatlar əks olunan məktub daxil olmuşdur. Məktubda göstərilir ki, Təhsil Nazirliyində Təchizat idarəsi vardır. Lakin bu idarənin işini 30-40 nəfərlik qrup yerinə yetirir. Belə ki, Xoreqrafiya institutunun yanında yerləşən ofisdə oturan həmin adamlar Təhsil Nazirliyinin Təchizat idarəsinin işini yerinə yetirirlər: “Onların heç bir yerdə qeydiyyatı yoxdur, Təhsil Nazirliyinin işçiləri də deyillər. Amma Təhsil Nazirliyinin tikinti və təmir apardığı məktəblərə burunlarını soxaraq smeta çıxarır, istədikləri qiyməti tətbiq edir və yaxud da xoşları gəlməyən tikintiləri söküb təzədən tikirlər”. Kifayət qədər ciddi ittihamların yer aldığı məktubda həmin qrupun rəhbəri Ceyhun Bayramovun Rəşad adlı xalası oğlunun olduğu iddia olunur. Həmçinin cumhuriyyet.az-ı məlumatlandıran mənbə onu da bildirir ki, həmin şəxslərin adlarını və oturduqları ofisin foto şəkillərini də redaksiyamıza təqdim etməyə hazırdır. Onda sual olunur ki, əgər bu muzdlu qrup Təhsil Nazirliyində təchizata qeyri-rəsmi nəzarət edirsə, Təchizat idarəsi nəyə lazımdır. Varsa, nəyə görə Təchizat idarəsinin səlahiyyəti yoxdur ki, bunlara bir söz desin. Məsələn, hansısa məktəbin təmir-tikinti işinə Təchizat idarəsi cavabdeh olduğu halda, bunlar müdaxilə edirlər və deyirlər ki, bu qiymət sərf edirsə işlə, etmirsə işləmə. Burada əsas məqsəd pul yeyintisidir. Bu qrup adamlar dövlətdən maaş almırlar və rəsmi qeydiyyata da deyillər. Bunlar haradan maaş, paket alırlarsa, heç kəs bilmir. Hətta Təhsil Nazirliyinin Təchizat idarəsi də iş adamlarına bildirir ki, bizim heç bir səlahiyyətimiz yoxdur, işin sahibi onlardır. Görəsən, Azərbaycan Nazirlər Kabineti (NK) Təhsil Nazirliyinin nəzdində təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin yaradılması haqqında qərarı nəyə görə qəbul edilib?

Hər halda ümid edirik ki, aidiyyatı orqanlar bu işə əncam çəkəcək. Və ona da inanırıq ki, Təhsil Nazirliyinin nəzdində təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi ən azından ölkə qanunlarına, xüsusən də Nazirlər Kabinetinin qərarına hörmət əlaməti olaraq işinin öhdəsindən gəlməyi bacaracaq.

Redaksiyadan: Bizim üçün maraqlısı odur ki, bu hallara ölkənin hüquq-mühafizə orqanları göz yumurlar. Çünki nərdivanvari mafiya oyunlarında onlar da iştirak edirlər. Ölkə başçısının keçirdikləri müşavirələrdə ölkədə müxtəlif strukturlara cavabdeh yüksək səlahiyyətli məmurlar da onlara verilən suallara boğazlarını arıtlaya-arıtlaya cavab verir və günahı bir-birinin boynuna atırlar. Çünki bu cür məsələlərdə birgə iştirak edirlər. Necə olur ki, Təhsil Nazirliyində baş verən bu qanunsuzluqları görməzdən gəlirlər?

P.S. Sözügedən qurum, onun fəaliyyəti və baş verən maliyyə maxinasiyalarının detalları haqda növbəti yazımızda

Oxşar xəbərlər

"Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları davam edir” - Ceyhun Bayramov
Ceyhun Bayramov Gürcüstana başsağlığı verdi
“Ermənistan hücumu öncədən planlaşdırıb” - Ceyhun Bayramov
"Ermənistana silah tədarükü ciddi narahatlıq doğurub” - Ceyhun Bayramov
Xarici İşlər Naziri Ceyhun Bayramov Rusiyaya getdi
"Ödənişli təhsil alan tələbələr üçün əlavə dəstək mexanizmlərinin hazırlanması üzərində iş aparılır"
"Ödənişli təhsil alan tələbələr üçün əlavə dəstək mexanizmlərinin hazırlanması üzərində iş aparılır"
Ceyhun Bayramov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb
Ceyhun Bayramov Rusiyaya səfər edəcək
DGK-dan həbs olunan şöbə rəisi ilə bağlı RƏSMİ AÇIQLAMA
Kürdəmirin mədəniyyət "ŞEFİ" hər ay 9500 manat verirmiş? - İTTİHAM
Prezident onu Xarici İşlər Naziri TƏYİN ETDİ - SƏRƏNCAM
Nazirdən ali təhsil semestrləri ilə bağlı AÇIQLAMA: “Məcburi deyildi...”
Koronavirusa görə son kurs tələbələrinə hərbi xidmətdən möhlət veriləcək? - RƏSMİ AÇIQLAMA
Moskvada Azərbaycan və Rusiya Xarici İşlər nazirlərinin görüşü olub - Yenilənib
Kürdəmirin icra başçısı Ceyhun Cəfərov və müavini saxlanıldı
Azərbaycan Rusiyadan koronavirus dərmanı ala bilər
Niyazi Bayramov şəhərdə aparılan abadlıq işləri ilə tanış oldu
Vidadi Zeynalovla Ceyhun Cəfərovun planı Bakı ŞİH-də bəzilərini təşvişə salıb
“Bir məmur illərlə eyni postda oturanda reallığı itirir” - deputat
Daha bir icra hakimiyyətində əməliyyat keçirilir - Həbslər var
Ceyhun Bayramov Türkiyə televiziyasına müsahibə verdi
Təhsilə ayrılmış dövlət vəsaiti hara yoxa çıxır
Təhsil haqqının ödənilməsi üçün 7 minə yaxın tələbə qeydiyyatdan keçib
İcra başçısı həbsindən əvvəl “əliəyriləri” belə asıb-kəsirdi - Video
Ceyhun Bayramov: “Danışıqlar konkret məsələlər ətrafında aparılmalı, substantiv olmalı, imitasiya edilməməlidir”
Kürdəmir icra başçısı Ceyhun Cəfərovun aldığı rüşvətlər açıqlandı
Adı korrupsiya qalmaqalında keçən İdarə rəisi haqqında tədbir görüləcəkmi? - Foto
Ceyhun Bayramov Azərbaycanın COVID-19-la mübarizədə gördüyü işləri açıqladı
Bakıda məktəb direktoruna cinayət işi açıldı - Korrupsiya